Məhkəmə qərarları › İş №e-2(029)-620/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-620/2023

07.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-620/2023 07.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi xidməti 3 saylı Ərazi Vergilər idarəsinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi xidməti 3 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Sosial fonduna olan 5576.55 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Qusar rayonu X2 (VÖEN: **********) dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən) Dövlət Sosial Müdafiə Fonduna 5576,55 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna 0 manat olmaqla, ümumilikdə 5576,55 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********288800, xx.xx.2023cü il tarixli **********756900, xx.xx.2023- cü il tarixli **********471300, xx.xx.2023-cü il tarixli **********043700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Cavabdeh ünvan 1i ünvanında yaşayır. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi xidməti 3 saylı Ərazi Vergilər idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi X3 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iş həcminin çoxluğu ilə əlaqədar olaraq, Qusar Rayon Məhkəməsində keçiriləcək məhkəmə iclaslarının hamısında iştirak etmək mümkün olmur. Göstərilənləri nəzərə alaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəyə iştirakı olmadan baxılmasını xahiş edir. Eyni zamanda bildirimişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsində göstərilənləri müdafiə edir və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin məcəllənin 77.1 -ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin məcəllənin 78.1 -ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fıziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Mülki Prosessual Məcəllənin 305.1.12-ci, 355-5-ci, 355-6-cı və 355-7-ci maddələrində və Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6- 1-ci maddələrində fıziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı müvafıq müddəalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 84-cü maddəsinə əsasən vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. İş matrriallarından məlum olunur ki, vergi ödəyicisinə verginin hesablanması haqqında bildirişlər göndərilmişdir. Beləliklə məhkəmə işdə olan sübutlar məcmu halında hüquqi qiymət verərək hesab edir ki,ərizə təmin edilməlidir. Şərholunanlara əsasən və Azərbaycan Respubliksının MPM-nin 216- 220,227,233.1, 307.2.9, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Hüquqi şəxsin Dövlət Sosial Fonduna olan vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri xx xxxx 1966-cı ildə ünvan 1ində anadan olmuş Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qanuni qüvvəyə minsin. Qətnamədən şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar