Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-518/2025 24.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X16 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Qusar rayonu Çiləgir kəndində 0.06 ha torpaq sahəsindən qanunsuz zəbt etdiyi hissədən Cavabdeh çıxarılması və sözügedən torpaq sahəsinin ona geri qaytarılması, həmçinin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Qusar rayonu Çiləgir kəndi ərazisində 0.06 ha torpaq sahəsi 21 iyul 2017-ci il tarixli ********** saylı çıxarışa əsasən onun mülkiyyətindədir, həmin torpaq sahəsinin 0.04 ha torpaq sahəsi qonşusu, Bakı şəhər sakini Cavabdeh Atakişi oğlu tərəfindən hasara alnımaqla özbaşına və qanunsuz zəbt edilmişdir. Dəfələrlə cavabdehə müraciət edib qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək bildirmişdir ki, sözügedən torpağı X4 almışdır. Buna görə, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edilmiş və həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(029)-54/2022 saylı qətnaməsi ilə iddia qismət təmin edilməklə, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin şimalqərb istiqamətindən və xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X6 adında olan və həmin şəxs tərəfindən Cavabdeh satılmaqla sonuncunun faktiki istifadə etdiyi 561 kv.metr torpaq sahəsinin cənub-şərq istiqamətindən 257 kv.metr hissəsindən ("xxxx" MMC-nin tərtib etdiyi sxemə uyğun olaraq) X10 və Cavabdeh çıxarılmaları, həmin torpaq sahəsinin ona qaytarılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-10/2025 saylı qətnaməsi ilə həmin qətnamə ləğv olunmuş və iddia təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi məhkəmə aktını onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsində fərdi yaşayış evinin tikilməsini müəyyən etmədən, evin yerləşdiyi ərazi istisna olmaqla, qalan zəbt edilmiş hissəsinin mövcud yerləşmə vəziyyətində qaytarılmasına dair iddiaçının münasibətini öyrənmədən cavabdehi 257 kv.metr hissəsindən çıxarmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən zəbt edilmiş 257 kv.m torpaq sahəsinin tam olaraq ona geri qaytarılmasını istədiyi təqdirdə, mübahisəli torpaq sahəsində yerləşən evin sökülməsi tələbini irəli sürməklə yanaşı, yeni əsas qismində cavabdehin torpaq sahəsindən çıxarılması tələbini irəli sürmək hüququna malikdir, o cümlədən icraat çərçivəsində isə iddiaçının mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inşası ilə bağlı sökülmə tələbi olmadığından mübahisəyə Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən edilmiş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəalar əsasında qiymət verilməsi də əsassız hesab edilir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək göstərmişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə X5 onun təqdim etdiyi bölgü planına uyğun olaraq 0,06 ha torpaq sahəsini notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin eskiz layihəsi Qusar rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. Həmin evin tikintisinə mart 2017-ci ildən başlamaqla 2018-ci ilin avqust ayında tam başa çatdırılmışdır. İddiaçı evin tikintisinin başlandığı 2017-ci ildən başlayaraq 2021-ci ilə kimi satın almaqla faktiki istifadəsində olan və üzərində fərdi yaşayış evi tikdiyi torpaq sahəsi barədə heç vaxt narazılığını və başqa formada iradını bildirməmiş, yalnız 2021-ci ildə həmin torpaq sahəsinin zəbt edilmiş hissəsinin geri tələb edilməsi ilə əlaqədar Qusar rayon Məhkəməsində Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı ilə Cavabdeh torpaq sahəsini satın aldığı X10 04.10 2008-ci il tarixdə vətəndaş X3 0,12 ha torpaq sahəsini hər birinin payı 0,06 ha olmaqla satın almış, alqı-satqı müqaviləsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib olunmuş bölgü planına uyğun olaraq hər iki torpaq sahəsinin sərhədləri müəyyən olunmuş və Vaqif Məhgərrəmov da X6 həmin şəxsə göstərdiyi torpaq sahəsində müvafiq qaydada razılaşdırılmaqla fərdi yaşayış evini tikmişdir. Göründüyü kimi, qeyd olunan cəmi 0,12 ha torpaq sahəsinin iddiaçıya və X1 vaxtdan 13 il müddət (2008-2021) keçəndən sonra mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan sonra Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Ərazi İdarəsinə qarşı İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin və X7 mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin korrdinatlarının yerlərinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddiaya baxılarkən 3-cü şəxs qismində işə cəlb edilmiş İddiaçı ilə qarşılıqlı razılığa gələrək Cavabdeh tərəfindən çəkilmiş daş hasarın sökülərək 4 metr, yəni tikilmiş evin divarına qədər çəkməklə qalan torpaq sahəsinin əvəzinə 4000 (dörd min) manat kompensasiya ödəniməsi barədə barışıq sazişi imzalanmış, həmin saziş xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 43 saylı notariat ofisində təsdiqlənmiş, qeyd olunan sazişə uyğun olaraq Cavabdeh tərəfindən inşa olunmuş divar sökülməklə tikilmiş evin divarına qədər çəkilmiş, həmçinin daxil olduğu qalan torpaq sahəsi üçün təzminat olaraq 4000 manat İddiaçı ödənilməsindən ötrü onun tərəfindən notariusun depozit hesabına ödənilmişdir. Sonradan İddiaçı həmin barışıq sazişindən imtina etmişdir. Onun hesabına ödənilmiş 4000 manat pulu isə bu günə kimi ona qaytarmayaraq özündə saxlamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən İddiaçı Cavabdeh qarşı mülkiyyətində olmaqla Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,06 ha torpaq sahəsindən qanunsuz zəbt edilmiş hissədən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin ona geri qaytarılması, həmçinin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh hesabına sökülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə iddiasının rədd edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, əvvəllər Qusar rayon məhkəməsinin qətnaməsi ilə torpaq sahəsinin boşaldılması barədə iddiası təmin olunmuş, lakin torpaq sahəsində yerləşən tikilinin mövcudluğu və həmin tikili barədə iddia qaldırılmadığına görə qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv olunmuşdur. Buna görə də, yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki mübahisəyə baxılan zaman işə baxan hakim torpaq sahələrinə yerində baxmış, bildirilmişdir ki, ona məxsus torpaq sahəsinin az hissəsini Cavabdeh zəbt etmişdir. Ona görə də, o, Cavabdehla barışmaq istəmişdir. Belə ki, Cavabdeh hasarını sökərək bir qədər geriyə çəkmiş, həmçinin depozitə pul qoymuşdur. Lakin, sonradan məlum olmuşdur ki, Vaqif ona məxsus torpaq sahəsinin çox hissəsini zəbt etmişdir. Bu səbəbdən də, o, barışıqdan imtina etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş və etiraz ərizəsində qeyd edilmiş xüsusatlara əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, İddiaçı iddia tələbi mülkiyyətin müdafiəsi ilə bağlı olmaqla iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Belə ki, həmin şəxs Cavabdeh inşa etdirdiyi fərdi yaşayış evinin əhəmiyyətli hissəsinin ona məxsus torpaq sahəsinin ərazisinə düşməsi halına istinad edərək, hazırkı iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda, ilk öncə Cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evinin hər hansı hissəsinin İddiaçı məxsus torpaq sahəsinin ərazisinə düşüb-düşməməsinin məhkəmə tərəfindən müəyyən edilməsi zəruri əhəmiyyət kəsb edir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 3-21-3-34/2-14502/2025 saylı məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən Qusar rayonu Çiləgir kəndi ərazisində inşa olunmuş tikinti altı 115.2 kv.metr olan 2 (iki) mərtəbəli fərdi yaşayış evinin 103.9 kv.metr tikinti altı sayəsi 21 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus 0.06 hektar torpaq sahəsinin ərazisinə düşür. Həmin rəyin qeyd hissəsində göstərilmişdir ki, **********94 reyestr nömrəli plan-ölçü sənədinin koordinatlarına əsasən İddiaçı məxsus 0.06 hektar torpaq sahəsinin 0.0209 hektar hissəsi hal-hazırda Cavabdeh istifadəsində yerləşir. Bununla da, işin mübahisəsiz halı ilə müəyyən olunur ki, cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin bir hissəsi həqiqətən də, iddiaçıya məxsus torpaq sahəsinin ərazisinə düşür, qeyd edilən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmaqla müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Bununla belə məhkəmə iddianın əsassızlığı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz hallarından görünür ki, İddiaçıla Cavabdeh məxsus torpaq sahələri birbiri ilə həmsərhəd olmaqla qonşu torpaq sahələrdir. Vafiq Məhərrəmov özünə məxsus torpaq sahəsini 14 sentyabr 2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Eyni zamanda, qeyd edilən fərdi yaşayış evi cavabdeh tərəfindən 2018-ci ildə inşa olunmuş və fərdi yaşayış evinin tikintisi üçün məlumatlandırma icraatı çərçivəsində təqdim edilmiş fərdi yaşayış evinin eskiz layihəsi Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. Bununla da, iddiaçı cavabdehə məxsus fərdi yaşayış evi inşa olunarkən, o cümlədən inşa olunduğu 2018-ci ildən sonra 3 il müddətində bununla bağlı hər hansı etiraz və ya tələb irəli sürməmiş, faktiki olaraq bununla razılaşmış və 3 il müddət keçdikdən sonra, yəni 2021-ci ildə torpaq sahəsinin qaytarılması tələbini irəli sürsə də, həmin iddiasında da fərdi yaşayış evi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Bundan başqa, tərəflər arasında əvvəllər qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qaytarılması ilə bağlı olan mübahisəyə apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, məhkəmə kollegiyası tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin mütəxəssisinin və tərəflərin iştirakı ilə yerində baxış keçirilməklə və mütəxəssisin rəyinə əlavə edilmiş ortofotodan mövcud vəziyyədə dair çıxarışla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh məxsus torpaq sahələri qonşu torpaq sahələri olmaqla, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sökülmədən, torpaq sahələrinin dəyişmə müqaviləsi əsasında mübahisəni həll etmək mümkündür. Buna görə də tərəflərə qeyd edilən formada barışıq sazişinin bağlanması məhkəmə kollegiyası tərəfindən təklif edilmiş, tərəflər məhkəmənin qeyd edilən barışıq təklifi ilə razı olduqlarını, buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etsələr də sonda anlaşılmaz səbəbdən mübahisəni barışıq yolu ilə həll etməmişlər. Bundan başqa, işdə olan İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 43 saylı Notariat ofisində bağlanmış 29 avqust 2023-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh, X6 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahələrinə dair verilmiş sənədlər arasında uyğunsuzluğun aradan qaldırılması” tələbinə dair iddiası üzrə işin məhkəmə prosesi gedişində iddiaçı Cavabdeh ilə üçüncü şəxs İddiaçı öz aralarında aşağıdakı şərtlərlə razılığa gəlmişlər:
1. Tərəflər razılığa gəlirlər ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(105)-1868/2022 nömrəli iş üzrə cavabdehlər X8 və X9 qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair iddia tələbindən rəsmi qaydada ərizə ilə müraciət edərək imtina edir.
2. Tərəflər razılığa gəlir ki, Cavabdeh İddiaçı ona məxsus torpaq sahəsinin bir hissəsinə daxil olduğu üçün, Cavabdeh sahənin sağ tərəfindən çəkdirmiş hasarı sökərək sol tərəfə, yəni tikdiyi evin divarına qədər çəkir və daxil olduğu sahəsinin yerdə qalan hissəsi üçün təzminat olaraq İddiaçı 4000 (dörd min) manat kompensasiya notariusun depozit hesabı vasitəsi ilə ödəyir.
3. Tərəflər razılığa gəlir ki, İddiaçı kompensasiya ödənişi aldıqdan sonra heç vaxt Cavabdeh qarşı mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı tələbi, şikayəti olmayacaq, məhkəmədə iddia qaldırmayacaqdır və gələcəkdə problemlərin yaranmaması üçün razılaşdırılmış torpaq sahəsinin koordinatlarının yenidən müəyyən olunması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə bir yerdə müvafiq ərizə ilə müraciət olunacaqdır. Göründüyü kimi, İddiaçı faktiki olaraq cavabdehin 4000 manat məbləğində pul verməsi, o cümlədən evin hasarının sökülərək geriyə çəkilməsi müqabilində həmin şəxsə qarşı olan bütün iddialarından imtina etməsi barədə barışıq sazişini imzalamış, həmin sazişin şərtləri Cavabdeh tərəfindən icra olunmaqla hasar sökülərək geri çəkilmiş, notariat ofisinin depozit hesabına İddiaçı üçün 4000 manat məbləğində pul vəsaiti qoyulmuş, lakin iddiaçı barışıq sazişinin şərtlərini icra etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər razılıq əldə etdikdən sonra mübahisə predmeti olan məsələ ilə əlaqədar iddia tələbinin irəli sürülməsi Mülki Məcəllənin 560.3.4-cü maddəsinin tələbləri baxımından hüquqdan sui istifadə kimi qəbul olunmalıdır. Belə ki, həmin normaya görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui istifadə kimi qəbul olunur. İddiaçı məhkəmə iclasında vermiş olduğu izahatında bunu cavabdehin evinin az hissəsinin ona məxsus torpaq sahəsinin ərazisinə düşdüyünü zənn etməsi, lakin sonradan həmin evin daha artıq hissəsinin ona məxsus torpaq sahəsinin ərazisinə düşdüyünün müəyyən edilməsi ilə əsaslandırsa da, qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı faktiki olaraq cavabdehin tərəfindən fərdi yaşayış evinin inşa olunması faktını bəyənməklə bununla razılaşmış və belə olan halda onun tərəfindən öz hüququndan suiistifadəyə yol verilmişdir. Bu, isə onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddiası “mülkiyyətin müdafiəsi” anlayışının mahiyyətinə uyğun deyil və əksinə iddianın təmin olunması cavabdehin mənsub olduğu əmlak hüququnun pozulmasına səbəb ola bilər. Çünki, cavabdeh iddiaçı ilə həmsərhəd olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etməklə, o cümlədən üzərində inşa etdiyi fərdi yaşayış evinin layihəsi müvafiq icra hakimiyyəti orqanı ilə məlumatlandırma icraatı qaydasında razılaşdırılmaqla həmin şəxsin həmin əmlaklar üzərində mülkiyyət hüququ ilə bağlı “qanuni gözləntisi” mövcuddur. Belə ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Odur ki, məhkəmənin qənaətinə görə, iddia əsassız olduğuna görə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
SƏDRLİK EDƏN: ANAR QASİMOV