Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-897/2023 21.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı məlumatların həqiqətə uyğun olmayan hesab edilməklə dəymiş mənəvi ziyan tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məlumatların həqiqətə uyğun olmayan hesab edilməklə dəymiş mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 şöbəsinin manqa komadiri vəzifəsində işləmiş ünvan 1 ünvanında yaşayan Cavabdeh onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə ünvanladığı şikayətdə göstərilən məlumatların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həqiqətə uyğun olmayan hesab edilməsi, həmin məlumatların cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə yazılı şəkildə müraciət edilərək təkzib edilməsi, ona dəymiş mənəvi ziyana və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 20000 (iyirmi min) manat pulun (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılmış “YAŞAT” Fondunun hesabına köçürmək məqsədilə) onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, uzun illərdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində polis zabiti kimi xidmət edir. Bu dövrdə müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi müddətdə daim Dövlətinə Vətəninə, işinə sadiq olmuşdur. Dövlətinin və Nazirliyin adını uca tutmuşdur. Dövləti və Nazirliyi barəsində böhtan və yalan xarakterli məlumat yayanlara qarşı daima mübarizə aparmışdır. 11 aprel 2023-cü ildən cənab Nazirin əmrinə əsasən X5 şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. X5 şöbəsi Quba və Qusar rayonlarını əhatə edir. İşə təyin olunduğu vaxtdan mühafizə şöbəsinin işinin yüksəlməsinə xidmət etmişdir. Belə ki, mühafizə şöbəsinin əməkdaşlarının əmək haqqlarını ödənilməsinə, Mühafizə şöbəsinə ödənilməmiş yığılıb qalan borcların ödənilməsinə, Mühafizə şöbəsinin özünün və əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasına çalışmışdır. Təyin olunduğu vaxtdan X5 şöbəsinin Respublika Mühafizə şöbələri arasında işin yaxşı mənasında fərqlənməsinə çalışmışdır. Həmçinin, X5 şöbəsinin əməkdaşları arasında intizamın gücləndirilməsinə, onların xidmət yerlərində davranışlarına daim diqqət yetirmişdir. X5 şöbəsində yaratdığı müsbət irəliləyişlərdən əməkdaşların bəzilərinin xoşuna gəlməmiş, əvvəlki qaydada işləyə bilmədikləri üçün xidmətdən ərizə yazaraq getmək istədiklərini bildirmişlər. Təbii ki, o, X5 şöbəsinin rəisi kimi şöbənin əməkdaşlarının daim işlə təmin olunmasının tərəfdarı olmuş, lakin əməkdaşların könüllü olaraq işdən ayrılmalarını şəxsi seçimləri kimi qarşılayaraq, onlara qarşı çıxmamışdır. Lakin, 05 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Mühafizə İdarəsindən onunla əlaqə saxlayaraq uzun müddətdir ki, X5 şöbəsinin manqa komandiri işləmiş, hazırda öz ərizəsilə işdən azad olmuş Cavabdeh onun barəsində şikayətinin olduğunu bildirmişlər. Həmin şikayətin nədən ibarət olduğunu araşdırdıqda məlum olmuşdur ki, Cavabdeh ondan Azərbaycan Respublikası Baş Mühafizə İdarəsinə şikayət edərək guya onun şöbənin balansında olan “UAZ” markalı avtomobilin təmiri üçün 1400 manat məbləğində pul tələb etdiyini, daha sonra şikayətində guya ona həmin pulun borc kimi ona verdiyini bildirmiş, lakin həmin pulun bu vaxta kimi istəməyinə baxmayaraq onun tərəfindən qaytarılmadığını bildirmişdir. Həmçinin, şikayətində işdə qalması üçün guya ondan 3000 manat məbləğində pul tələb etdiyini bildirmişdir. Bundan başqa, işə öz maşını ilə gəlib getdiyi üçün idarədən avtomobil tələb etmiş, o, isə guya ona hələlik öz maşınından istifadə etməsini, çəkilmiş xərclərin onun tərəfindən ödəniləcəyini bildirməyi barədə heç bir əsası olmayan, böhtan və yalan dolu, həqiqətə uyğun olmayan məlumatlar vermişdir. Hansı ki, həmin məlumatlar əsasında Azərbaycan Respublikası Baş Mühafizə İdarəsindən rəhbəri olduğu X5 şöbəsinə yoxlama gəlmiş, işçilərin izahatları alınmışdır. Bu şikayətlər nəticəsində onun işlədiyi X4 işgüzar nüfuzuna, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona dəymiş mənəvi ziyanı 50000 (əlli min) manat məbləğində qiymətləndirir. Həmin pulu cavabdehdən alaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılmış “YAŞAT” Fondunun hesabına keçirəcəkdir. Heç olmasa cavabdehdən Dövlətə, millətə və cəmiyyətə xeyir gəlsin. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarında olan sənədlər iddia tələbinin hardan yarandığını və onu təsdiq edən nə kimi sübutun olması tamamilə anlaşılmazdır. Yəni, iddiaçının məhkəmədən nəyi və nə üçün istəməsi tamamilə anlaşılmazdır. İddiaçının iddia tələbi tam əsassızdır. İddiaçı tərəfindən iddia ərizəsində göstərdiyi hər bir xüsusatlara (cümləyə) izah verilməmişdir, yəni iddia ərizəsində öz barəsində müsbət cəhətlərin göstərilməsinə baxmayaraq onların təsdiq edən nə kimi sübutun olması göstərilməmişdir. Belə ki, iddiaçı qeyd edir ki, a) işə təyin olunduğu vaxtdan mühafizə şöbəsinin işinin yüksəlməsinə xidmət etmiş, amma hansı xidmətlərin göstərilməsini qeyd etməmişdir. b) mühafizə şöbəsinin özünün və əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasına çalışdığını qeyd etmişdir, lakin bunu hər hansı bir faktla təsdiq etməmişdir. c) X5 şöbəsində yaratdığı müsbət irəliləyişlərdən əməkdaşların bəzilərinin xoşu gəlməmiş, əvvəlki qaydada işləyə bilmədikləri üçün xidmətdən ərizə yazaraq getmək istədiklərini bildirmişdir. Söhbət hansı irəliləyişlərdən gedir? Hansı əməkdaşların xoşuna gəlməmişdir? bunu qeyd etməmişdir, əvvəlki qaydada işləyə bilmədikləri üçün xidmətdən ərizə yazaraq getmək istədikləri ilə bağlı bildirmək istəyir ki, hansı əvvəlki qaydadan gedir söhbət? əvvəl necə olub ki, xidmətdən ərizə yazaraq çıxmaq istəyiblər, bunu hansı sübutla təsdiq edir, konkret olaraq hansı şəxslər tərəfindən yazdığını və yaxud da kimlərin xoşuna gəlmədiyini qeyd etməmişdir. Bundan əlavə, iddiaçı öz iddia ərizəsində göstərmişdir ki, o, həmin şəxsdən Azərbaycan Respublikası Baş Mühafizə İdarəsinə şikayət edərək guya onun şöbənin balansında olan”UAZ” markalı avtomobilin təmiri üçün 1400 manat məbləğində pul tələb etdiyini, daha sonra şikayətində guya ona həmin pulun borc kimi ona verdiyini bildirmiş, lakin həmin pulun bu vaxta kimi istəməyinə baxmayaraq onun tərəfindən qaytarılmadığını bildirmişdir. Həmçinin, şikayətində işdə qalması üçün guya ondan 3000 manat məbləğində pul tələb etdiyini bildirmişdir.Bundan başqa işə öz maşını ilə gəlib getdiyi üçün idarədən avtomobil tələb etmiş, o, isə guya ona hələlik öz maşınından istifadə etməsini, çəkilmiş xərclərin onun tərəfindən ödəniləcəyini bildirməyi barədə heç bir əsası olmayan, böhtan və yalan dolu,həqiqətə uyğun olmayan məlumatlar verdiyini qeyd etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, onun tərəfindən ünvanlandığı şikayətdə göstərilən məlumatlar iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar deyildir, şikayət sadəcə ona qaytarılmalı olan 1400 manat borc pulun geri tələb edilməsi ilə bağlı köməklik göstərilməsindən ibarət olmuşdur. Bundan əlavə olaraq bildirmək istəyir ki, onun tərəfindən edilən müraciətlə bağlı müsbət nəticə əldə olunmadığına görə məcbur olmuşdur ki, X6 şikayət ərizəsi ilə müraciət etsin. Hal hazırda bu şikayət DİN-də araşdırılır. Bundan əlavə olaraq bildirmək istəyir ki, Baş mühafizə idarəsinə müraciət edəndən, cənab generalın qəbulunda olandan sonra, həmin gün dərhal iki nəfər polis işçisini onun yanına göndərmişdir. Onlar tərəfindən ona 500 manat pul təklif olunmuş, lakin pulunu tam şəkildə qaytarmadığına görə almamışdır. Bu faktı ona məxsus evində quraşdırılmış video kamera vasitəsi ilə çəkilən video görüntü təsdiq edir. (görüntü etiraza əlavə olunub). Bu faktla bağlı o, DİN-ə müraciət etmiş, hal-hazırda araşdırılır. İddiaçı tərəfindən verilən iddia tam əsassızdır, onun tərəfindən iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların verilməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir, bu da onu təsdiq edir ki, iddia əsassızdır, ümumiyyətlə onun tərəfindən iddiaçıya qarşı şərəf və ləyaqətini,işgüzar nüfuzunu ləkələyən hərəkətlər olmamışdır. Bundan əlavə olaraq, bildirmək istəyir ki, hər bir vətəndaş pozulmuş hüquqların bərpası ilə bağlı müraciət edə bilər və hər bir təşkilat müraciətlə bağlı müvafiq araşdırma aparıb qərar qəbul etməlidir. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Beləliklə, hesab edir ki, hazırkı iddia tələbi əsassız sayılmalı və rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, bu cür işlərlə bağlı Ali Məhkəmənin Plenumunun qərarı vardır. Cavabdeh etiraz ərizəsində dolayısı ilə də olsa iddianı etiraf etmişdir. Cavabdeh məhkəməyə disk təqdim edərək bildirir ki, guya İddiaçı pul istəyib, sonra polislərin vasitəsi ilə pulu qaytarıbdır. Lakin, bu sübut deyil, ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RMŞ-nin sabiq manqa komandiri Cavabdeh müraciətinə baxılmasının nəticəsinə dair arayışdan görünür ki, əvvəllər xidmət etdiyi Quba RMŞ-nin balansında olan «UAZ» markalı avtomobilin təmir etdirilməsi məqsədilə həmin şöbənin rəisi, polis polkovnik-leytenantı İddiaçı göstərişi ilə sonuncuya 1.400 manat məbləğində pul verməsi və şöbə rəisinin ondan əlavə pul tələb etməsi, eləcə də xidmət zamanı şəxsi avtomobilindən istifadə etdiyi üçün dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsi barədə qeyd olunan hissənin sabiq manqa komandiri Cavabdeh Baş Mühafizə İdarəsinin rəhbərliyinə ünvanladığı müraciətinə baxılması nəticəsində, Quba RMŞnin rəisi, polis polkovnik-leytenantı İddiaçı əvvəllər tabeliyində olmuş manqa komandiri Cavabdeh pul tələb etməsi və alması barədə sonuncunun BMİ rəhbərliyinə ünvanladığı müraciətdə göstərdiyi xüsusatın təsdiqini tapmadığı qeyd edilmişdir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999- cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaq prisipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məhkəmə hazırki işlə bağlı qeyd edir ki, fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından biridir və bu azadlığın qorunması demokratiyanın özəyidir. Fikri ifadə azadlığı ictimaiyyəti maraqlandıran məsələlər barədə müzakirələrə şərait yaradır və hər bir fərdin hərtərəfli inkişafını həvəsləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi hər kəsin fikir və söz azadlığını təsbit etməklə buna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 10- cu maddəsi hər kəsin öz fikrini ifadə etmək azadlığını təsdiq edir. «X1rşı» işdə Avropa Məhkəməsi bildirmişdir ki, ifadə azadlığı hüququ demokratik cəmiyyətin mühüm dayaqlarından birini, habelə onun tərəqqisinin və hər kəsin inkişafının əsas şərtlərindən birini təşkil edir. Lakin, həm Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, həm də Avropa Konvensiyası fikri ifadə etmək azadlığını mütləq bir hüquq kimi qəbul etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə fikri ifadə etmək azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndindən görünür ki, fikri ifadə etmək azadlığını məhdudlaşdırmağa yönəlmiş əsaslardan biri də digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsidir. «Bladet Tromso və Stensaas Norveçə qarşı» işdə Avropa Məhkəməsi qərara aldı ki, fiziki şəxslərin nüfuzuna qarşı hücum baş verdikdə və digər şəxslərin hüquqlarına xələl gətirildikdə ifadə azadlığını müşayiət edən vəzifə və öhdəliklər xüsusi əhəmiyyət kəsb edir. «Kastells İspaniyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etdi ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə digər şəxslərin hüquqlarını qorumaq məqsədi güdüb. Məhkəmə hesab edir ki, fikri ifadə etmək azadlığının məhdudlaşdırılması ilə əlaqədar diffamasiya qanunlarının tətbiqi üçün faktual rəyləri və qiymətləndirici mülahizələri fərqləndirmək lazımdır. Faktual rəylər faktları ifadə edən fikirlər, qiymətləndirici mülahizələr isə faktlara qiymət verən fikirlərdir. Faktual rəylərdən fərqli olaraq qiymətləndirici mülahizələrin həqiqətə uyğunluğunu sübut etməyi tələb etmək olmaz. Lakin burada da istisnalar vardır. «Yerusəlim Avstriyaya qarşı» işdə Avropa Məhkəməsi nəzərə çatdırdı ki, qiymətləndirici mülahizələr hər hansı faktual bazaya malik olmadıqda, yəni faktlara söykənmədikdə, zəruri həddi aşan mülahizələr hesab oluna bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ləkələyici məlumatlar iki qrupa bölünür: 1-ci qrupa aid olan məlumatlara kontekstativ ləkələyici məlumatlar deyilir. Belə ki, bu zaman yayılan məlumatlar özlüyündə ləkələyici olmaya bilər, ancaq onların hər hansı ləkələyici şəkil, məqalə başlığı və sair sistematikləşdirici ifadənin altında verilməsi və bununla da həmin ləkələyici fon və ifadələrin bu şəxsə aidiyyəti təəssüratını yaratması ümumən ləkələyici məlumat sayıla bilər. 2-ci qrupa aid olan məlumatlar isə per se ifadəsi altında olan məlumatlardır ki, onlar ümumi anlamda, yəni cəmiyyət tərəfindən birmənalı şəkildə şərəf və ləyaqəti alçaldan ləkələyici məlumatlar kimi qəbul olunur. İşdəki sübutlardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının X6 yazdığı ərizələrində, eyni zamanda ərizələrlə bağlı alınmış izahatında bildirmişdir ki, həmin şöbənin balansında olan «UAZ» markalı avtomobilin təmiri üçün ondan 1.400 manat pul tələb edən şöbə rəisi, polis polkovnik-leytenantı İddiaçı pulunun olmadığını bildirmiş, bundan sonra aralarında olan razılığa əsəsən polis polkovnik-leytenantı İddiaçı onun keçmiş illərdən qalmış 2.400 manat məbləğində əməkhaqqı borcunu kart hesabına köçürtdürmüş və həmin pulun 1.400 manatını avtomobilin təmir edilməsi üçün sonuncuya borc kimi vermiş, lakin sonradan dəfələrlə tələb etməsinə baxmayaraq polis polkovnik-leytenantı İddiaçı həmin məbləği qaytarmamışdır. Şöbə rəisi eyni zamanda onun manqa komandiri vəzifəsində xidmətini davam etdirməsi məqsədilə əlavə olaraq 3.000 manat pul tələb etmiş, bu səbəbdən də raport yazaraq öz arzusu ilə X4 xidmətdən xaric olunduğunu bildirmişdir. Lakin, Cavabdeh yuxarıda göstərilən məlumatların həqiqətə uyğun olduğunu, konkret faktlara söykəndiyini və faktual rəyi ifadə etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki belə sübutu (sübutları) məhkəməyə təqdim etmək və həmin halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Odur ki, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə qeyd edir ki, İddiaçı haqqında yayılan bu ləkələyici məlumatlar heç bir fakta söykənməmiş, həqiqətə uyğun olmamış və onun şərəf və ləyaqətinin alçalmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə yazdığı ərizələrində İddiaçı barəsində yaydığı ləkələyici məlumatlar həqiqətə uyğun olmayan hesab edilməlidir. Həmin məlumatlar cavabdeh tərəfindən həmin orqana müraciət vasitəsilə təkzib edilməlidir. Hazırki iddianın predmetindən həmçinin görünür ki, İddiaçı Cavabdeh şərəf və ləyaqətini alçaldan hərəkətlərinə görə vurulan mənəvi zərərin əvəzi kimi 20000 manat pulun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» qərarında qeyd olunur ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri- maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən "Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Zərər tələb edilərkən, zərər tələb edən şəxs, yəni iddiaçı bu zərərin göstərilən məbləğdə olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranması, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olması və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Bu halları da qanun görə iddiaçı sübut etməlidir. İddiaçı Cavabdeh 20000 manat məbləğində mənəvi zərər tələb etsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, bunun nəticəsində ona cavabdeh tərəfindən 20000 manat məbləğində mənəvi zərər vurulması, cavabdehin hansısa qanunsuz hərəkətləri ilə bu mənəvi zərər arasında səbəbli əlaqənin olması və bu məbləğdə mənəvi zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də 20000 manat mənəvi ziyan tələbi hissəsində iddia əsassızdır və təmin olunmamalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, göstərilən maddi hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə ünvanlandığı şikayətdə göstərilən məlumatlar şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilməli, həmin məlumatlar cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə müraciət vasitəsilə təkzib edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə ünvanladığı şikayətdə göstərilən məlumatlar şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilsin, həmin məlumatlar cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə müraciət vasitəsilə təkzib edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №e-2(029)-897/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-897/2023
21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver