Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-755/2022 07.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, İddiaçı ASC-nin Cavabdeh Rufət oğluna qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh Rufət oğluna qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixdə işə əlavə edilmiş ərizədən görünür ki, mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qatarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı ASC Cavabdeh Rufət oğluna qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəmə işə baxılması üçün ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumu İddiaçı ASC-yə qeri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC Cavabdeh Rufət oğluna qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC Cavabdeh Rufət oğluna qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəmə işə baxılması üçün ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumu İddiaçı ASC-yə qeri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-755/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-755/2022
07.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver