Məhkəmə qərarları › İş №e-2(029)-566/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-566/2024

29.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-566/2024 29.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyana görə 3187 (üç min yüz səksən yeddi) manat və mənəvi ziyana görə 1000 (bir min) manat, vəkilə ödənilmiş 700 (yeddi yüz) manat, eləcə də məhkəməyə dövlət rüsumu kimi ödədiyi 68.87 (altımış səkkiz manat, səksən yeddi qəpik) manat, ümumilikdə 4955.87 (dörd min doqquz yüz əlli beş manat səksən yeddi qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, M.Hüseynzadə küçəsində inşa edilmiş 4, 4A, 5, 5A saylı 12 mərtəbəli yaşayış binalarının 1-ci, 2-ci mərtəbələri və zirzəmi sahələrini 15 avqust 2015-ci il tarixli, AF-E/0140, 0141, 0142, 0143, 0144, 0145, 0146, 0147, 0150, 0151 saylı alqısatqı müqavilələri əsasında dəyərini tam şəkildə ödəyərək ümumilikdə 10 ədəd qeyriyaşayış obyektləri (həmçinin zirzəmi sahələri də daxil olmaqla) əldə etmişdir. Lakin həmin yaşayış binalarının sakinləri olan bir qrup şəxslər əlbir olaraq xx.xx.2023-cü il tarixdə ona məxsus zirzəmi sahələrində qazıntı işləri apararaq zirzəmiyə düşən pilləkən qəfəsləri, asfalt örtüyünü, obyektin ağ lay hissəsini, zirzəmiyə quraşdırılmış daş pəncərə örtüyünü dağıdaraq zirzəmiyə qanunsuz olaraq daxil olmuş, hansı ki, binanın layihəsində nəzərdə tutulmayan, avtomobillərin saxlancı üçün özbaşına olaraq parking yerləri (avto qaraj) yaratmağa çalışmışlar. O,dərhal baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin sakinlərin aparıcı qüvvəsi olan Cavabdeh(mobil nömrəsi: *** *** ** **) başda olmaqla digər sakinləri də öz ətrafına toplayıb “reket” dəstəsi yaradaraq ona hədə qorxu gəlməklə, təzyiqlər göstərməklə obyektlərini əlindən almağa çalışırlar. Onu“görüşə-Разборка”ya çağırır, obyektlərini tələb edir, əks halda sakinləri üzərinə qaldıracağı ilə hədələyirlər.Qeyd edir ki, həmin zirzəmi sahələri son bir ildə qəsdən sakinlər tərəfindən müxtəlif məişət tullantıları ilə zibillənir, kanalizasiya və qrunt suları zirzəmi sahələrini basmış, kəskin üfunət qoxusu və antisanitar vəziyyət yaranmışdır. Aidiyyəti qurumlar və binanın saxlayıcıları hansı ki, kommunal ödənişləri yığan şəxslər, binanın idarəediciləri buna nəzarət etmir, zibilliklər, kanalizasiya və qrunt suları təmizlənmir, yəni obyektlərinin əlindən alınması üçün ona hər cür təzyiqlər göstərilir. Binanın zirzəmi hissəsini kənar müdaxilədən qorumaq və mühafizəsi məqsədilə öz maddi vəsati hesabına dəmir barmaqlıqlar quraşdırmışdır, lakin 2022-ci ilin dekabr ayında həmin barmaqlıqlar da oğurlanmışdır. Bununla bağlı Abşeron Rayon Polis İdarəsində həmin oğurluq hadisəsi ilə bağlı cinayət işi açılmışdır. Bundan başqa, ərazidə yerləşən 6-cı binanın da zirzəmi sahəsini sakinlər özbaşına olaraq zəbt edərək artıq orada avtomobillərin saxlancı üçün parking yerləri yaratmışlar. Belə ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 X3 xx.xx.2019-cu il tarixli, 1021 saylı Rəyinə əsasən "xxxx" MMC tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 12 ədəd, zirzəmili, 1 girişli, 12 mərtəbəli (+mansarda) yaşayış binalarının zirzəmi sahələrində avtomobillərin saxlancı üçün parking yerləri (avto qaraj) nəzərdə tutulmamışdır.Lakin sakinlər buna məhəl qoymadan, ona və digər sahibkarlara məxsus zirzəmi sahələrinə qanunsuz müdaxilə etməklə apardıqları söküntü, qazınti işləri, habelə daxil olan avtomobil yükləri binanın dayanıqlığı üçün təhlükəli vəziyyət yaradır. Beləliklə, hüquq mühafizə orqanına etdiyi şikayət əsasında inzibati xəta törədən şəxs məhz, Cavabdeh olduğu müəyyən edilmiş, inzibati araşdırma aparmaqla təyin edilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5865 nömrəli ekspertiza rəyinə əsasən dəymiş ziyanın məbləği 3187,0 manat müəyyən edilməklə iş yekunlaşdıraraq Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin, inzibati araşdırma aparılan zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MEB-02/23 saylı Mütəxəssis rəyindən də görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən çox mərtəbəli yeni tikili binanın zirzəmi hissəsinin sökülərək dağıdılması nəticəsində dəymiş ziyanın həcmi və ya yenidən bərpa olunması üçün tələb olunan məbləğ 3409.73 manat məbləğdə təşkil etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-748/2024 saylı Qərarına əsasən inzibati xəta törətmiş şəxs Cavabdeh əməlində Azərbaycan Respublikasının İXMnin 232-1-ci maddəsinin tərkibinin olması müəyyən edilsə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə Abşeron rayon Polis İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh vermə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin Qərarda qeyd olunur ki, məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Cavabdeh Şahmahud oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkibinin olması müəyyən edilsə də, Abşeron rayon Polis İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXMin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilən sənədlər Abşeron rayon Polis İdarəsi tərəfindən Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Cavabdeh özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurmasını təsdiq edir. Abşeron rayon Polis İdarəsi tərəfindən Cavabdeh tərəfindən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurması xx.xx.2023cü il tarixli zərərçəkmiş şəxsin 102 xidmətinə məlumat verməsi ilə aşkar etmişdir. Qeyd olunan hal araşdırılmış və nəticədə 26 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Beləliklə, Cavabdeh tərəfindən İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq olunsa da,inzibati xətanın aşkar edildiyi gündən 1 ildən çox, yəni 26 dekabr 2023-cü il tarixdən də 4 aydan artıq müddət keçdiyindən, məhkəmə hesab edir ki, onun barəsində inzibati tənbeh verilə bilməz. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh Şahmahud oğlu tərəfindən İddiaçı məxsus ünvan 1 ünvnaınd yerləşən çox mərtəbəli yeni tikili binanın zirzəmi hissəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə 3187,0 manat məbləğdə maddi ziyan vurması müəyyən olunmuşdur. Dəymiş zərər isə xeyli (5000 manat) miqdardan az yəni 3187,0 manat təşkil etdiyindən həmin şəxin əməli Azərbaycan Respunlikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan "Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələmə” kimi qiymətləndirilməlidir.Odur ki, toplanmış materialda Cavabdeh Şahmahud oğlunun əməlində cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respunlikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq olunmuş, inzibati xəta nəticəsində zərərçəkmiş şəxs olaraq ona, yəni İddiaçı dəymiş maddi zərərin məbləği 3187,0 manat müəyyən edilmişdir. Bundan başqa,həmin binanın sakinlərinin aparıcı qüvvəsi olan Cavabdeh başda olmaqla digər sakinləri də öz ətrafına toplayıb “reket” dəstəsi yaradaraq ona hədə qorxu gəlməklə, təzyiqlər göstərməklə obyektlərimi əlindən almağa çalışır. Oni “görüşə- Paзборка”ya) çağırır, obyektlərimi tələb edir, əks halda sakinləri üzərinə qaldıracağı ilə hədələyir. Həmin zirzəmi sahələri son bir ildə qəsdən Cavabdeh başçılığı ilə sakinlərlə əlbir olub müxtəlif məişət tullantıları ilə zibilləyir, kanalizasiya suları axıdılır, kəskin üfunət qoxusu və antisanitar vəziyyət yaratmışlar. Onun bu qanuna zidd hərəkətindən mənəvi – psixi sarsıntı keçirir, həqiqətən mənəvi iztirab çəkməyinə, əsəb sisteminin pozulmasına gətirib çıxarıb. Hazırki vəziyyətdə ona həmmaddi, həm də mənəvi ziyan dəymişdir. Buna görə də, mənəvi ziyanın əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb ona ödənilməlidir. Habelə, işin məhkəməyə verilməsi üçün də 68.87 (altımış səkkiz manat, səksən yeddi qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün vəkilə tərəfindən 700 (yeddi yüz) manat vəsait ödənilmişdir. Halbuki, cavabdeh ona vurduğu ziyanı vaxtında ödəsəydi bu xərclər ortaya çıxmayacaqdı. Buna görə də məhkəmədən çəkilmiş xərclərin də cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, sözügedən bina Bakı-Sumqayıt şössesinin yanında yerləşir. Həmin binanın zirzəmisinə bina sakinləri zibil atırdılar. Onlar həmin zirzəmini təmizləmiş, zirzəmiyə düşmək üçün pilləkan inşa etmişlər. Pilləkan həmin zirzəmiyə düşmək üçün tikilmişdir. O, pilləkanı traktor vasitəsilə söküldüyünü görmüşdür. O, eşitmişdir ki, Coşqun demişdir ki, “həmin pilləkanı mən sökdürmüşəm”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Cavid onun əmisidir. O, Coşqunun texnika gətirib həmin pilləkanı dağıtdığının şahidi olmuşdur. Bu barədə o, 102 qaynar xəttinə xəbər vermişdir. Həmin zirzəmi əmisinin əmlakıdır və o həmin əmlakı etibarnamə əsasında idarə edir. Həmin pilləkanı sökməkdə məqsəd Coşqunun həmin zirzəminin maşınlar üçün parkovka yeri düzəltmək istəməsidir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə, ağağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyana görə 3187 (üç min yüz səksən yeddi) manat, vəkilə ödənilmiş 700 (yeddi yüz) manat təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 dekabr 2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, aparılan hesablamalar nəticəsində, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 27-ci məhəllə, bina 4A ünvanında yerləşən, çox mərtəbəli yeni tikili binanın, zirzəmi hissəsinin girişində söküntü nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3187 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli 3(012)-748/2024 saylı Abşeron rayon Məhkəməsinin Qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 232.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan 26 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh Şahmahud oğlu izahatında bildirmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “AAAF park” yaşayış kompleksində qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Bu müddət ərzində binanın zirzəmisi çirkab suların içində qaldığını, elektrik kabellərinin suyun altında qaldığını demişdir. Bir neçə dəfə obyektin sahibi İddiaçı zirzəminin təmizlənməsi xahiş edilsədə, sonuncu obyektin özünə aid olduğunu deyərək təmizləməkdən imtina etmişdir. Bundan sonra bina sakinləri öz vəsaitləri hesabına zirzəmini təmizləmək üçün texnikaya yol açmışdır. O, əlavə olaraq bina sakinləri adından məhkəməyə müraciət etdiklərini, məhkəmənin sözügedən obyektin İddiaçı məxsus olmasını təsdiq edəcəyi təqdirdə söküntünün bərpa edəcəklərini, eyni zamanda da zirzəmini sökmədiyini, sadəcə olaraq texnikanın keçməsi üçün pilləkanın söküldüyünü qeyd etmişdir. İşdə olan 38495 saylı qəbzin surətindən görünür ki, Xırdalan şəhər Vəkil Bürosunun hesabına 300 manat ödəniş edilmişdir. İşdə olan 38257 saylı qəbzin surətindən görünür ki, Xırdalan şəhər Vəkil Bürosunun hesabına 300 manat ödəniş edilmişdir. İşdə olan 35473 saylı qəbzin surətindən görünür ki, Xırdalan şəhər Vəkil Bürosunun hesabına 100 manat ödəniş edilmişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.1. cinayət hadisəsi olmadıqda;39.1.2. əməldə cinayət tərkibi olmadıqda; 39.2. Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3. Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda;53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3(012)-748/2024 saylı Abşeron rayon Məhkəməsinin qərarından görünür ki,Cavabdeh barəsində bəraətverici əsaslarla deyil, müddətin keçməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Məhkəmə hesab edir ki, müddətin keçməsi bəraətverici əsaslar sayılmır. Məhkəmə hesab edir ki, əgər Cavabdeh barəsində bəraetverici əsaslarla (inzibati xəta hadisəsi olmadığına görə, inzibati xəta tərkibi olmadığına görə,hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığına görə və ya təqsirliliyi sübuta yetirilmədiyinə görə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsi halları ilə) inzibati xəta haqqında iş üzrə icraata xitam verilsədə idi, iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbi uğurlu olmazdı. Lakin hazırkı vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbi uğurludur.Çünki,xx.xx.2024-cü il tarixli 3(012)- 748/2024 saylı Abşeron rayon Məhkəməsinin qərarından görünür ki,Cavabdeh əməli törətmiş, yalnız inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki,iddiaçının cavabdehə qarşı maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbi uğurludur. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 700 (yeddi yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi də təmin edilməlidir. Belə ki, iddiaçı - iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 700 (yeddi yüz) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 700 (yeddi yüz)ödənilməsini nəzərdə tutan qəbzləri Xırdalan şəhər Vəkil Bürosunun hesabına hüquqi xidmətə görə 700 (yeddi yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən sənədləri əlavə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən iddiaçının xeyrinə 3887(üç min, səkkiz yüz, səksən yeddi) manat tutulması qət edilməsinə nəzərdə tutulduğundan həmin məbləğə münasib olaraq 58,87 (əlli səkkiz manat, səksən yeddi qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq qeyd edir ki, cavabdehin qeyri-hüquqi əməli iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır”. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf mənəvi zərərə məruz qalmasını təsdiq edən halları göstərmədiyindən, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh dəymiş maddi ziyana görə 3187 (üç min yüz səksən yeddi) manat, vəkilə ödənilmiş 700 (yeddi yüz) manat, məhkəməyə dövlət rüsumu kimi ödədiyi 58,87 (əlli üç manat, səksən yeddi qəpik) manat tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 3187 (üç min yüz səksən yeddi) manat, vəkilə ödənilmiş 700 (yeddi yüz) manat, məhkəməyə dövlət rüsumu kimi ödədilmiş 58,87 (əlli səkkiz manat, səksən yeddi qəpik) manat alınıb İddiaçı verilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: ƏliCəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar