Məhkəmə qərarları › İş №e-2(029)-770/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-770/2022

27.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-770/2022 27.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, X8, onların nümayəndəsi və vəkili Vəkil2, qarşılıqlı iddia üzrə cavabdeh X20 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və X12 qarşı “pul tələbinə” dair iddiası, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və X8 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X24 qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X12 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X6 Azərbaycan Respublikasının X41 tərəfindən şəhidin həyat yoldaşı və uşağı olaraq onun və azyaşlı uşağı X21 adına ödənilmiş 10000 (on min) manat yardımın, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağı X21, cavabdehlər Cavabdeh1 və X8 adlarına verilmiş 11000 (on bir min) manat sığorta ödənişindən onun və azyaşlı uşağı X21 payına düşən 5500 (beş min beş yüz) manat sığorta ödənişinin, habelə X4 hərbi paltarlarının pulu olan 1418 (min dörd yüz on səkkiz) manat pulun, ümumilikdə 16918 (on altı min doqquz yüz on səkkiz) manat pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 02 sentyabr 2019-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə Qusar rayonu Gündüzqala kənd sakini X16 ilə evlənmişdir. Həmin nikahdan onların 21 may 2020-ci il tarixdə X28 adlı bir uşaqları anadan olmuşdur. X11 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində döyüş meydanında 01 noyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Cavabdeh1 onun mərhum X4 atası, cavabdeh X15 isə mərhum ərinin anasıdır. X4 ölümündən sonra birinci növbədə vərəsələri olaraq o, azyaşlı uşağı X28, cavabdehlər Cavabdeh1 və X15 qalmışdır. X4 Vətən Müharibəsində şəhid olmasına görə: Azərbaycan Respublikasının X41 tərəfindən şəhidin həyat yoldaşı və uşağı olaraq onun və azyaşlı uşağının adına 10000(on min) manat yardım; Yaşat Fondu tərəfindən şəhidin anası olaraq cavabdeh X8 adına 2500(iki min beş yüz) manat yardım; Yaşat Fondu tərəfindən şəhidin atası olaraq Cavabdeh1 adına 2500(iki min beş yüz) manat yardım; “Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağı X21, cavabdehlər Cavabdeh1 və X8 adlarına 11000(on bir min) manat sığorta ödənişi; Qusar Rayon İcra Hakimiyyəti tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağı X21, cavabdehlər Cavabdeh1 və X8 adlarına 1280(min iki yüz səksən) manat yardım; Ləzgi Milli Mədəni Mərkəzi tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağı X21, cavabdehlər Cavabdeh1 və X8 adlarına 900(doqquz yüz) manat yardım; X4 hərbi paltarlarının pulu olaraq onun adına 1418(min dörd yüz on səkkiz) manat yardım; Dəfn xərcləri olaraq 3000 (üç min) manat yardım ödənilmişdir. Bundan başqa, bir çox idarə və müəssisələr, habelə ayrı-ayrı fiziki şəxslər tərəfindən də X4 Vətən Müharibəsində şəhid olmasına görə ailəsinə müxtəlif məbləğlərdə pul, habelə ərzaq yardımları edilmişdir. Bütün yuxarıda qeyd etdiyi yardım və ödənişlər X4 birinci növbədə vərəsələri olaraq ona, azyaşlı uşağı X25, cavabdehlər Cavabdeh1 və X12 çatmalı olsa da həmin yardım və ödənişləri bütünlüklə Cavabdeh1 götürmüş, ona və azyaşlı uşağı X25 həmin məbləğlərdən hər hansı bir ödəniş edilməmişdir. Faktiki olaraq bütün yuxarıda qeyd etdiyi yardım və ödənişlər hal-hazırda cavabdehlər Cavabdeh1 və X1. O, yuxarıda qeyd edilmiş yardım və ödənişlərin hamısından pay tələb etmir. Lakin, Azərbaycan Respublikasının X41 tərəfindən şəhidin həyat yoldaşı və uşağı olaraq onun və azyaşlı uşağı X21 adına ödənilmiş 10000 (on min) manat yardımı, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən şəhidin 4 nəfər vərəsəsi olaraq onun, azyaşlı uşağı X21, cavabdehlər Cavabdeh1 və X8 adlarına verilmiş 11000(on bir min) manat sığorta ödənişindən onun və azyaşlı uşağı X21 payına düşən 5500 (beş min beş yüz) manat sığorta ödənişini, habelə X4 hərbi paltarlarının pulu olan 1418(min dörd yüz on səkkiz) manat pulu, ümumilikdə 16918 (on altı min doqquz yüz on səkkiz) manat pulu, cavabdehlər Cavabdeh1 və X6 tələb edir. O, həmin məbləğin könüllü olaraq ona qaytarılması barədə bir neçə dəfə cavabdehlər Cavabdeh1 və X12 müraciət etmişdir. Lakin, cavabdehlər həmin pulu könüllü olaraq ona qaytarmaq istəmirlər. O, hal-hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, ilkin iddia ərizəsində o, qeyd etmişdir ki, X4 44 günlük Vətən Müharibəsində şəhid olması ilə əlaqədar dövlət tərəfindən onlara göstərilmiş yardımlardan biri də ərinin ölümündən sonra qalmış birinci növbədə vərəsələri olaraq onun, azyaşlı uşağı X21, cavabdehlər Cavabdeh1 və X8 adlarına "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş 11000 (on bir min) manat sığorta ödənişidir. O, ilkin iddia ərizəsində həmin 11000 (on bir min) manat sığorta ödənişindən onun və azyaşlı uşağı X21 payına düşən 5500 (beş min beş yüz) manat pulun cavabdehlərdən alınıb ona qaytarılmasını xahiş etmişdir.Lakin, sonradan ona məlum olmuşdur ki, Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən həmin 11000 (on bir min)manat sığorta ödənişinə bütövlüklə onun və azyaşlı uşağı X21 vərəsəlik hüququ müəyyən edilmişdir. Ona görə də 11000 (on bir min) manat sığorta ödənişi bütövlüklə cavabdehlərdən alınıb ona qaytarılmalıdır. Odur ki, cavabdehlər Cavabdeh1 və X6 Azərbaycan Respublikasının X41 tərəfindən şəhidin həyat yoldaşı və uşağı olaraq onun və azyaşlı uşağı X21 adına ödənilmiş 10000 (on min) manat yardımın, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən onun və azyaşlı uşağı X21 adlarına verilmiş 11000 (on bir min) manat sığorta ödənişinin, habelə X4 hərbi paltarlarının pulu olan 1418 (min dörd yüz on səkkiz) manat pulun, ümumilikdə 22418 (iyirmi iki min dörd yüz on səkkiz) manat pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, cavabdehlər Cavabdeh1 və Şahpazova X14 Sevda Sultan qızına və X24 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi, Azərbaycan Respublikası X41 tərəfindən X2 arvadı İddiaçı yardım olaraq verilmiş 10.000 manat puldan X2 valideynləri, həm də vərəsələri olaraq paylarına düşən 5000 manat pulun, “Azərsıgorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X2 ailəsinə verilmiş 11000 manat sıgorta ödənişindən şəhidin valideynləri və vərəsələri olaraq X8 və Cavabdeh1 payına düşən 5500 manat pulun və X2 hərbi paltarlarının pulu olan 1418 manat puldan şəhidin valideynləri və vərəsələri olaraq X8 və Cavabdeh1 payına düşən 709 manat pulun müştərək qaydada qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X18 alınaraq onlara-şəhidin valideynləri X12 və Cavabdeh1 bərabər miqdarda ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddianı onunla əsaslandırmışlar ki, Qusar rayonu Gündüzqala kənd sakini xx.xx.1993-cii il təvəllüdlü X27 oglu onların doğma övladıdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 02 sentyabr 2019-cu ildə övladları X17 ilə nikaha daxil olmaqla həmin tarixdən etibarən Qusar rayonu Gündüzqala kəndindəki onlara aid evdə onlarla birgə mehriban yaşayaraq təsərrüfat aparmışdır. Oğlu Sarvanın gəlini Sevda ilə birgə nikahlarından 21 may 2020-ci il təvəllüdlü Rəvan adlı uşağı - nəvələri var. Oğlu X27 oglu Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa edilməsi ugrunda gedən döyüş əməliyyatları zamanı həlak olmuşdur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz tələbinin əsası kimi belə dəlillər irəli sürür ki, X4 müharibədə şəhid olmasına görə verilmiş yardım və ödənişlərdən, sığorta məbləğindən, pul kompensasiyasından ona və azyaşlı uşağına hər hansı bir ödəniş edilməmişdir, yardım və ödənişlər, sığorta məbləği və pul kompensasiyası guya Cavabdeh1 oglu tərəfindən götürülmüşdür. Məhkəməyə verilmiş bu məlumatlar yalnış məlumatlardır. Belə ki, doğma övladı Sarvanın həlak olması ilə onun ataanası olaraq ürəkləri "dağlanmışdır”, üzülmüş,mənəvi sarsıntılara düçar olmuşlar. Övladının şəhid olmasına görə verilmiş bütün yardım və ödənişlər, sığorta məbləği, pul kompensasiyası ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sərəncamında idi. Mərhum övladının yadigarı olan nəvələri Rəvanla nəfəs alıb-yaşayırdılar. Birgə yaşayıb təsərrüfat apardıqları evə daxil olan bütün əmlakı demək olar ki, mərhum oğlunun arvadı İddiaçı idarə edirdi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 441 saylı, xx.xx.2022-ci il tarixli arayışdan da görünür ki,mərhum övladı Sarvan Şahbazovanın ölümündən sonra miras əmlakı İddiaçı idarə edir. Verilən yardımlar, sığorta məbləği və pul kompensasiyası ilə bağlı İddiaçı ailədə belə bir təklif, ideya irəli sürmüşdür ki, həmin ödəniş məbləğləri olduqca onları toplayıb saxlayacaq ki, şəhərdən nəvələri Rəvana 3 otaqlı mənzil alacaq, digər gəlirləri, aylıq əmək haqqı, pensiya məbləği, şəxsi təsərrüfatdan əldə etdikləri gündəlik tələbatlarına xərclənsin, beləcə dolansınlar. Onlarda, ağıllı hərəkətə etiraz etməmişlər. Nəvələri Rəvanın anası olan İddiaçı etibar etmiş, ona inanmışlar. Zənn etmişlər ki, İddiaçı məhrum övladının şəhid olması ilə bağlı ödənişləri, pul məbləğlərini evində öz yataq otağında toplayıb saxlayır.Hətta, Notariat Ofisinə dəvət olunduqları vaxtlarda da İddiaçı təklifi ilə ona inanıb bütün sənədləri tərəddüd etmədən, oxumadan imzalamışlar. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı atasıqarşılıqlı iddia üzrə cavabdeh X20 da evi onların yaşadıqları Qusar rayonu Gündüzqala kəndindədir. İddiaçı son vaxtlar atası evinə tez-tez gedib-gəlir, hər dəfə də gedərkən əlidolu, yardım ərzaqları ilə gedirdi.Bəzən nəvələri Rəvanla günlərlə atası evində qalırdı. Qarşılıqlı iddia üzrə cavabdeh X34 oglu gəlini Sevda ilə onların aralarında yersiz və öz həllini tapmayan söz-söhbətlər və soyuqluq yaratmış, onları nəvələri Rəvanla imtahana çəkərək qarşılarında şərt qoymuşdur ki, yaxın vaxtlarda qızı İddiaçı şəhərdən 65 000 manatlıq ev almasalar, qızı Sevdanı və nəvəsi Rəvanı onların evindən öz evinə köçürəcək, nəvələri Rəvanı onlardan ayıracaq. Cavabdeh Sultan Sərkərova yalvardılar ki, belə hərəkət etməsin, evi, bütün əmlakları, təsərrüfatı Rəvanındır, evi Rəvana bağışlamağa da hazırdırlar, təki Rəvanı onlardan ayırmasınlar. Cavabdeh Sultan Sərkərov isə “yox, indi evinizi satın. Sevdanın topladığı yardım pulları evimdədir, siz də üstünü düzəldin, 65000 manata şəhərdən Sevdanın adına ev almasanız Rəvanı bir daha görməyəcəksiniz” demişdir. İddiaçı da valideynlərinin təsiri altında idi. İddiaçı artıq onların evindən bütün yardım pullarını, ödəncləri özünə məxsus olan qızıl-zinət və cehiz əşyalarını atası evinə aparmışdı.Sonda da cavabdeh Sultan Sərkərov gələrək İddiaçı, nəvələri Rəvanı bir sıra əşyaları ilə birlikdə onların evindən öz evinə köçürmüşdür. Evində yalnız İddiaçı məxsus iri həcmli şkaf, şifoner kimi əşyalar qalmışdır. Həmin vaxt anlamışlar ki, cavabdeh Sultan Sərkərov gəlini İddiaçı verilən yardımlardan yararlanmaq üçün bəhanələrlə qarşılarında agır şərtlər qoyaraq İddiaçı nəvələri Rəvanla birlikdə öz evinə köçürmüşdür. Sığorta ödənişi 11000 manat pul vəsaiti və Müdafiə Nazirliyi tərəfindən verilmiş pul kompensasiyası, X41 tərəfindən verilmiş 10000 manat pul və digər yardımlar, müavinətlər hazırda qarşılıqlı iddia üzrə cavabdeh X20 və onun qızı İddiaçı sərəncamındadır. Buna baxmayaraq, İddiaçı utanmadan hazırda onlara qarşı pul tələbi barədə iddia qaldırmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi Qusar Rayon Notariat Ofisinin verdiyi xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən İddiaçı və xx.xx.2020-ci il təvəllüdlü X35 oglu X2 vərəsələri kimi təsdiq edilməklə onların 11000 manatdan ibarət miras əmlakdan 1\2 hissədə pay almaları müəyyən edilmişdir. Həmçinin Qusar Rayon Notariat Ofisinin verdiyi xx.xx.2021 -ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında “şəhadətnamə"yə əsasən İddiaçı və xx.xx.2020-ci il təvəllüdlü X35 oglu X2 vərəsələri kimi təsdiq edilməklə onların Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən veriləcək pul kompensasiyasından ibarət miras əmlakdan 1\2 hissədə pay almaları müəyyən edilmişdir. Lakin, X9 və Cavabdeh1 övladları olan X2 vərəsələri kimi təsdiq edilibedilmədikləri, onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilibverilmədiyi məlum deyildir. X9 və Cavabdeh1 sığorta ödənişi 11000 manat pul vəsaitindənmiras əmlakdan qalan 1\2 hissədə payı alıb-almadıqları, Müdafiə Nazirliyi tərəfindən veriləcək pul kompensasiyasının məbləği və həmin məbləğdən-miras əmlakdan qalan 1\2 hissədə payı alıb-almadıqları, ümumiyyətlə sığorta ödənişi 11000 manat pul vəsaitinin və Müdafiə Nazirliyi tərəfindən veriləcək pul kompensasiyasının hansı qaydada və kimə (kimlərə) verildiyi müəyyən olunmalıdır. X13 müharibədə şəhid olmasına görə verilmiş yardım və ödənişlərdən, sığorta məbləğindən, pul kompensasiyasından ona və azyaşlı uşağına ödəniş edilib-edilmədiyi kimi işin əhəmiyyətli olan halları aidiyyəti qurumlarda olan müvafiq sənədlərlə müəyyən oluna bilər. Belə sənədlər işə baxılmasının tezləşdirilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətindən məhkəmə sorğusu ilə tələb edilməlidir. Bu barədə onlar tərəfindən məhkəməyə vəsatət verilmişdir. İddiaçı Qusar Rayon Notariat Ofisinin verdiyi xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə''yə əsasən İddiaçı və xx.xx.2020-ci il təvəllüdlü X35 oglu X2 vərəsələri kimi təsdiq edildiyinə görə 11000 manat sığorta ödənişinin bütövlükdə ona qaytarılmasını tələb edir. Hazırkı iş üzrə - ilk iddia üzrə cavabdeh X15 X2 anası, Cavabdeh1 isə X32 atasıdır. Bu işin mübahisə olunmayan və sübutlarla təsdiqini birmənalı tapan haldır.Bu halın mövcudluğu Mülki Məcəllənin 1159.1.1 -ci maddəsinə əsasən cavabdehlərin X32 birinci növbə vərəsəsi olması statusunu təsdiq edir.X3 və Cavabdeh1 birinci növbə vərəsə hesab edilməsinin məhkəmə təsdiqinə də zərurət yoxdur. İddianın düzgün həlli üçün yardım, müavinət, sığorta ödənişi və pul kompensasiyasının miras kütləsinə daxil edilib-edilməməsinin müəyyən olunması zəruridir. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən İddiaçı və xx.xx.2020-ci il təvəllüdlü X35 oglu X2 vərəsələri kimi təsdiq edilməklə onların 11000 manatdan ibarət miras əmlakdan 1\2 hissədə pay almaları müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən İddiaçı və xx.xx.2020-ci il təvəllüdlü X35 oglu X2 vərəsələri kimi təsdiq edilməklə onların Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən veriləcək pul kompensasiyasından ibarət miras əmlakdan 1\2 hissədə pay almaları müəyyən edilmişdir. Qusar RİHB-nm Gədəzeyxur kənd İƏD üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Aktdan da görünür ki, X2 həyat yoldaşı İddiaçı və uşağı Rəvan 13 aprel tarixinə kimi Cavabdeh1 evində ailəsi ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında İddiaçı ilkin iddianı müdafiə etmiş, qarşılıqlı iddianı isə rədd edərək ilkin iddiada göstərilən halları təsdiq edərək, izahatında göstərmişdir ki, o, bir şəhid yoldaşı olaraq uşağının haqqının qaytarılmasını tələb edir. İlkin iddia üzrə cavabdehlər şəhid əri üçün ayrılmış pulla qaynına ev tikmişlər, bir il yarım onu aldadıblar, başqa şəxslərə pul verib onun üstünə göndərirlər. Mərhum ərinə çatası pulun ayrılması barədə qəbzlərə o, imza etmiş, ancaq pulu qayınatası almışdır. 10000 (on min) manat yardımın, 11000 (on bir min)manat sığorta ödənişinin, Qusar RİH-i tərəfindən verilmiş 1280 manat pulun, hərbi paltarların pulu olan 1418 manatın və başqa yardımların alınması barədə qəbzlərə o imza etmişdir, onun səmimiliyindən və etibarından istifadə edərək həmin pulları qayınatası almışdır. Pulu almağa banka Əliməhəmmədlə getmiş, pulu kassadan götürdükdə sonra Əliməhəmmədə vermişdir. O, cavabdehlərin evində əri şəhid olandan sonra bir il yarım yaşamış, həmin müddət ərzində o, cavabdehlərdən ayrılmış pulu istəmişdir. İlkin iddia üzrə cavabdehlər ona uşağın 18 yaşı olandan sonra uşağa kömək edəcəklərini demişlər. O, Əliməhəmmədin səsini telefonuna yazmışdır. Əliməhəmməd ona “ver məhkəməyə, bir adam tut onun vasitəsi ilə pulu qaytararam” demişdir. Cavabdehlər uşağına maşın alacağını, ev alacağını deyib, lakin o, razı olmamışdır, uşağının haqqını tələb edir. Əri şəhid olandan sonra cavabdehlərin evində yaşadığı müddət ərzində verilmiş pul yardımlardan istifadə etməmişdir, həmin müddət ərzində yaşadıqları evində təmir işləri aparılmamışdır, pul onda olmamışdır. Ayrılmış pul ona verilmədiyinə görə polis orqanlarına şikayət etməmişdir. Əri şəhid olandan bir il keçməmiş 2021-ci ildə qaynı Ramala Qusar şəhərində ev tikilmişdir. O, cavabdehlərdən 65 min manatlıq ev tələb etməmişdir. Pulların alınması barədə qəbzlərin imzalanma tarixlərini xatırlamır. Əliməhəmməd onun vəkili ilə danışanda pulların özündə olduğunu, ev tikdiyini etiraf etmişdir. Ayrılmış pulların dəqiq nəyə görə verildiyini bilməmiş, əri şəhid olduğuna görə verildiyini bilmişdir. Pulu götürməyə Kapital Banka qaynatası Əliməhəmmədlə getmiş, pulun alınması barədə qəbzi o imzalamışdır. Yaşat Fondundan 2.500 manat pul ayırmışdılar. 11000 (on bir min) manat Rəvanın və onun adına gəlmişdir. Pulları alıb qaynatasına vermiş, qaynatası pulu ondan zorla almamış, ona hədə-qorxu gəlməmiş, pulları ona ailə üzvü kimi inanıb vemişdir.Pulları verən tarixləri dəqiq xatırlamır. Həmin vaxt qaynatası pulları oğlu Rəvanın adına qoyacağını demişdir. Hazırda o, atasının evində qalır, cavabdehlərin evindən getməyinin səbəbi uşağının haqqını verilməməsi olmuşdur. Odur ki, ilkin iddianın təmin edilməsinə, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş, iddiada göstərilən xüsusatları və İddiaçı dediklərini təsdiq etmiş, ilkin iddianın təmin edilməsinə, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş, qarşılıqlı iddiadakı xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, İddiaçı gəlinləri olmuş, onunla çox mehriban yola getmişlər. Oğlu şəhid olandan sonra axır vaxtlar tez-tez atasının evinə gedib, onlara gec qayıtmışdır. Sonra İddiaçı ona Qusar şəhərində evə baxdığını, qiyməti 65 min manat olduğunu, həmin evi ona almalarını istəmişdir. O, da Sevdaya evi Dövlət tərəfindən veriləcəyini demiş və bu barədə Sevdanın atası ilə də söhbəti olmuşdur. Bundan sonra Sevda onlara həmin evi almasa uşağı onlara göstərməyəcəyini demişdir. Sevda onların evindən gedəndə bütün pulları və qızılları özü ilə aparmışdır. Ayrılmış pulların alınması barədə qəbzlərə Sevda özü imzalayıb, pulu da özü götürüb və pulu özündə saxlamışdır. Yaşat Fondundan ayrılmış yardımları ilə Sevdanın razılığı ilə evi təmir etmişlər, təzə mətbəx tikmişlər, eyvanı təmir etmişlər. Həmin vaxt Sevda həmişəlik onların evində qalacağını demişdir. Sevda onların evindən axırıncı dəfə gedəndə onlardan pul istəməmiş, o, Sevdaya kartları qaytaranda da pul barədə heç nə deməmişdir. 10000 (on min) manat yardımın, 11000 (on bir min) manat sığorta ödənişinin, Qusar RİH-i tərəfindən verilmiş 1280 manat pulun, hərbi paltarların pulu olan 1418 manatın və başqa yardımların alınması barədə qəbzləri Sevda özü imzalayıb pulları da özü götürmüş, həmin pullar həmin şəxsin özündə olmuşdur. Sevda həmin pullarla oğluna ev alacağını demişdir. Sevda onların evindən gedəndə özünə məxsus qızılları və pulları özü ilə aparmışdır. Evin təmirinə təxminən 8000 manat xərclənmişdir. Oğlu təzə işə düzəlmiş, evin xərclərini o görüb, pul da həmişə onda olub. O, Sevdaya “ver pulu mən saxlayım” deməmişdir. Ona 2.500 manat arvadına da 2.500 manat ayrılmış, həmin pulla evi təmir etmişlər, qalan pulu da həyətində olan cöngəni satıb təmirə xərcləmişlər. Oğlu şəhid olandan bir il sonra evi təmir etmiş, evi təmir edəndən 4 ay sonra Sevda onların evindən çıxıb getmişdir. O, pulu almağa Sevda ilə bir yerdə getmiş, imzanı Sevda çəkmiş, pulu da Sevda almışdır. Sevdanın evdən getməsinin səbəbi 65000 (altmış beş min) manatlıq evi ona almamaqları olub, Sevda onlardan ev tələb etmiş, evi almasa uşağı onlara göstərməyəcəyini demişdir. Onlar Sevdanı evdən qovmamışlar. Odur ki, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X15 ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş, qarşılıqlı iddiadakı xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, oğlu şəhid olandan sonra bir il yarım demək olar ki, hər gecə o, Sevda ilə bir yerdə yatmış, onu bir balası kimi istəmişdir. Sonradan Sevda özü onlarla qalmaq istəməmiş, onlara özü üçün ev almalarını demiş, onlarda Sevdaya evin Dövlət tərəfindən veriləcəyini demişlər. Oğlu şəhid olmamışdan əvvəl onlardan ayrı yaşamağı barədə heç vaxt danışmamış, şəhid oğlu onlarla yaşamaq istəmişdir. Ayrılmış pulları o götürməmişdir. Bütün verilmiş pullar Sevdanın özündə olmuşdur. Sevda onların evindən gedəndə bütün pulları və qızılları özü ilə aparmışdır. Onun adına 2.500 manat ayrılmış, o həmin pulun alınmasına qol çəkmişdir. Onlar bütün əmlakı nəvələri Rəvana verəcəklər.Odur ki, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş, qarşılıqlı iddianı göstərilən xüsusatları, Cavabdeh1 və X8 dediklərini təsdiq etmiş, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh X29 qarşılıqlı iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, qızı Sevda qarşı tərəfin evindən gələndə onda pul olmamışdır. Hazırda qızı onun qazancı ilə dolanır. Onda maşın 10-20 ildir var, Onda 01 lada markalı maşın olub, həmin maşını 1972-ci ildə almışdır. O, qızına verilmiş pulla özünə maşın almamışdır. Qarşı tərəfin qızının onlara tez-tez gəlməsi barədə dedikləri yalandır. Onlar evini təmir etməmişlər. Qızının qaynatası pul özündə olduğunu, pulu ancaq məhkəmə yolu ilə qaytaracağını demişdir. Sevda onlara gələndə özü ilə heçnə, pul, qızıl ziynət əşyaları gətirməmişdir. Qarşı tərəf qızına onların evində qalmağa şərait yaratmamışdır, qızına pis sözlər demişdir. Qızı son vaxtlar ona orda qalmaq istəmədiyini demiş, o da ona orda qalmasını demişdir, lakin qızı ona tək otaqda çörək yediyini, pis sözlər deyildiyini, qarşı tərəfin onunla yola getmədiyini demişdir. Pulların hamısını Əliməhəmməd götürüb, o, qızına “pulları sən götür, pulları gələcəkdə uşaq üçün xərclə” deməmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı pul tələbinə dair ilkin iddiası rədd edilməli, həmçinin Məhəmməd Şahbazovun və Cavabdeh2 pul tələbinə dair qarşılıqlı iddiaları rədd edilməlidir. Belə ki, işdə olan AZ-İİ 277573 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə “hərbi əməliyyatlar nəticəsində” Xocavənd rayonunda ölmüşdür. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən İddiaçı verilmiş 14 iyul 2022-ci il tarixli 149 saylı arayışın surətindən görünür ki, həqiqətən onun mərhum həyat yoldaşı xx.xx.1993-cü il təvəllüdlü MAHHXHQ əsgər-X16 01.11,2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, 01.11 2020-ci ıl tarixdən X16 “Şəhid”, onun ailəsi “Şəhdi ailəsi” hesab edilmişdir. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli 92 saylı arayışın surətindən görünür ki, mərhum X16 vəfat etdiyi günə kimi Qusar rayonu Gündüzqala ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələrii qalmışdır. Cavabdeh1-atası, X15-anası, İddiaçı-h.yoldaşı, X28-oğlu. Mərhumun ölümündən sonra miras əmlakı Cavabdeh1 idarə edir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 13 iyul 2022-ci il tarixli 225 saylı arayşın surətindən görünür ki, X16 və X19 nikahı haqqında 02 sentyabr 2019-cu il tarixdə 09 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah Qusar rayonunun Gedəzeyxur kənd icra nümayəndəliyində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadın “Şahbazova” soyadını qəbul etmişdir. Nikaha Ş.Sarvan Əliməhəmməd oğlunun xx.xx.2020-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2021-ci ildə 57 nömrəli akt qeydi ilə Qusar rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 441 saylı arayışın surətindən görünür ki, mərhum X16 vəfat etdiyi günə kimi Qusar rayonu Gündüzqala ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. İddiaçı, X30. Mərhumun ölümündən sonra miras əmlakı İddiaçı idarə edir. İşdə olan Cavabdeh1 və X15 tərəfindən xx.xx.2021-ci il tarixdə Notariat Ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş mərhum X10 miras qalmış əmlakların, onlara çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmişlər. Payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. İşdə olan xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X13 vərəsələri: ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı və X28 miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak bundan ibarətdir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanuna əsasən ödəniləcək 11000 AZN (on bir min manat) pul vəsaiti. İşdə olan xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X13 vərəsələri: ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı və X28 miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak bundan ibarətdir: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mərhum X13 vərəsələri İddiaçı və X25 əşya-əmlakın əvəzinə ödəniləcək pul kompensasiyası. İşdə olan Qusar rayon Notariat Ofisindən verilmiş 08 sentyabr 2022-ci il tarixli X-1287 saylı məktubdan görünür ki, 01 noyabr 2020-ci il tarixində vəfat etmiş X13 ölümündən sonra miras qalmış əmlaka dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün xx.xx.2021-ci ildə İddiaçı Qusar rayonu Notariat ofosonə müraciəti daxil olmuşdur.Həmin müraciətə əsasən Qusar rayon notariat ofisində vərəsəlik işi açılmış və qeyd olunan şəxsin adına xx.xx.2021-ci il tarixdə 2V-83, xx.xx.2021-ci il tarixdə 2V-570 reyestr nömrələri ilə vərəsəlik şəhadətnamələri verilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayşın surətindən görünür ki, X28 xx.xx.2020-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X5, anası İddiaçıdır. İşdə olan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli 06/02-135 saylı məktubdan görünür ki, Qusar rayon Notariat Kontorunun 59 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsində İddiaçı və X25 miras əmlakdan ½ pay ayrılmalı olduğu bildirilmişdir. Gedəzeyxur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02 fevral 2021-ci il tarixli 127 saylı arayışına əsasən X7 Sevda Sultan qızının himayəsində olduğu qeyd edilmişdir. Bu səbəbdən 17 fevral 2021-ci il tarixdə mərhum hərbi qulluqçu X13 vərəsəsi İddiaçı bank hesabına 11000 manat sığorta ödənişi köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyindən verilmiş 08 sentyabr 2022-ci il tarixli MİHO/4.1-2- 2022-5257 saylı cavab məktubundan görünür ki, X2 ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə müraciətlərinə əsasən, 2021-ci il 2 iyul tarixində şəhidin anası X8, 2021-ci il 5 oktyabr tarixində atası Cavabdeh1Seyidəhməd oğlunun və 2022-ci il 23 avqust tarixində isə həyat yoldaşı İddiaçı bank hesabına ayrı-ayrılıqda 2500 AZN (iki min beş yüz) məbləğində vəsait köçürülmüşür. İşdə olan "xxxx" ASC-nin Qusar filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli TT**********21311000 saylı məxaric orderindən görünür ki, İddiaçı həmin filialdan 11000 manat məbləğində pul verilmişdir. İşdə olan "xxxx" ASC-nin Qusar filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli TT**********7912178 saylı məxaric orderindən görünür ki, X12 həmin filialdan 2178 manat məbləğində pulverilmişdir. İşdə olan "xxxx" ASC-nin Qusar filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli TT**********9792500 saylı məxaric orderindən görünür ki, Cavabdeh1Seyidəhməd oğluna həmin filialdan 2500 manat məbləğində pul verilmişdir. İşdə olan Kapital Bank ASC tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli 141 saylı cavab məktubundan görünür ki, X12 ayrılmış 2500 (iki min beş yüz) AZN məbləğindən, onun öz razılığı ilə 322 (üç yüz iyirmi iki) AZN onun öz adına olan kreditə tutulmuşdur. İşdə olan "xxxx" ASC-nin Quba filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BPM**********18 saylı məxaric orderinin surətindən görünür ki, şəhid ailəsi İddiaçı hesabına Müdafiə Nazirıliyindən daxil olmuş 1418.2 manat məbləğində pul vəsaiti həmin şəxsə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X11 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsi zamanı 01 noyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Həmin şəxsin ailə üzvlərinə, yəni İddiaçı, övladı Rəvan Şahbazova, həmçinin ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 şəhid ailəsi statusu verilmişdir. Bundan sonra Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli 2V-83 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X13 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödəniləcək 11000 (on bir min) manat məbləğində pul vəsaiti İddiaçıən bank hesabına köçürülmüş və "xxxx" ASC-nin Qusar filialı tərəfindən imza etdirilməklə şəxsən İddiaçı təqdim edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ödəniləcək 1418 (min dörd yüz on səkkiz) manat məbləğində pul vəsaiti Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli 2V-570 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı hesabına köçürülmüş və həmin pul vəsaiti də "xxxx" ASC-nin Quba filialı tərəfindən imza etdirilməklə şəxsən İddiaçı təqdim edilmişdir. Bununla da, həmin pul vəsaitləri İddiaçı sahibliyində və sərəncamında olmuşdur. X32 valideynləri Cavabdeh1 və Cavabdeh2 29 yanvar 2021-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə verərək Sarvan Şahbazovun mirasından pay tələb etmədiklərini bildirmişlər. İddiaçı bankdan götürdüyü həmin vəsaitlərini Cavabdeh1 və Cavabdeh2 verdiyini iddia etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Bundan başqa, X41 tərəfindən X32 ailə üvlərinin məhz hansının adına 10000 manat məbləğində pul köçürülməsi və həmin pulun şəxsən kimə təqdim edilməsi məhkəmə iclasında müəyyən olunmamış, bununla bağlı tərəflərdən heç biri məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun2.1.5-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir:sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasənmirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasənqanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Göründüyü kimi, İddiaçı şəhid əri Sarvan Şahbazovun həlak olması ilə əlaqədar onun adına verilmiş pul vəsaitlərini Cavabdeh1 və Cavabdeh2 verməsi heç bir mötəbər sübutla təsdiq olunmur, həmin halı İddiaçı tərəf olaraq sübuta yetirməmişdir. Odur ki, məhkəmə İddiaçı iddia tələbinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, həmin şəxsin iddiası əsassız və qanunsuzdur, bu səbəbdən də təmin oluna bilməz. Bundan başqa, məhkəmə Cavabdeh1 və Natəvan Şahbazovanın iddia tələbinin dəlillərini də qəbul etmir. Belə ki, X32 həlak olması ilə əlaqədar ödənilmiş pul vəsaitləri onun miras əmlaklarına aid olmasa da, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır. Çünki, həlak olmuş hərbi qulluqçulara ödəniləcək sosial sığorta ödənişinin məhz onun vərəsələrinə (ailə üzvlərinə) verilməsi müəyyən olunmuşdur. Bu baxımdan həmin pulun alınması ilə əlaqədar yaranmış mübahisələrə vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaların tətbiqi zəruridir. Yuxarıda qeyd edildiyi kimi, X32 həlak olması ilə əlaqədar ödənilməli olan sosial sığorta ödənişi və Müdafiə Nazirliyi tərəfindən verilən pul vəsaiti onun vərəsələrindən olan İddiaçı verilmiş, digər vəsərələri olan və həmin pulu əldə etmək hüququ olan Cavabdeh1 və Cavabdeh2 isə bununla razılaşaraq həmin pul vəsaitlərindən pay tələb etməmişlər, bununla bağlı hər hansı iradə ifadəsi nümayiş etdirməmişlər, uzun müddət susmuşlar və İddiaçı qarşı hər hansı iddia irəli sürməmişlər. Bununla da, onlar mirasın qəbulu ilə əlaqədar mübahisə açmaq hüququnu itirmişlər. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassız və qanunsuzdur və təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 heç biri öz iddialarının əsası kimi istinad etdikləri halları sübuta yetirməmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 və X12 qarşı “pul tələbinə” dair iddiası, Cavabdeh1 və X8 İddiaçı və X24 qarşı pul tələbinə dair qarşılıqlı iddiaları rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və X12 qarşı “pul tələbinə” dair iddiası rədd edilsin. Cavabdeh1 və X8 İddiaçı və X24 qarşı pul tələbinə dair qarşılıqlı iddiaları rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar