Məhkəmə qərarları › İş №e-2(029)-804/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-804/2024

30.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-804/2024 30.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X4 İddiaçı Cavabdeh qarşı yaşayış evinin hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bərabər surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı yaşayış evinin hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bərabər surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi icraata götürülməmişdən əvvəl İddiaçı həmin iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 114.1, 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırkı iddia ərizəsinin verilməsi üçün İddiaçı nümayəndəsi olduğu X2 tərəfindən dövlət rüsumu kimi ödənilmiş, GPP qəbz nömrəli ********** olan, xx.xx.2024-cü il tarixli qəbz üzrə 100.00 manat məbləğində dövlət rüsumu iddiaçı X1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Hazırkı iddia ərizəsinin verilməsi üçün İddiaçı nümayəndəsi olduğu X2 tərəfindən dövlət rüsumu kimi ödənilmiş, GPP qəbz nömrəli ********** olan, xx.xx.2024-cü il tarixli qəbz üzrə 100.00 manat məbləğində dövlət rüsumu iddiaçı X1 qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar