Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-89/2023 09.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə Cavabdeh2, onun vəkili Vəkil2 və digər Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair əlavə iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı evdən və torpaq sahəsindən çıxarılma, evdən və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 məxsus Qusar rayonu, Aşağı Ləyər kəndində yerləşən yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən Cavabdeh2 və Cavabdeh1 Nadir qızının onlara məxsus əşyalarla birgə çıxarılması, evin və evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin əsasının dəyişdirilməsini, X9 adına verilmiş xx.xx.2006-ci il tarixli qeydiyyat nömrəsi ********* olan ******* MH seriya çıxarışın etibarsız sayılmasını, X17 ilə Cavabdeh2 arasında bağlanmış Qusar Dövlət Notariat Kontorunda 4Ə-5-882 nömrə ilə qeydiyyata alınmış 05 avqust 2005ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2006-ci il tarixli “alqısatqı müqaviləsi” əsasında Cavabdeh2 adına verilmiş Qusar rayonu,Aşağı Ləyər kəndində yerləşən mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 53.5 kv.m yaşayış, 109.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəkil1 iddia tələbininin əsasının dəyişdirilməsinə dair ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh2 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılaraq verilməsi” tələbinə dair iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş üzrə iddiaçıya 925 saylı çağırış vərəqəsi təqdim olunmuş və məhkəmə iclasının vaxtı xx.xx.2022-ci il tarixdə saat 11-ə təyin edilmişdir. Cavabdeh tərəfindən etiraz təqdim olunmuş və həmin etiraz iddiaçıya məhkəmə iclasında təqdim olunmuşdur. Etirazda cavabdeh tərəfindən mübahisə olunan torpaq sahəsinə və yaşayış evinə DƏRDX-nm Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən 06 sentyabr 2006-cil tarixdə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini qeyd etmişdir. Həmin çıxarışın mövcud olması barədə ümumiyyətlə iddiaçının və onun qohumlarının məlumatı yoxdur. Hansı yolla çıxarışın çıxarılması barədə vərəsələrin məlumatı olmamışdır. Bununla bağlı dərhal olaraq Azərbaycan Respublikası Dövlət notariat arxivinə sorğu göndərilmişdir. 07 dekabr 2022-ci il tarixli xx/xx-8076/13 saylı məktub sorğusu ilə əlaqədar Qusar rayon notariat ofisində 05 avqust 2006-ci il tarixdə 4Ə-5-882 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti göndərilmişdir.4Ə-5-882 saylı notariat işindən görünür ki,X17 və Cavabdeh2 Fazil oğlu arasında 251179 saylı 05 avqust 2006-ci il tarixli alqı-satqı müqaviləsi mövcuddur və həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Fazil oğlunun adına ******* nömrəli çıxarış çıxarılmışdır.Həmçinin, xx.xx.2006-ci il tarixdə X9 adına ******* N-li çıxarış çıxarılmışdır.Halbuki,X3 və X9 4 nəfər vərəsəsi olmasına baxmayaraq heç birinin razılığı olmadan çıxarış çıxarılmış və heç kimin razılığı olmadan alqı-satqı müqaviləsi bağlanmışdır.Qeyd etdiyi kimi,bu sənədlərin mövcud olması məhkəmə iclasında müəyyən olunmuşdur. Notariat arxivinə sorğu verilmiş və sorğuya cavab olaraq 4Ə-5-882 saylı notariat işi onlara təqdim olunmuşdur. Həmin notariat işindən görünür ki,X9 adına çıxarış olmuş və alqı-satqı müqaviləsi bağlanmışdır.Cavabdeh2 Fazil oğlu isə buna əsasən çıxarış çıxarmışdır.X9 adına rəsmiləşdirilmiş çıxarışın necə əldə olunması ilə bağlı onun adına keçməsinə əsas olan sənədlərin təqdim edilməsi ilə bağlı notariat arxiv idarəsi həmin işinin mövcud olmadığından cavablandıra bilməmişdir.Ona görə də məcbur olub 06 yanvar 2023- cü il tarixdə 005 N-li məktubla Bakı şəhəri 26 saylı Vəkil burosu tərəfindən 5 saylı Xaçmaz ərazi İdarəsinə X9 adına keçməsinə əsas olan sənədlərinin təsdiq olunmuş surətlərini Büroya təqdim edilməsi ilə bağlı sorğu ilə müraciət etmişdir.Lakin, halhazırdaXaçmaz 5 saylı Ərazi İdarəsi tərəfindən cavab verilməmişdir.Bu cavab isə işin tam və obyektiv araşdırılmasına səbəb olacaq və gələcəkdə ədalətli qərarın qəbul edilməsinə əsas olacaqdır.Hesab edir ki, həmin çıxarışlar və alqı-satqı müqaviləsi və ona əsasən çıxarılmış sənədlər etibarsızdır. Belə ki,X7 10 oktyabr 1935-ci il tarixdə X16 ilə nikaha daxil olmuşlar.Nikahdan sonra X10 soyadı verilmişdir.Birgə nikahlarından onların 4 (dörd) nəfər övladı olmuşdur: İddiaçı, X12,Muradova(Bağıyeva) Hədiyyə Rəhimxan qızı, Muardova (Vəlimətova) Səmayə Rəhimxan qızı.X7 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir,X17 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişdir.Qusar rayon Aşağı Ləyər kənd İƏD üzrə nümayəndəliyinin 340 saylı xx.xx.2022-ci il tarixli arayış məhkəməyə təqdim olunmuşdur.Qusar rayon Dövlət Arxivin arayışından görünür ki,X3 təsərrüfatın şəxsi mülkiyyətində 1979-cu il tarixdə tikilmiş ümumi sahəsi 185.0 kv.metr o cümlədən yaşayış sahəsi 58.5 kv.metr olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 0.12 hektar torpağın olduğunu qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli X-774 N-li Qusar rayon Notariat ofisinin məktubundan görünür ki, xx.xx.2013-cü il tarixində vəfat etmiş X9 və xx.xx.1999cu il tarixində vəfat etmiş X3 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsiliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İddiaçı müraciəti daxil olmuş, İddiaçı-X9 və X3 vərəsələri sırasına daxildir və qanun üzrə vərəsəsidir.Belə olan halda sual yaranır ki,4 nəfər vərəsəsi ola X9 adına necə çıxarış çıxarılmışdır,halbuki,bununla bağlı heç kimin razılığı olmamışdır.Bundan əlavə olaraq bildirir ki,fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun üzərində X9 adının üstündən xətt çəkilmiş,ev sahibi kimi Cavabdeh2 yazılmışdır.Bununla da bütün sənədlər saxtalaşdırılmış,qanunsuz yollarla sənədlər əldə edilmişdir(iş materiallarına əlavə edilmişdir). Beləliklə, yuxarıda qeyd olunan əsaslara görə X9 adına verilmiş xx.xx.2006-ci il tarixli, qeydiyyat nömrəsi ********* olan ******* MH seriya çıxarış etibarsız sayılmalıdır.X17 ilə Cavabdeh2 arasında bağlanmış Qusar Dövlət Notariat Kontorunda 4Ə-5-882 nömrə ilə qeydiyyata alınmış 05 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,həmçinin xx.xx.2006-ci il tarixli “alqı-satqı müqaviləsi”əsasında Cavabdeh2 adına verilmiş Qusar rayonu,Aşağı Ləyər kəndində yerləşən mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli,3 otaqlı,53.5 kv.m yaşayış,109.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair Çıxarış da etibarsız sayılmalıdır. Cavabdeh2 məhkəməyə İddiaçı ona, Cavabdeh1 qarşı evdən və torpaq sahəsindən çıxarılma, evdən və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsinə etiraz, həmçinin iddia müddətinin tətbiqinə dair ərizə göndərərək bildirmişdir ki,İddiaçı iddia etdiyi Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən 0,12 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı yaşayış evini o, 2006-cı ildə İddiaçı anası X1 almışdır. 2006-cı ildən etibarən o, ailəsi ilə birlikdə həmin torpaq sahəsinə, orada yerləşən yaşayış evinə köçmüşdür. X17 isə evi ona satdıqdan sonra qonşuluqda yerləşən, bələdiyyədən aldığı torpaq sahəsində özünə başqa ev tikib ora köçmüşdür. X8 aldığı torpaq sahəsinə və yaşayış evinə DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən ona 06 sentyabr 2006-cı il tarixdə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Artıq 16 ildən çoxdur ki, həmin daşınmaz əmlaklar onun xüsusi mülkiyyətində və faktiki istifadəsindədir. 2006-cı ildə o, həmin 0,12 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən yaşayış evini X8 aldığı zaman Zəmilənin qızı olan İddiaçı artıq həmin evdə yaşamırdı və ailə qurub ər evinə köçmüşdü. Eləcə də iddiaçının digər bacıları da həmin evdə yaşamırdılar və ərə köçmüşdülər. Həmin daşınmaz əmlakı X8 aldığı vaxtdan ötən 6 il ərzində nə həmin evi-torpağı onlara satmış X9, nə də ki, İddiaçı, eləcə də onun bacılarının həmin daşınmaz əmlak barəsində onlara qarşı heç bir iddiası olmamışdır. İddiaçı anası X17 2013-cü ildə vəfat etmişdir. Bundan sonra da İddiaçı həmin daşınmaz əmlak barəsində onlara qarşı heç bir iddia irəli sürməmişdir. İndi 16 ildən çox bir müddət keçəndən sonra İddiaçı onları halal mülkiyyətində olan daşınmaz əmlakdan məhrum etmək istəyir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya o və bacısı analarının vəfatından sonra həmin yaşayış evini və 0,12 ha torpaq sahəsini ona icarəyə vermişlər. Bu ağ yalandır. Həmin daşınmaz əmlaklarla əlaqədar onun İddiaçı və yaxud onun bacısı ilə heç bir sövdələşməsi olmamışdır. Həmin daşınmaz əmlakı 2006-cı ildə hələ sağlığında iddiaçının anası X8 almışdır, o vaxtdan həmin əmlak onun mülkiyyətində və istifadəsindədir. Nə qədər ki, həmin əmlaka onun adına olan mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədədir, İddiaçı onlara qarşı olan iddiası təmin edilə bilməz. Həm də həmin iddia ona görə təmin edilə bilməz ki, İddiaçı tərəfindən həmin daşınmaz əmlak barədə iddia irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş iddia müddəti buraxılmışdır. Odur ki, İddiaçı ona, Cavabdeh1 qarşı evdən və torpaq sahəsindən çıxarılma, evdən və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddəsinə əsasən işə iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o,İddiaçı iddia etdiyi Qusar rayonunun Aşağı Ləgər kəndində yerləşən 0,12 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı yaşayış evini 2006-cı ildə iddiaçının anası X8 6000 manata almışdır. Zəmilə gəlib onlara demişdir ki, evi satır. Hətta, evi almaq üçün başqa şəxslər də gəlib baxmışlar. Zəmilə ona demişdir ki, “gəl evi sən al, həmişə qızlarıma qardaş olmusan”. O, X8 mübahisəli torpaq sahəsini və fərdi yaşayış evini alarkən X13 heç bir fiziki-psixi təsir etməmiş, hədə-qorxu gəlməmişdir, könüllü şəkildə alqı-satqı həyata keçirilmişdir. Həmin daşınmaz əmlaklara DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən ona 06 sentyabr 2006-cı il tarixdə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2006-cı ildən etibarən o, ailəsilə birlikdə həmin torpaq sahəsinə, orada yerləşən yaşayış evinə köçmüşdür. Artıq 16 ildən çoxdur ki, həmin daşınmaz əmlaklar onun xüsusi mülkiyyətində və faktiki istifadəsindədir. Həmin daşınmaz əmlakı X8 aldığı vaxtdan ötən 16 il ərzində İddiaçı, eləcə də onun bacılarının həmin daşınmaz əmlak barəsində onlara qarşı heç bir iddiası olmamışdır. İddiaçı anası X17 2013-cü ildə vəfat etmişdir. Bundan sonra da İddiaçı həmin daşınmaz əmlak barəsində onlara qarşı heç bir iddia irəli sürməmişdir. İndi 16 ildən çox bir müddət keçəndən sonra İddiaçı onları halal mülkiyyətində olan daşınmaz əmlakdan məhrum etmək istəyir. İddiaçı tərəfindən hazırkı iddia qanunla müəyyənləşdirilmiş iddia müddəti buraxılmaqla irəli sürülmüşdür. Ona görə də məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməklə həmin iddiadan imtina edilməlidir. İddiaçı ona və digər Cavabdeh1 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və toıpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiasını iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, ev alınan vaxt Elşənlə evli olmamış, ev alınandan sonra həmin evə gəlin köçmüşdür. Evin təmiri pis gündə olmuşdur. Zəmilə adlı xanımı o, gəlin köçəndən sonra tanımışdır. Hətta Zəmilə onlarla bir müddət bir yerdə yaşamış, sonra başqa evə köçmüşdür. Ərinin dediklərindən bildiyi odur ki, həmin ev 6000 manata alınmışdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 vəkili Vəkil2 bildirmişdir ki, İddiaçı “evdən və torpaq sahəsində çıxarılma, evin və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsinə dair iddia qaldırmış, daha sonra iddia predmetini dəyişdirmiş və X9 adına verilmiş çıxarışın ləğv edilməsi, X17 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf iddia edir ki, həmin ev mərhum X2 miras qalmış əmlakdır. İddiaçının iddiasının motivi odur ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi həm də, X5 məxsusdur. X3 vərəsəlik qaydasında məsələləri düzgün həll olunmayıb, onun orda payı var. X9 adına çıxarış düzgün çıxarılmamışdır. Buna görə də, iddiaçının nümayəndəsi və vəkili bu iddianı irəli sürərək, həmin çıxarışların ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Onlar, bu iddianı qəbul etmirlər, çünki iddiaçı tərəf mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə məhum X3 mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim etməmişlər. X7 22 iyun 1999-cu il tarixdə vəfat etmişdir. X3 vəfatından sonra 24 il vaxt keçmişdir. Onlar, iddia müddətinin tətbiqi ilə məhkəməyə ərizə vermişlər. İddiaçı notariusdan məktub təqdim etmişdir ki, o, X3 vərəsəsidir. X3 vərəsələri çoxdur. İddiaçı digər bacıları, mərhum X17 da X3 vərəsələri sırasına daxildir. Vərəsəsi olmaq o demək deyil ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi mərhuma məxsusdur. Öncə iddiaçı tərəf olaraq iddiaçı məhkəməyə həmin mübahisəli torpaq və ya fərdi yaşayış evinə mərhum X3 mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməli, daha sonra daşınmaz əmlak barədə hal-hazırki iddianı irəli sürə bilər. Buna görə də, iddia tam əsassızdır. Həmin torpaq sahəsi qanuni əsaslarla X13 aid olmuş, X17 da rəsmi alqı-satqı müqaviləsi ilə Cavabdeh2 notarial qaydada satmışdır. İddia əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, cavabdehlərin və Vəkil2 izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X17 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Qusar rayon Dövlət Arxivindən verilmiş arxiv arayışının surətindən görünür ki, rayon Dövlət Arxivi bildirir ki, rayon arxivində saxlanılan Qusar rayon iHB-nın Aşağı Ləvər kənd inzibati ərazi üzrə nümayəndəliyinin 1991-1995-ci illərin - 2 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 177 olan X4 təsərrüfatın şəxsi mülkiyyətində 1979-cu ildə tikilmiş ümumi sahəsi 185.0 kv.metr o cümlədən yaşayış sahəsi 58.5 kv.metr olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 1990-1995-ci illərdə cəmi 0.12 hektar torpağın olduğu qeyd edilmişdir. İş materiallarında olan X11 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qusar rayonu Aşağı Ləyər kəndində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 53.5 kv.m yaşayış, 109.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Dövlət Notariat Arxivindən verilmiş xx/xx-8046/13 saylı 07 dekabr 2022-ci il tarixli Qusar notariat kontorunun 42-5-882 saylı işin surətindən görünür ki, X17 ilə Cavabdeh2 arasında 05 avqust 2006-cı il tarixdə 251179 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 rayon Aşağı Ləyər kəndində yerləşən iki mərtəbəli üç otaqdan ibarət 200 kv.metr sahəsi olan fərdi yaşayış evini Cavabdeh2 5280 manata satmışdır. İş materiallarında olan X11 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qusar rayonu Aşağı Ləyər kəndində mülkiyyətində lan 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 53.5 kv.m yaşayış, 109.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan X17 tərəfindən Dövlət Notariat Kontoruna ünvanlanmış ərizənin surətindən görünür ki, X17 rəsmi surətdə bildirmişdir ki, hal-hazırda subaydır (duldur), xahiş etmişdir ki, onun subay (dul) olması alıcı tərəfə bildirilsin. İşdə olan JN-132A KOD 30100018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 19 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə Qusar rayon Aşağı Ləyər kəndi ərazisindən 0.12 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə təyinatlı torpaq sahəsi X9 və X3 xüsusi mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddianın predmetinin dəyişdirilməsi barədə ərizə verdiyindən həmin ərizədə göstərilən tələb çərçivəsində hüquqi araşdırma və dəyərləndirmə aparılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçı tərəf X9 adına verilmiş xx.xx.2006-cı il tarixli, qeydiyyat nömrəsi ********* olan Çıxarışın qanunsuz olduğunu bildirsə də, həmin Çıxarış üzrə reyestrin məzmununun qeyri-dəqiq olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Belə olan halda həmin məzmunu tam və həqiqi hesab olunmalıdır. Odur ki, məhkəmə iddiaçının həmin Çıxarışın etibarsız hesab olunması tələbini qanunsuz və əsassız sayaraq hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın alqı-satqı müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, vəsiyyətnamənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X17 ilə Cavabdeh2 arasında bağlanmış 05 avqust 2005-ci il tarixli 4Ə-5-882 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin-yəni Zəmilə Muradovanın həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bununla da, qeyd olunan alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb ola biləcək, həmin mülki məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçını dəlilləri ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanuni şəkildə bağlanmış, etibarsız hesab olunmasın üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilə bilməz. Həmçinin, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi ilə bağlı iddiaçının dəlillərini də məhkəmə qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dairxx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi ilə bağlı iddiaçı öz tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etmədiyindən iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-89/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-89/2023
09.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver