Məhkəmə qərarları › İş №e-2(029)-600/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-600/2024

01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-600/2024 01.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 15 dekabr 2021-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə X5 ilə evlənmişdir, birgə nikahdan onların 15 avqust 2022-ci il tarixdə X4 adlı bir uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün Arzu Hacəliyeva ilə boşanmış və nikahları Qusar rayon məhkəməsinin 2(029)-602/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. X5 ilə birgə nikahda olduğu və birgə təsərrüfat apardığı dövrdə həmin şəxsin həyat yoldaşının atası onun isə keçmiş qaynatası olan Cavabdeh adına ipoteka ilə ev alınmışdır. Alınmış ev hazırda ləğv prosesində olan "xxxx" ASC-dən kredit vəsaiti götürülməklə alınmış və ev bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Rəsmi sənədlərə əsasən həmin ev keçmiş qaynatası Cavabdeh məxsus olsa da, bankın kredit borclarını faktiki olaraq o ödəmişdir. Belə ki, həmin şəxs tərəfindən onun adına 10 noyabr 2021-ci il tarixli, reyestrdə 7E-18757 nömrəsi ilə qeyd edilmiş etibarnamə verilmiş və həmin etibarnamə əsasında onun tərəfindən "xxxx" ASC-nin **********00006AZM03 saylı hesabına 06 dekabr 2021-ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 07 yanvar 2022ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 08 fevral 2022-ci il tarixdə 973 (doqquz yüz yetmiş üç) manat, 09 mart 2022-ci il tarixdə 800 (səkkiz yüz) manat, 11 mart 2022-ci il tarixdə 970 (doqquz yüz yetmiş) manat, 07 aprel 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat, 08 iyun 2022-ci il tarixdə 800(səkkiz yüz) manat, 16 iyul 2022-ci il tarixdə 900(doqquz yüz) manat, 22 avqust 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat və 20 sentyabr 2022-ci il tarixdə 700 (yeddi yüz) manat olmaqla, ümumilikdə 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul köçürülmüşdür. Həmin pul vəsaitlərini o, alınmış evi keçmiş həyat yoldaşı Arzu ilə özünün şəxsi əmlakı zənn etməklə ödəmişdir, çünki ailədaxili razılaşmaya əsasən həmin ev məhz onun ailəsinin yaşaması məqsədi ilə alınmışdır. Lakin, Arzu Hacəliyeva ilə aralarında mübahisələr yarandığından və daha sonra isə onunla boşandığından keçmiş qaynatası alınmış həmin evin ona heç bir aidiyyətinin olmadığını, evdən ona hər hansı pay verməyəcəyini bildirmişdir. Bundan sonra o, cavabdehə həmin evin alınması üçün "xxxx" ASC-dən götürülmüş kreditə görə ümumilikdə 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul köçürüldüyünü bildirərək həmin pulun qaytarılmasını tələb etsə də həmin şəxs bundan imtina etmişdir. Bununla da, o, keçmiş qaynatası Cavabdeh özünün üstün mövqeyindən, yəni evə dair rəsmi sənədlərin özünün adına olmasından istifadə etməsi nəticəsində həm nəzərdə tutduğu evdən, həm də ödədiyi pul vəsaitlərindən məhrum olmuşdur. Göründüyü kimi, Cavabdeh onun qızı Arzu Hacəliyeva ilə ailə münasibətlərinin pozulmasından sui-istifadə etməklə ipoteka ilə alınmış evə görə onun əvəzinə banka ödədiyi pulları qaytarmamaqla heç bir qanuni əsas olmadan onun hesabına əsassız olaraq varlanmış və bununla da həmin şəxsin onun qarşısında öhdəliyi əmələ gəlmişdir. Odur ki, onun tərəfindən Cavabdeh adına olan kreditin qaytarılması məqsədi ilə ödənilmiş 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq ona qaytarılmalıdır. Cavabdeh etiraz ərizəsi təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, həqiqətən də iddia ərizəsində göstərildiyi kimi, cavabdehin qızı X5, İddiaçı ilə faktiki olaraq 2021-ci ilin avqust ayında evlənərək, nikahlarını da rəsmi qaydada 15 dekabr 2021-ci il tarixdə rəsmiləşdirmiş və birgə nikahdan onların 15 avqust 2022-ci ildə X4 adında bir qız uşaqları doğulmuş, sonra da münasibətləri pozulduğu üçün ayrılmış, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-602/2023 №-li qətnamə əsasında da nikahları pozulmuşdur. Həmin dövrdə də Cavabdeh tərəfindən bir valideyn kimi yeni ailə qurmuş qızına kömək məqsədilə, gələcəkdə onlara vermək üçün "xxxx" ASC-dən kredit götürərək Abşeron rayonun Xırdalan şəhərində 2 otaqlı ev alınmış, özü Qusar rayonunda yaşadığına görə bank ödənişlərinin həyata keçirilməsi məqsədilə 10 noyabr 2021-ci il tarixdə, keçmiş kürəkəni-hazırkı iş üzrə İddiaçı adına etibarnamə verilmiş, həmin etibarnamə əsasında da İddiaçı tərəfindən 2021-2022-ci illərdə Cavabdeh adından "xxxx" ASC-nə bir neçə dəfə ödənişlər həyata keçirilmişdir. İddia ərizəsində göstərilən,İddiaçı tərəfindən Cavabdeh adından "xxxx" ASC-nə edilmiş 9069 manat dəyərində ödənişlərdən təxminən 5000 manat pul, həmin dövrdə bank ödənişlərinin həyata keçirilməsi məqsədilə Cavabdeh tərəfindən özünə məxsus Kapital Bankdakı birbank kartlarından İddiaçı Paşa Bankdakı **********767770 №-li kart hesabına köçürülmüşdür. Evin ipoteka ödənişləri kimi Banka köçürülmüş qalan təxminən 4000 manat pul da qızı Arzu Hacəliyeva ilə İddiaçı birgə nikah dövründə qazandıqları puldur ki, bunun da əhəmiyyətli hissəsi Cavabdeh tərəfindən müxtəlif vaxtlarda qızına köməklik məqsədilə verilmiş puldur. Ona görə də İddiaçı tərəfindən Cavabdeh yalnız, X5 ilə birgə nikah dörvündə əldə etdikləri pulun yarısı - yəni, 2035 manat pul tələb oluna bilər və Cavabdeh da həmin 2035 (iki min otuz beş) manat məbləği iddiaçıya ödəməyə hazırdır və həmin hissədə iddia tələbini qəbul edir. Ona görə də hazırkı iş üzrə İddiaçı iddiası, Cavabdeh 2035 (iki min otuz beş) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi hissəsində təmin olunmalı və qalan hissədə isə rədd edilməlidir. Hazırkı iş üzrə İddiaçı iddiası, Cavabdeh 2035 (iki min otuz beş) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi hissəsində təmin olunması və qalan hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, İddiaçı ilə X5 birgə nikahda olduğu vaxt iddiaçının qayınatası Cavabdeh adına ipoteka ilə ev alınıb. Ev Arzu ilə Vladikin birgə yaşadıqları dövrdə alınıb. Alınmış ev hazırda ləğv prosesində olan "xxxx" ASC-dən kredit vəsaiti götürülməklə alınmış və ev bankın xeyrinə ipoteka ilə yüklü edilib. Rəsmi sənədlərə əsasən həmin ev iddiaçının keçmiş qayınatası Cavabdeh məxsus olsa da, bankın kredit borcları faktiki olaraq iddiaçı ödəyib. Cavabdeh tərəfindən iddiaçının adına 10 noyabr 2021-ci il tarixli, reyestrdə 7E-18757 nömrəsi ilə qeyd edilmiş etibarnamə verilib və həmin etibarnamə əsasında iddiaçı tərəfindən "xxxx" ASC-nin müvafiq hesabına 06 dekabr 2021-ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 07 yanvar 2022-ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 08 fevral 2022-ci il tarixdə 973 (doqquz yüz yetmiş üç) manat, 09 mart 2022-ci il tarixdə 800(səkkiz yüz) manat, 11 mart 2022-ci il tarixdə 970 (doqquz yüz yetmiş) manat, 07 aprel 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat, 08 iyun 2022-ci il tarixdə 800 (səkkiz yüz) manat, 16 iyul 2022-ci il tarixdə 900 (doqquz yüz) manat, 22 avqust 2022-ci il tarixdə 990(doqquz yüz doxsan)manat və 20 sentyabr 2022-ci il tarixdə 700(yeddi yüz) manat olmaqla, ümumilikdə 9069(doqquz min altmış doqquz) manat məbləğində pul köçürülüb. Vladik tərəfindən ödənişlərin edilməsi barədə bank qəbzləri var, 9000 manat məbləği Vladik hissə-hissə ödəyib. İddiaçı həmin pul vəsaitlərini keçmiş həyat yoldaşı Arzu ilə özünün şəxsi əmlakı zənn etməklə ödəyib. Aylıq ödənişləri ödəniş cədvəlinə uyğun olaraq ödənilib. Qeyd olunan ödənişlərin ödənilməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim edilmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, Vladik, onun qızı ilə evləndikdən onlara Bakı şəhərində kirayə mənzildə yaşamaq istəmişlər. O da, iddiaçı tərəfə ev almağı təklif etmişdir. Bütün yaşayış və kommunal xərcləri Vladiklə, qızı ödəyəcəydi, evin pulunu isə özü verməli idi. Həmin razılaşma şifahi olmuşdur. İlkin ödəniş 20.000 manat ödəməklə o evi öz adına almışdır. Hər ay Bakı şəhərinə gedə bilmədiyi üçün o Vladikə evin pullarını ödəməsi üçün etibarnamə vermişdir. O, Vladikə telefon vasitəsi ilə hər ay 1000 manat pul ödəmişdir. 5000 manatı telefon vasitəsi ilə Vladikə göndərmiş, lakin bunu sübut edən qəbzlər onda qalmamışdır. Həmin qəbzlər evdə olub, ayrılan vaxtı həmin qəbzləri qarşı tərəf oğurlayıb aparıb. O, həmin mənzilin ipotekası üçün 46 min manat pul ödəmişdir. Evə cəmi 55.000 manat pul ödənilib, 9.000 manat Vladikin adından ödənilib, qalanı isə özü ödəmişdir. 9.000 manatdan 5.000 manatı Vladik ödəyib, 4.000 manatı isə o Vladikə pul göndərib Vladik ödəyib, lakin 4.000 manatın iddiaçıya göndərilməsi barədə onda sübut yoxdur. Evin pulundan təxminən 5000-5500 manatı Vladik ödəyib. Vladik tərəfindən ödənişlərin olunduğunu etiraf edir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 iddianı qismən qəbul etmiş və Cavabdeh dediklərini təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 472681 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 nikahları 17 yanvar 2024-cü il tarixdə pozulmuşdur. İşdə olan qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin **********00006AZM03 saylı hesabına 06 dekabr 2021-ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 07 yanvar 2022-ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 08 fevral 2022ci il tarixdə 973 (doqquz yüz yetmiş üç) manat, 09 mart 2022-ci il tarixdə 800 (səkkiz yüz) manat, 11 mart 2022-ci il tarixdə 970 (doqquz yüz yetmiş) manat, 07 aprel 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat, 08 iyun 2022-ci il tarixdə 800(səkkiz yüz) manat, 16 iyul 2022-ci il tarixdə 900(doqquz yüz) manat, 22 avqust 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat və 20 sentyabr 2022-ci il tarixdə 700 (yeddi yüz) manat olmaqla, ümumilikdə 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Yüzbəyov X1 Arzu Şəmsi qızı ilə birgə nikahda olduğu və birgə təsərrüfat apardıqları dövrdə X2 atası iddiaçının keçmiş qaynatası olan iş üzrə Cavabdeh adına ipoteka ilə ev alınmışdır. Alınmış ev hazırda ləğv prosesində olan "xxxx" ASC-dən kredit vəsaiti götürülməklə alınmış və ev bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Rəsmi sənədlərə əsasən həmin ev Cavabdeh məxsus olsa da, bankın kredit borclarını faktiki olaraq İddiaçı ödəmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-nin **********00006AZM03 saylı hesabına 06 dekabr 2021-ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 07 yanvar 2022-ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 08 fevral 2022-ci il tarixdə 973 (doqquz yüz yetmiş üç) manat, 09 mart 2022-ci il tarixdə 800 (səkkiz yüz) manat, 11 mart 2022-ci il tarixdə 970 (doqquz yüz yetmiş) manat, 07 aprel 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat, 08 iyun 2022-ci il tarixdə 800(səkkiz yüz) manat, 16 iyul 2022-ci il tarixdə 900(doqquz yüz) manat, 22 avqust 2022ci il tarixdə 990 (doqquz yüz doxsan) manat və 20 sentyabr 2022-ci il tarixdə 700 (yeddi yüz) manat olmaqla, ümumilikdə 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə etiraz ərizəsini nəzərdən keçirərək hesab edir ki, etiraz əsassızdır. Belə ki, etiraz ərizəsində İddiaçı tərəfindən Cavabdeh adından "xxxx" ASC-yə edilmiş 9069 manat dəyərində ödənişlərdən təxminən 5000 manat, həmin dövrdə bank ödənişlərinin həyata keçirilməsi məqsədilə Cavabdeh tərəfindən özünə məxsus Kapital Bankdakı birbank kartlarından İddiaçı Paşa Bankdakı **********767770 №-li kart hesabına köçürülməsi qeyd edilmişdir. Məhkəmə iclasında isə cavabdeh izahatında bildirmişdir ki, 9.000 manatdan 5.000 manatı Vladik ödəyib, 4.000 manatı isə o Vladikə pul göndərib Vladik ödəyib, lakin 4.000 manatın iddiaçıya göndərilməsi barədə onda sübut yoxdur. Evin pulundan təxminən 5000-5500 manatı Vladik ödəyib. Göründüyü kimi, etiraz ərizəsində göstərilənlərlə cavabdehin məhkəmədə verdiyi izahat arasında ziddiyət mövcuddur. Həmçinin, cavabdehin iddiaçıya pul göndərməsi barədə fikrinə məhkəmə belə qiymət verir ki, qeyd edilən pulun cavabdeh tərəfindən iddiaçıya göndərilməsi barədə sübut təqdim edilmədiyinə görə məhkəmə həmin halı da inandırıcı hesab etmir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən də göründüyü kimi, İddiaçı tərəfindən "xxxx" ASC-nin **********00006AZM03 saylı hesabına 06 dekabr 2021-ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 07 yanvar 2022-ci il tarixdə 973(doqquz yüz yetmiş üç) manat, 08 fevral 2022-ci il tarixdə 973 (doqquz yüz yetmiş üç) manat, 09 mart 2022-ci il tarixdə 800 (səkkiz yüz) manat, 11 mart 2022-ci il tarixdə 970 (doqquz yüz yetmiş) manat, 07 aprel 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat, 08 iyun 2022-ci il tarixdə 800(səkkiz yüz) manat, 16 iyul 2022-ci il tarixdə 900(doqquz yüz) manat, 22 avqust 2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manat və 20 sentyabr 2022-ci il tarixdə 700 (yeddi yüz) manat olmaqla, ümumilikdə 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, Cavabdeh 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9069 (doqquz min altmış doqquz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar