Məhkəmə qərarları › İş №e-2(029)-661/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-661/2023

05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-661/2023 05.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X2 qarşı “********** qeydiyyat nömrəli, **********83-05101-093001 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, üçüncü şəxs X2 qarşı “********** qeydiyyat nömrəli, **********83-05101-093001 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh X1 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli,**********83-05101-093001 reyestr nömrəli çıxarış etibarsız hesab edilməsi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 88.2 kv/m. 3 otaq (yaşayış sahəsi 51.8 kv/m,yardımçı sahəsi 36.4 kv/m) olan mənzilin üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir, iş üzrə müvafiq sübutları iddia ərizəsinə əlavə edilməklə məhkəməyə təqdim etmişdir, bundan başqa əlavəsi və vəsatəti yoxur. Ona görə də mülki işin məhkəmə baxışına təyin edilməsinə etiraz etmir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə hazırlıq iclasına gələ bilmir iş üzrə məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirib məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, İddiaçı və üçüncü şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi məhkəmə aidiyyət ilə bağlı bir sıra qərarlarında bu məsələnin həllinin məhz mübahisənin mahiyyətindən (təbiətindən) asılı olmasını ön plana çəkir. 06 oktyabr 2012-ci il tarixli Qərarda göstərilir ki, “bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 04 aprel 2012-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, “publik hüquq münasibətlərini digər hüquq münasibətlərindənfərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №-li qərarının 2-ci bəndində göstərilir ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin umumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndində göstərilir ki, “hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Umumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.” Yuxarıda göstərilən qərarlarda olan hüquqi mövqelərini ümumiləşdirsək, münasibətin publik hüquq münasibəti və həmin münasibətdən doğan mübahisənin publik hüquqi mübahisə olmasını iddia etmək üçün bir sıra meyarların mövcud olması tələb edilir: Münasibətlərin publik hüqunun nizama salma predmetinə aid olması; Münasibətlərdə hakimiyyət-tabeçilik elementinin olması; Hakimiyyət daşıyıcısı olan subyektə həmin funksiyanın qanun əsasında həvalə edilməsi. İddiaçı iddia tələbində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh X1 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli,**********83-05101-093001 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 88.2 kv/m. 3 otaq (yaşayış sahəsi 51.8 kv/m,yardımçı sahəsi 36.4 kv/m) olan mənzilin üzərində mülkiyyət hüquqları bərpa edilməsi tələbini qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 261 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir: Məhkəmə hesab edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “********** qeydiyyat nömrəli, **********83-05101-093001 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” barədə tələbinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət qaytarılır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X2 qarşı “********** qeydiyyat nömrəli, **********83-05101-093001 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qərardad qanuni qüvvəyə mindikdən sonra qeri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Həmçinin, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə X1 adına verilmiş “xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli,**********83-05101-093001 reyestr nömrəli çıxarış etibarsız hesab edilməsi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 88.2 kv/m. 3 otaq (yaşayış sahəsi 51.8 kv/m,yardımçı sahəsi 36.4 kv/m) olan mənzilin üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi ilə bağlı müvafiq inzibati orqana, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, üçüncü şəxs X2 qarşı “********** qeydiyyat nömrəli, **********83-05101-093001 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbi mülki iş üzrə icraata xitam verilsin. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X2 qarşı “********** qeydiyyat nömrəli, **********83-05101-093001 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qərardad qanuni qüvvəyə mindikdən sonraqeri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili NümayəndəFərmanova Bəsti Gübəş qızının adına verilmişxx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli,**********83-05101- 093001 reyestr nömrəli çıxarış etibarsız hesab edilməsi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 88.2 kv/m. 3 otaq (yaşayış sahəsi 51.8 kv/m,yardımçı sahəsi 36.4 kv/m) olan mənzilin üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi ilə bağlı müvafiq inzibati orqana, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar