Məhkəmə qərarları › İş №e-2(029)-870/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-870/2022

06.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-870/2022 06.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər İddiaçı1 və İddiaçı2 maraqlı şəxslər İddiaçı3, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər İddiaçı1 və İddiaçı2 maraqlı şəxslər İddiaçı3, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X14 Xəritəçəkmə Komitəsinin Qusar rayon X7 Abdulla Abdulman oğlunun, İddiaçı3, X3 adlarına verilmiş JN:157F KOD 30103018 saylı torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara “Cəbiyeva (Abdullayeva) Anjelika qızı”na, “İddiaçı1, “İddiaçı3” məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı1 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının MPMnin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini artırılması və iddiada dəqiqləşdirmə barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, ilkin iddia göstərildiyi kimi sözügedən torpağın ərizəçilərə verilməsinə dair şəhadətnamə dövlət arxivində Qusar rayon 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə təsdiq edilmiş torpaq sahəsi ayırma aktı əsasında hazırlanıb, ərizəçilərə təqdim edilmişdir. Belə ki, həmin aktda göstərilən ailə üzvlərinin ad və soyadların yazılmasında texniki səhvlərə yol verilmiş, şəxsiyyət vəsiqələrində olan adlar və soyadları ilə fərqli yazılmışdır. Qusar rayon Məhkəməsinə verilmiş ərizə tələbində də həmin səhvlərin düzəldilməsinə tələbini irəli sürülmüşdür. Odur ki, AR MPM-nin 53-cü maddəsinə əsaslanaraq, iddinın həcminin artıraraq, iddianın mətnində dəyişikliklər etməklə, JN:157F KOD 30103018 saylı torpağı mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Dövlət Arxiv sənədlərində sadalanan adların dəqiqləşdirilməsi zərurəti ilə bağlı, ərizənin “Xahiş etdim” hissəsinin mətnini aşağıdakı məzmunda yəni, Azərbaycan Respublikası Milli X10 rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin bu işdə cavabdeh qismində cəlb edilməsi, ərizədə iddiaçı qismində göstərilmiş İddiaçı3 iddiaçı statusu, maraqlarına toxunan üçüncü şəxs statusu ilə əvəz edilməsi, Dövlət arxivində Qusar rayon 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə təsdiq edilmiş torpaq sahəsi ayırma aktında və X14 Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş JN:157F KOD 30103018 saylı torpağı mülkiyyətə verilməsinə dair Şəhadətnamədə təsbit edilmiş “Abdulman” adının “Abdulmanaf’ adı ilə əvəz edilməsi, “Abdullayeva Anjela” adının “İddiaçı2” adı ilə əvəz edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarına əsasən onlara yəni İddiaçı1, İddiaçı3, X4 Qusar rayonunun Avaran kəndi ərazisindən 0,25 ha kənd fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyatyanı torpq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları X14 Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:157F KOD 30103018 saylı torpağı mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilmişdir. JN:157F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə İddiaçı1 atasının adı səhvən “Abdulman” yazılmışdır, X2 adı səhvən “Anjela” kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə İddiaçı1 atasının Abdulmanaf, Cəbiyeva Abdulla qızının adı Anjelika kimi qeyd edilmişdir. X11 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:157F KOD 30103018 saylı torpağı mülkiyyətə verilməsinə dair Şəhadətnamə ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərinin təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda İddiaçı1 həmin torpağı mülkiyyətə verilməsinə dair Şəhadətnamə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. X12 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:157F KOD 30103018 saylı torpağı mülkiyyətə verilməsinə dair Şəhadətnamədə İddiaçı1 atasının adı səhvən “Abdulman” kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də X14 Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:157F KOD 30103018 saylı torpağı mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi İddiaçı1 nümayəndəsi Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 06 oktyabr 2022-ci il tarixə saat 11:30-a təyin edilmiş məhkəmə baxışı iclasına gələ bilmir, işə onun və ərizəçi İddiaçı1 iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddia tələbini müdafiə edir, iş üzrə sübutlarını iddia ərizəsinə əlavə etməklə məhkəməyə təqdim etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun azyaşlı məktəbli uşaqları vardır. Həmin məktəbli övladlarının gündəlik qayğısı ilə məşğul olduğu üçün təqdim etdiyi iş materiallarını nəzərə almaqla, məhkəmə baxışında iştirak edə bilməməsini üzürlü sayaraq, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxslər İddiaçı3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:157F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 11 dekabr 1997-ci il tarixli 17/2 sa qərarı ilə Qusar rayonu Avaran kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı1 Abdulman oğlunun, İddiaçı3 və X3 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1936-cı il tarixdə Qusar rayonu Avaran kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1986cı il tarixdə anadan olmuşdur. İşdə olan 05/Q-349/69 saylı sənədin surətindən görünür ki, X9 ilə X2 nikahları Səadət sarayında (Bakı nikah evi) bağlandıqdan sonar qadına Cəbiyeva soyadı verilmişdir. Qeyd edilən nikah Azərbaycan Respublikası Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli 11 nömrəli akt qeydinə əsasən pozulmuşdur. İşdə olan Qusar RİHB-nın Avaran kən İƏD üzrə nümayəndəliyindən verilmiş arayışın surətindən görünür ki, həqiqətən İddiaçı1 və onun ailə üzvlərinin adına olan JN :157 F-li Şəhadətnamədə İddiaçı1 Abdulman oğlu və X1 yazılmışdır. AZE № 0*******-li şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı1, AA 40598152-li şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı2 yazılmalı və oxunmalıdır. İşdə olan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli **********52 saylı məktubun surətindən görünür ki, DT vəXK-si tərəfindən JN:157F KOD 30103018 saylı torpağı mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN:157F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair ərizəçilər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında ərizəçilər həmin Dövlət Aktında göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN:157F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz İddiaçı1, Cəbiyeva (Abdullayeva) Anjelika Abdulla qızı, İddiaçı3dur, lakin həmin şəhadətnamədə həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin şəhadətnamənin İddiaçı1, Cəbiyeva (Abdullayeva) Anjelika Abdulla qızına və İddiaçı3 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X14 Xəritəçəkmə Komitəsinin Qusar rayon X7 Abdulla Abdulman oğlunun, İddiaçı3, X3 adlarına verilmiş JN:157F KOD 30103018 saylı torpağı mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara “Cəbiyeva (Abdullayeva) Anjelika qızına, “İddiaçı1, “İddiaçı3” məxsus olması müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar