Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-781/2023 15.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Maraqlı şəxs1 iştirakı ilə Ərizəçi İddiaçı “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərərək, aşağıdakı şərtlərlə bağlanmış MŞS/MT030/2023-01689 nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir:
1. Maraqlı şəxs1 övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı ilə birlikdə istənilən xarici ölkəyə sərbəst şəkildə gedib qayıtmalarına razılıq verir.
2. Maraqlı şəxs1 övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı ilə birlikdə istənilən xarici ölkəyə sərbəst şəkildə gedib qayıtmalarına da notariusda razılıq ərizəsi verməsini öz öhdəsinə götürür. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, birinci tərəf qismində o, İddiaçı, ikinci tərəf qismində Maraqlı şəxs1 Vidayət oğlu aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Müraciəti əsasında MŞS/MT030/2023-01689 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı aralsarında müəyyən razılaşma olmuş və bu barədə aralarında Barışıq Sazişi imzalanmışdır. Barışıq Sazişinə əsasən,
1. Maraqlı şəxs1 övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı ilə birlikdə istənilən xarici ölkəyə sərbəst şəkildə gedib qayıtmalarına razılıq verir.
2. Maraqlı şəxs1 övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı ilə birlikdə istənilən xarici ölkəyə sərbəst şəkildə gedib qayıtmalarına da notariusda razılıq ərizəsi verməsini öz öhdəsinə götürür. Barışıq sazişi onların və mediatorun imzası ilə təsdiq olunmuş və təşkilatın möhürü ilə möhürlənmişdir. Lakin, barışıq sazişi təsdiq olunmasına baxmayaraq Maraqlı şəxs1 tərəfindən sazişin şərtləri icra olunmamışdır. Belə ki, o, üzərinə götürdüyü icazə öhdəliyini sazişdə nəzərdə tutulduğu qaydada həyata keçirməmişdir. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün "Mediasıya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi də müəyyən olunmuş müddət keçmişdir. Məhkəmə iclasında ərizəçi X2 ərizəni müdafiə etmiş, ərizədəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, onunla maraqlı şəxs X3 arasında bağlanmış barışıq sazişinə əsasən mRamin Əlimuradov ona 2 ay 150 manat, ondan sonra isə hər ay 200 manat məbləğində aliment ödəməməyi öhdəsinə götürmüşdür. Lakin, sonradan Ramin Əlimuradov barışıq sazişinin şərtlərini pozmuş, aliment ödəməkdən boyun qaçırmış, bu barədə ona bildirdikdə isə məhkəməyə müraciət etməsini demişdir. Bu səbəbdən də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 izahatında göstərmişdir ki, o, mediasiyada onunla İddiaçı arasında bağlanmış barışıq sazişinin şərlərini yerinə yetirmiş, azyaşlı uşaqların anaları ilə birlikdə ölkədən getməsinə notarial qaydada razılıq ərizəsi vermişdir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazəmi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, Nümayəndə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Sumqayıt 1 saylı Mediasiya təşkilatına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan Symqayıt 1 saylı Mediasiya təşkilatında İddiaçı ilə Maraqlı şəxs1 arasında bağlanmış MŞS/MT030/2023-01689 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşaöıdakı şərtlərlə razılığa gəlmişlər:
1. Maraqlı şəxs1 övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı ilə birlikdə istənilən xarici ölkəyə sərbəst şəkildə gedib qayıtmalarına razılıq verir.
2. Maraqlı şəxs1 övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı ilə birlikdə istənilən xarici ölkəyə sərbəst şəkildə gedib qayıtmalarına da notariusda razılıq ərizəsi verməsini öz öhdəsinə götürür. Göründüyü kimi, ərizəçi İddiaçı ilə Maraqlı şəxs1 arasında bağlanmış MŞS/MT030/2023-01689 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçi İddiaçı ilə Maraqlı şəxs1 arasında Sumqayıt 1 saylı Mediasiya təşkilatında mediatorun iştirakı ilə bağlanmış MŞS/MT030/2023-01689 nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə Maraqlı şəxs1 arasında Sumqayıt 1 saylı Mediasiya təşkilatında mediatorun iştirakı ilə aşağıdakı şərtlərlə bağlanmış MŞS/MT030/2023-01689 nömrəli, xx.xx.2023-cü ü tarixli Barışıq Sazişi təsdiq olunsun:
1. Maraqlı şəxs1 övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı ilə birlikdə istənilən xarici ölkəyə sərbəst şəkildə gedib qayıtmalarına razılıq verir.
2. Maraqlı şəxs1 övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı ilə birlikdə istənilən xarici ölkəyə sərbəst şəkildə gedib qayıtmalarına da notariusda razılıq ərizəsi verməsini öz öhdəsinə gotürur. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Sədrlik edən Anar Qasımov