Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-7/2024 29.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh və üçüncü şəxslər X4, Əlimərdanova (Bəyova) Gülarə Şixkərim qızı, Mazanova (Bəyova) Gövhər Şixkərim qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyənləşdirilməsinə və torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh və üçüncü şəxslər X4, Əlimərdanova (Bəyova) Gülarə Şixkərim qızı, Mazanova (Bəyova) Gövhər Şixkərim qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyənləşdirilməsinə və torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06 fevral 1998-ci il tarixli, JN:0088 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona, 05 iyul 1999-cu il tarixdə vəfat etmiş X13,18 avqust 2002-ci il tarixdə vəfat etmiş X14, 06 iyul 2015-ci il tarixdə vəfat etmiş X7 birgə mülkiyyət hüququ əsasında məxsus, Qusar rayonunun Cibir kəndində yerləşən 4,50 ha torpaq sahəsindən hər birinin payının 1/4 hissədə, yəni 1.12 ha müəyyənləşdirilməsinə, həmin torpaq sahəsindən onun payına düşən cəmi 1,125 ha torpaq sahəsinin naturada ayrılaraq aidiyyəti üzrə ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək 18 may 2021-ci il tarixli, **********41 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasən 1/4 hissədə İddiaçı, 2/4 hissədə Cavabdeh və 1/4 hissədə mərhum X10 mülkiyyətlərində olan, həmin çıxarışda 4,50 ha ölçüdə qeyd edilməsinə baxmayaraq, elektron kadastr məlumatları üzrə və yerində faktiki ölçüsü 4,32 ha təşkil edən, Qusar rayonunun Cibir kəndində yerləşən 4,32 ha torpaq sahəsindən İddiaçı məxsus 1/4 hissədə payın, yəni 1,08 ha torpaq sahəsinin naturada ayrılaraq aidiyyəti üzrə İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 10 oktyabr 1992-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Cavabdehlə birgə nikahda olduqları müddətdə onların 20 avqust 1995-ci il tarixdə X21 adlı bir uşaqları anadan olmuşdur. Qusar rayonunda torpaq islahatları keçirilərkən onun ailə üzvlərinə qayınatası X7, X2na, ona və oğlu X14 Qusar rayonunun Cibir kəndi kəndi ərazisindən 4,50 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 06 fevral 1998-ci il tarixli, JN:0088 KOD 30119028 övlət Aktı ilə təsdiq edilir. Həmin cəmi 4,50 ha torpaq sahəsi bütövlüklə bir massivdə (mülkdə)yerləşir. X2 05 iyul 1999-cu il tarixdə, oğlu X21 18 avqust 2002-ci il tarixdə və qayınatası X15 06 iyul 2015-ci il tarixdə vəfat etmişlər. X1 və qayınatası X5 ölümlərindən sonra növbədə vərəsələri Cavabdeh, üçüncü şəxslər X12, Əlimərdənova (Bəyova) Gülarə Şixkərim qızı və Mazanova (Bəyova) Gövhər Şixkərim qızı qalmışlar. X3 ölümündən sonra isə o və Cavabdeh qalmışlar. 2016-cı ildə ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Onların aralarındakı nikah pozulmuş, nikahın pozulması Qusar rayon Qeydiyyat şöbəsində 22 yanvar 2016-cı il tarixdə qeydə alınmışdır. O, qayınatası X5, X1, onun və X3 birgə yəhərində olan 4,50 ha torpaq sahəsindən öz payını və X3 həmin torpaqdakı payından miras əmlak kimi onun payına düşəcək torpaq sahəsini naturada ayırmaq üçün qayınatasının, qayınanasının və oğlunun birinci növbədə vərəsələri olan Cavabdeh və iş üçüncü şəxslərə müraciət etmişdir. Habelə X3 həmin torpaq sahəsindəki payından miras payını qəbul etmək üçün Qusar Notariat Ofisinə müraciət etmişdir. Üçüncü şəxslər X12, Əlimərdənova (Bəyova) Gülarə Şixkərim qızı və Mazanova (Bəyova) Gövhər Şixkərim qızı həmin torpaqdan onun payını ayırıb verməyə razı olsalar da, Cavabdeh həmin torpaq sahəsindən onun payına torpağı ayırıb naturada ona qaytarmağa, habelə X3 həmin torpaq sahəsindəki payından miras payını ona qaytarmağa razı olmamışdır. Ona görə də o, qayınatası X5, X1, onun və X3 mülkiyyətlərində olan həmin 4,50 torpaq sahəsindən məhkəmə qaydasında payların müəyyənləşdirilməsini və torpaq sahəsindən öz payının naturada ayrılmasını tələb edir. X3 həmin torpaq sahəsindəki payından onun düşəcək miras payını gələcəkdə cavabdeh Bəyov Şixkərim oğluna qarşı ayrıca iddia qaldırmaqla tələb edəcəkdir. Yuxarıda qeyd etdiyi kimi, cəmi 4,50 ha torpaq sahəsi onun, qayınatası X5, X1 və X10 - cəmi 4 nəfərin birgə mülkiyyətindədir və həmin torpaq sahəsinə onun ümumi birgə mülkiyyət hüquqları 06 fevral 1998-ci i, JN :0088 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. X30 hər bir mülkiyyətçinin payı konkret qeyd edilməsə də Qanunun mənasına görə paylar bərabər hesab edilir və torpaq sahəsində onun və digər mülkiyyətçilərin hər birinin payı 1/4 hissə, yəni 1,125 ha dir. Buna uyğun olaraq o, həmin torpaq sahəsindən onun və digər mülkiyyətçilərin hər birinin payının 1/4 hissədə müəyyənləşdirilməsini və həmin torpaq sahəsindən 1/4 hissədə payının, yəni 1,125 ha torpaq sahəsinin naturada ayrılaraq ona verilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş, məhkəməyə ərizə ilə müraciət etmiş və izahatında bildirmişdir ki, 06 fevral 1998-ci il tarixli, JN:0088 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktını Cavabdeh vərəsəlik yolu ilə öz adına çıxarış almışdır.4.32 ha torpaq sahəsinin naturada bölünərək iddiaçının ¼ hissədə payının ayrılmasını tələb edir. O, ekspert rəyi ilə razıdır və ekspert rəyinə uyğun olaraq qətamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, o, ekspert rəyi ilə razıdır. Həmçinin bildirmişdir ki, ekspert rəyinə uyğun olaraq iddiaçıya ¼ payın ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən ahiş etmişdir. Üçüncü şəxslər X4, Əlimərdanova (Bəyova) Gülarə Şixkərim qızı, Mazanova (Bəyova) Gövhər Şixkərim qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər və idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.6-cı maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının etibarnamə üzrə nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN-0088 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 22 iyul 1997-ci il tarixli 09 nömrəli qərarı ilə X7, X13, X18 və X14 Qusar rayonu Cibir kəndi ərazisindən 4.50 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X22 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2017-ci il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X15 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X21 xx.xx.1995-ci il tarixdə Qusar rayonu Cibir kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası X19r. İşdə olan xx.xx.2017-ci il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X21 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 235570 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X20 aralarında olan nikah xx.xx.2016-cı il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində pozulmuşdur. İşdə olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Cibir kəndində yerləşən 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ¼ X16, ¼ X10 və 2/4 hissədə Cavabdeh adlarına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-34/2- 14522/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, 18 may 2021-ci il tarixli, **********41 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən torpaq sahəsinin naturada ölçüsü sənəd üzrə 4.50 ha olmasına baxmayaraq faktiki və torpaqların elektron kadastrı uçotu məlumat bazasına torpaq sahə 0.183 ha azalaraq 4.317 ha təşkil edir. 18 may 2021-ci il tarixli, **********41 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X16, X10 və Cavabdeh birgə mülkiyyətlərində olan, Qusar rayonu Cibir kəndində yerləşən həmin 4.317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür. Qeyd olunan torpaq sahəsinin X8 payına düşən ¼ hissədə 1.079 ha olmaqla naturada bölünməsi mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 26 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9759 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Tərlan Səfərovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2-14522/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: Qərardadın birinci sualı üzrə: 18 may 2021-ci il tarixli, **********41 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən torpaq sahəsinin naturada ölçüsü sənəd üzrə 4.50 ha olmasına baxmayaraq faktiki və torpaqların elektron kadastrı uçotu məlumat bazasına torpaq sahə 0.183 ha azalaraq 4.317 ha təşkil etdiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: 18 may 2021-ci il tarixli, **********41 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X16, X17 və X9 birgə mülkiyyətlərində olan, Qusar rayonu Cibir kəndində yerləşən həmin 4.317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür. Qərardadın üçüncü sualı üzrə: qeyd olunan torpaq sahəsinin İddiaçı Çixseyid qızının payına düşən ¼ hissədə 1.079 ha olmaqla naturada bölünməsi mümkündür. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli 3-16-16/2- 10/9759 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********62 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 20 dekabr 2022-ci il tarixli 10/6979 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının və cavabdehin ümumi paylı mülkiyyətlərində olan, Qusar rayonu Cibir kəndində yerləşən 4.317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan, həmçinin Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək iddiaçının mülkiyyət payının naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsinə razı olduğunu bildirdiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-34/2-14522/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9759 saylı ekspert rəyinə uyğun olaraq həmin torpaq sahəsi naturada bölünməli, mütəxəssis rəyinə uyğun olaraq 1.079 ha olan ¼ hissəsi naturada ayrılıb İddiaçı ayrıca mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə ekspertizası məhkəmənin təşəbbüsü ilə təyin edilmiş və iddia təmin edildiyindən, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-34/2-14522/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9759 saylı ekspert rəyinə uyğun olaraq xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətlərində olan, Qusar rayonu Cibir kəndində yerləşən 4.317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1.079 ha olan ¼ hissəsi naturada ayrılıb İddiaçı ayrıca mülkiyyətinə verilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-7/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-7/2024
29.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver