Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-573/2025 22.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı “Respublika Təcili və X1 Mərkəzi” PHŞ-in Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Respublika Təcili və X1 Mərkəzi” PHŞ Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "Respublika Təcili və X1 Mərkəzi” PHŞ-ya məxsus olan "Mercedes-Benz Sprinter-316” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı 11 410 (on bir min dörd yüz on) AZN məbləğində pul iddiaçının xeyrinə Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh - xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində iddiaçıya məxsus olan "Mercedes Sprinter” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı operativ nəqliyyat vasitəsinin ilkin olaraq dairəvi yola daxil olmasını, habelə işıq siqnallarını yandırmasını nəzərə almayıb, birbaşa Qusar rayonu Avtovağzalının qarşısında yerləşən dairəvi yola daxil olmuş və operativ nəqliyyat vasitəsi ilə toqquşaraq qəza törətmişdir. Nəticədə, Qusar RPŞ-nin TB-nin xx.xx.2024-cü il tarixli Qərarı qəbul edilmiş və həmin Qərarla Cavabdeh İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli Maddi ziyan Aktına əsasən, xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində Cavabdeh idarə etdiyi VAZ markalı, M265KB/05 RUS nömrəli avtomaşının - iddiaçıya məxsus "Mercedes Sprinter” markalı **- JX-*** nömrəli təcili yardım avtomobili ilə toqquşması nəticəsində, iddiaçıya 11 410 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddiaçıya məxsus olan avtomobilə dəymiş 11 410 manat maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması və həmin məbləğdə pulun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə məhkəmə qərarınn qəbul edilməsi zərurəti yaranmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı “Respublika Təcili və X1 Mərkəzi” PHŞ-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin PHŞ-nin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Bundan başqa bildirmişdir ki, təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Qusar RPŞ tərəfindən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh Qusar RMX-na müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü, 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan 16 noyabr 2024-cü il tarixli maddi ziyan aktından görünür ki, cəmi maddi ziyan məbləği 11410 (on bir min dörd yüz on) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh - xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində iddiaçıya məxsus olan "Mercedes Sprinter” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı operativ nəqliyyat vasitəsinin ilkin olaraq dairəvi yola daxil olmasını, habelə işıq siqnallarını yandırmasını nəzərə almayıb, birbaşa Qusar rayonu Avtovağzalının qarşısında yerləşən dairəvi yola daxil olmuş və operativ nəqliyyat vasitəsi ilə toqquşaraq qəza törətmişdir. Nəticədə, Qusar RPŞ-nin TB-nin xx.xx.2024-cü il tarixli Qərarı qəbul edilmiş və həmin Qərarla Cavabdeh İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli Maddi ziyan Aktına əsasən, xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində Cavabdeh idarə etdiyi VAZ markalı, M265KB/05 RUS nömrəli avtomaşının - iddiaçıya məxsus "Mercedes Sprinter” markalı **- JX-*** nömrəli təcili yardım avtomobili ilə toqquşması nəticəsində, iddiaçıya 11 410 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "Respublika Təcili və X1 Mərkəzi” PHŞya məxsus olan "Mercedes-Benz Sprinter-316” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı 11 410 (on bir min dörd yüz on) AZN məbləğində pul iddiaçının xeyrinə Cavabdeh tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "Respublika Təcili və X1 Mərkəzi” PHŞ-ya məxsus olan "Mercedes-Benz Sprinter-316” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı 11 410 (on bir min dörd yüz on) AZN məbləğində pul iddiaçının xeyrinə Cavabdeh tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəQusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-573/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-573/2025
22.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver