Məhkəmə qərarları › İş №e-2(029)-826/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-826/2022

21.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-826/2022 21.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suleyman qızına qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suleyman qızına qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 710 (yeddi yüz on) manat kirayə haqqının, 164,20 (yüz altmış dörd manat iyirmi qəpik) kommunal borcun iddia qaldırmağı ilə əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun, vəkil xidmətindən istifadə etməyi ilə əlaqədar Qusar Rayon Vakil Bürosunun hesabına köçürdüyü 50 (əlli) manat hüquqi yardım haqqının habelə vəkilin adına aldığı etibarnaməyə görə Qusar Rayon Notariat Ofisinin hesabına ödədiyi 17(on yeddi) manat pulun, cəmi olaraq 971.2(doqquz yüz yetmiş bır manat iyirmi qəpik) manat pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianı onunla əsaslandırmışdır ki, cavabdehlər ər-arvad Cavabdeh1 və Cavabdeh2 2021-ci ilin iyun ayından 24 aprel 2022ci il tarixinədək iddiaçıya məxsus, ünvan 1 ünvanında yerləşən yaşayış mənzilində kirayədə yaşayıblar. Onun cavabdehlərlə şifahi bağladığı kirayə müqaviləsinə əsasən cavabdehlər hər ay ona 150 manat kirayə haqqını ödəməli, həm də ki, yaşadıqları müddətdə mənzilin kommunal xərclərini ödəməli idilər. İlk vaxtlar cavabdehlər mənzilin kirayə haqqını və kommunal xərcləri vaxtlı-vaxtında ödəmişlər. Lakin sonradan cavabdehlərin borcları yaranmağa başlamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24 aprel 2022-ci il tarixdə həmin mənzildən kirayədən çıxmaq istədiklərini bildirmişlər. Həmin gün, yəni 24 aprel 2022-ci il tarixdə o, cavabdehlərlə birlikdə cavabdehlərin ona olan kirayə borcunu və mənzilin kommunal borclarını araşdırmışdır. Həmin günə cavabdehlərin ona 710 (yeddi yüz on) manat kirayə haqqı borcu, mənzildə yaşadıqları müddətə görə 164,20 (yüz altmış dörd manat 20 qəpik) kommunal borcları olmuş və cavabdehlərin özləri də həmin borcu etiraf etmişlər. Cavabdehlər həmin kirayə borcunu və kommunal borcu 15 may 2022-cı il tarixinədək ödəyəcəklərini bildirmişlər. O, cavabdehlərin həmin borcu vaxtında ödəyəcəklərinə inanmamış, buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin borcu ödəyənədək şəxsiyyət vəsiqələrini də özündə saxlamışdır. Bundan əlavə Cavabdeh1 həmin borcu 15 may 2022-ci il tarixinədək qaytaracağı barədə ona həmin gün, yəni 24 aprel 2022-ci il tarixdə yazılı qəbz də vermişdir. Lakin razılaşdıqları 15 may 2022-ciil tarixinədək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin pulu ona qaytarmadılar. O, bir neçə dəfə cavabdehlərə zəng edib ona borclu qaldıqları 710(yeddi yüz on) manat kirayə haqqını və 164,20 (yüz altmış dörd manat 20 qəpik) kommunal borcu onlardan tələb etmişdir. Əvvəlcə cavabdehlər tezliklə həmin pulu qaytaracaqlarını bildirmişlər. Lakin sonradan cavabdehləronun telefon zənglərinə də cavab vermədilər və faktiki olaraq ona olan borclarını qaytarmaqdan imtina etdilər. Ona gorə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu qaldıqları 710(yeddi yüz on) manat kirayə haqqı və 164,20 (yüz altmış dörd manat iyirmi qəpik) kommunal borc məhkəmə qaydasında cavabdehlərdən tutulub ona qaytarılmalıdır.Bundan əlavə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldırmağı ilə əlaqədar ödədiyi 30(otuz) manat dövlət rüsumu, vəkil xidmətindən istifadə etməyi ilə əlaqədar Qusar Rayon Vəkil Bürosunun hesabına köçürdüyü 50 (əlli) manat hüquqi yardım haqqı, habelə vəkilin adına aldığı etibarnaməyə görə Qusar Rayon Notariat Ofisinin hesabına ödədiyi 17(onyedi) manat pul əlavə olaraq cavabdehlərdən geri alınıb ona qaytarılmalıdır. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suleyman qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar, iddianı qəbul edirlər. Həqiqətən də onların İddiaçı 710 manat borcu vardır, hazırda həmin pulu qaytarmağa imkanları yoxdur, gələcəkdə hər ay imkan olanda qaytaracaqlar.Həmçinin bildirmişlər ki, şəxsi işləri ilə əlaqədar 21 sentyabr 2022-ci il tarixə saat 12:00-a təyin olunmuş məhkəmə iclasına gələ bilmirlər, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh1 yazdığı iltizamdan görünür ki, o, İddiaçı 710 manat kirayə pulu borcu və 164.20 manat komunal borcu olduğunu bildirmişdir. İşdə olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri, H.Əliyev prospekti, ev 166, 15 saylı 69.3 kv/metr sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suleyman qızı 2021-ci ilin iyun ayından İddiaçı məxsus yaşayış evinə köçmüşdür. Tərəflərin aralarında olan razılaşmaya əsasən cavabdehlər aylıq 150 manat kirayə haqqı olmaqla, aylıq kommunal xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlərin kirayə haqqı kimi 710 manat, evin kommunal xərcləri kimi isə 164.20 manat borcu qalmışdır. Cavabdehlər məhkəməyə ərizə göndərərək iddiaçıya olan borclarını etiraf etmiş, və iddiaçıya olan borclarını ödəməyi öhdəsinə götürmüşlər. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı yaşayış evinin kirayə haqqı kimi ödəməyi öhdələrinə götürdükləri kirayə haqqını, yəni 710 manat və 164.20 manat məbləğində kommunal xərclərini, vəkil xidmətindən istifadə etməyi ilə əlaqədar Qusar rayon Vəkil Bürosunun hesabına köçürdüyü 50 manat hüquqi yardım haqqının, habelə vəkilin adına aldığı etibarnaməyə görə Qusar rayon Notariat ofisininin hesabına ödədiyi 17 (on yeddi) manat pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehlərCavabdeh1 və Cavabdeh2 Suleyman qızından müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suleyman qızından müştərək qaydada 710 (yeddi vüz on) manat kirayə haqqının, 164,20 (yüz altmış dörd manat iyirmi qəpik) kommunal borcun iddia qaldırmağı ilə əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun, vəkil xidmətindən istifadə etməyi ilə əlaqədar Qusar Rayon Vakil Bürosunun hesabına köçürdüyü 50 (əlli) manat hüquqi yardım haqqının habelə vəkilin adına aldığı etibarnaməyə görə Qusar Rayon Notariat Ofisinin hesabına ödədiyi 17 (on yeddi) manat pulun, cəmi olaraq 971.2 (doqquz yüz yetmiş bır manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM:ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar