Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-785/2024 18.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “borc pulun qaytarılması tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “borc pulun qaytarılması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 510 (beş yüz on) manat əsas borcunun, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 30(otuz) manat dövlət rüsumu, hüquqi xidmətlə bağlı Qusar rayon Vəkil Bürosuna ödədiyi 300(üç yüz) manat ümumilikdə 840 (səkkiz yüz qırx) manat pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun köhnə iş yoldaşıdır. Cavabdeh 2023-ci ilin iyun ayında WhatsApp mobil təbiqindən ona yazaraq hansısa problemlə əlaqədar polisə düşdüyünü və buna görədə vacib pul lazım olduğunu bildirərək ondan 500 manat borc pul istəmiş və aldığı borcu bir həftə ərzində qaytaracağına söz vermişdir. O, cavabdehi əvvəldən tanıdığından və həqiqətən vacib pul lazım olduğunu düşünərək elektron bank tədbiqi ilə özünə məxsus Unibank kart hesabından cavabdehin WhatsApp tədbiqi vasitəsi ilə ona göndərdiyi Rabitəbanka məxsus **********257526 nömrəli bank kartına 510 (beş yüz on)manat pul göndərmişdir. Bundan sonra Cavabdeh göndərdiyi pulu aldığını bildirərək ona minnətdarlığını bildirmiş, yaxın vaxtlarda borcu qaytaracağına dair söz vermişdir. Lakin razılaşdığı vaxtda Cavabdeh aldığı borc pulu ona qaytarmamışdır. Cavabdeh ona borclu olduğunu etiraf etsədə ondan aldığı 510 (beş yüz on) manat pulu könüllü olaraq qaytarmaq istəmir. Dəfələrlə cavabdehə müraciət edərək ona borclu olduğu pulu qaytarmasını xahiş etsədə söz verdiyi vaxtda pulu qaytarmamışdır. Artıq 1 ildən coxdur ki, onun 510 manat pulum Cavabdehdır. O, həmin pulu 1 il ərzində qanunsuz olaraq özündə saxlamaqla ona əlavə zərər vurmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Cavabdeh dəfələrlə məhkəmə iclasına çağırılmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Buna görə də, məhkəmə iclasının cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun və İddiaçı iştirakı olmadan keçirib iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" KB ASC tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 500 manat məbləğində pul vəsaiti 526163****7526 saylı karta göndərilmişdir. İşdə olan 25289 saylı xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Qusar rayon Vəkil Bürosunun hesabına 300 manat pul köçürmüdür. İşdə olan 16461 saylı xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 30 manat miqdarında dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, cavabdeh iddiaçıdan 510 manat borc pul almış və bu barədə iddiaçının cavabdehin kart hesabına həmin məbləğin göndərilməsini təsdiq edən qəbz mövcuddur. Odur ki, qiyabi icraat qaydasında məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh 510 (beş yüz on) manat əsas borcunun, habelə iddia qaldırmaqla əlaqədar ödənilmiş 30(otuz) manat dövlət rüsumu, hüquqi xidmətlə bağlı Qusar rayon Vəkil Bürosuna ödənilmiş 300 (üç yüz) manat, ümumilikdə 840 (səkkiz yüz qırx) manat pul alınaraq İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 510 (beş yüz on) manat əsas borcunun, habelə iddia qaldırmaqla əlaqədar ödənilmiş 30(otuz) manat dövlət rüsumu, hüquqi xidmətlə bağlı Qusar rayon Vəkil Bürosuna ödənilmiş 300 (üç yüz) manat, ümumilikdə 840 (səkkiz yüz qırx) manat pul alınaraq İddiaçı qaytarılsın. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə (Qusar rayon Məhkəməsinə) ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi iləSumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-785/2024
Qusar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(029)-785/2024
18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver