Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-91/2022 02.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi X2 katibliyi ilə «PAŞA Sığorta” ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: «PAŞA Sığorta” ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında «PAŞA Sığorta” ASC-nin xeyrinə dəymiş ziyana görə 12073.78 (on iki min yetmiş üç manat yetmiş səkkiz qəpik) manat sığorta ödənişinin və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. «PAŞA Sığorta” ASC iddianı onunla əsaslandırmışdır ki, ** TM *** dövlət qeydiyyat nişanlı Mazda 323 markalı avtonəqliyyat vasitəsi ilə «PAŞA Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı və “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı Lexus NX200T markalı avtonəqliyyat vasitələrinə 20.09.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis marklı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5713.28 (beş min yeddi yüz on üç manat iyirmi səkkiz qəpik) manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən isə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı Lexus NX200T markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 11303 (on bir min üç yüz üç) manat müəyyən edilmişdir. «PAŞA Sığorta” ASC-nin sığorta aktına əsasən dəymiş ziyana görə ümumilikdə 16766.28 (on altı min yeddi yüz altmış altı manat iyirmi səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürülmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4692.50 (dörd min altı yüz doxsan iki manat əlli qəpik) manat məbləğində sığorta ödənişi «PAŞA Sığorta” ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən zərərvurana sığorta şirkətinin ödədiyi məbləğ çıxılmış və 12073.78 (on iki min yetmiş üç manat yetmiş səkkiz qəpik) manat məbləğinin «PAŞA Sığorta” ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, «PAŞA Sığorta” ASC tərəfindən sığortalıya ödənilmiş 12073.78 (on iki min yetmiş üç manat yetmiş səkkiz qəpik) manat məbləğində vəsait subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. İddiaçı «PAŞA Sığorta” ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılıb iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək bildirmişdir ki, o, ekspert rəyi ilə razı deyil və bunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5ci maddələrini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib edilmiş 20.09.2019-cu il tarixli İXP ******* saylı X4 Protokolun surətindən görünür ki, İmişli rayonu N.ünvan 1 ünvanda yaşayan Cavabdeh 20.09.2019-cu il tarixdə saat 13:00 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan Bakı şəhər DYPİ Yol patrul xidmətinin 20.09.2019-cu il tarixli TP ******* saylı inzibqati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsiri bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İşdə olan MB 000276 saylı Nəqliyyət Vasitəsinin UÇOT KARTOÇKASİ-nın surətindən görünür ki, “LEXUS NX200T” minik markalı, 90PH944 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" QSC-dir. İşdə olan ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtomobilə dair qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, həmin nəqliyyat vasitəsi "xxxx" MMCnə məxsusdur. İşdə olan 18.10.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Xəqani küçəsi ilə K.Şəkərəliyeva küçəsinin kəsişməsində baş vermiş 20.09.2019-cu il tarixli yol nəqliyyat hadisəsi nəticəsində ** PH *** dövlət qeydiyyat nişanlı Lexus NX200T markalı avtomobilə görə 11053 (on bir min əlli üç) manat məbləğində sığorta ödənişi edilməlidir. İşdə olan 10.18.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" QSC-nin bank hesabına 11053 manat məbləğində sığorta ödənişi edilmişdir. İşdə olan 26.09.2019-cu il tarixli 89504 saylı zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətindən görünür ki, ** PH *** dövlət qeydiyyat nişanlı Lexus NX200T markalı avtomobilə 11303 manat dəyərində zərər dəymişdir. İşdə olan 4303 saylı zərər aktının surətindən görünür ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtomobilə 5713.28 (beş min yeddi yüz on üç manat iyirmi səkkiz qəpik) manat miqdarında zərər dəymişdir. İşdə olan 26.08.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Xəqani küçəsi ilə K.Şəkərəliyeva küçəsinin kəsişməsində baş vermiş 20.09.2019-cu il tarixli yol nəqliyyat hadisəsi nəticəsində ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtomobilə görə 5713.28 (beş min yeddi yüz on üç manat iyirmi səkkiz qəpik) manat məbləğində sığorta ödənişi edilməlidir. İşdə olan «PAŞA Sığorta” ASC tərəfindən "xxxx" ASC-nə ünvanlanmış 03 sentyabr 2020-ci il tarixli 2128/İ saylı bildiriş məktubundan görünür ki, AR Mülki Məcəlləsinin 936.5ci maddəsinə və “İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən aşağıda qeyd olunan subroqasiya tələblərinin 7 (yeddi) iş günü müddətində «PAŞA Sığorta” ASCnin bank hesabına köçürülməsi xahiş edilmişdir:
1. PAA********** saylı sığorta şəhadətnaməsi üzrə sığortalanmış ** TM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 20.09.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı 5000 manat.
2. PAA********** saylı sığorta şəhadətnaməsi üzrə sığortalanmış ** TM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 20.09.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı 5000 manat. İşdə olan "xxxx" ASC-nin 29 sentyabr 2020-ci il tarixli subroqasiya açıqlamasından görünür ki, həmin ASC-nin hesabına "xxxx" ASC tərəfindən PAA********** saylı sığorta şəhadətnaməsi üzrə cəmi 4692,50 manat məbləğində sığorta ödənişi edilmişdir. İşdə olan «PAŞA Sığorta” ASC tərəfindən Cavabdeh ünvanlanmış 06 oktyabr 2020-ci il tarixli 3134/L saylı bildiriş məktubundan görünür ki, ** TM *** dövlət qeydiyyat nişanlı Mazda 323 markalı avtonəqliyyat vasitəsi ilə «PAŞA Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı və “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı Lexus NX200T markalı avtonəqliyyat vasitələrinə 20.09.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «PAŞA Sığorta” ASC tərəfindən 16766.28 (on altı min yeddi yüz altmış altı manat iyirmi səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə uyğun olaraq sığorta şirkəti dəymiş zərər üzrə ödənişi həyata keçirdikdən sonra həmin məbləği zərər vurmuş üçüncü tərəfdən subroqasiya hüququ əsasında tələb edə bilər. Cavabdeh mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 4692.50 (dörd min altı yüz doxsan iki manat əlli qəpik) manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 12073.78 (on iki min yetmiş üç manat yetmiş səkkiz qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində «PAŞA Sığorta” ASC-nin bank hesabına ödənilməsi xahiş olunmuşdur. İşdə olan 11 oktyabr 2019-cu il tarixli 4422/İ saylı «PAŞA Sığorta” ASC tərəfindən verilmiş Cavabdeh ünvanlanmış bildiriş məktubundan görünür ki, 20.09.2019-cu il tarixində Cavabdeh tərəfindən idarə olunan ** TM *** dövlət qeydiyyat nişanlı Mazda 323 markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi ** PH *** dövlət qeydiyyat nişanlı Lexus NX200T markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirmə prosesində iştirak etməyi təklif edilmiş, zərər dəymiş ** PH *** dövlət qeydiyyat nişanlı Lexus NX200T markalı avtomobilin təmiri başlandıqdan sonra dəyişilmiş olan ehtiyat hissələrinin təhvil alınması tövsiyyə olunmuş, bu müddət ərzində dəyişilən ehtiyyat hissələri təhvil alınmadıqda həmin ehtiyyat hissələrinin «PAŞA Sığorta” ASC tərəfindən utilizasiya olunacağı bildirilmişdir. İşdə olan 25 sentyabr 2019-cu il tarixli 4180/İ saylı «PAŞA Sığorta” ASC tərəfindən verilmiş "xxxx" ASC-ə ünvanlanmış bildiriş məktubundan görünür ki, "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış ** TM *** dövlət qeydiyyat nişanlı Mazda 323 markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə 20.09.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «PAŞA Sığorta” ASC-də kasko növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı Lexus NX200T markalı avtomobil zədələnmişdir. Qeyd olunanları nəzərə alaraq, sığortalanmış avtomobilə dəymiş zərərin qiymətləndirməsi prosesində nümayəndənin iştirak etməyi təklif edilmiş, zərər dəymiş ** PH *** dövlət qeydiyyat nişanlı Lexus NX200T markalı avtomobilin təmiri başlandıqdan sonra dəyişilmiş olan ehtiyat hissələrinin təhvil alınması tövsiyyə olunmuş, bu müddət ərzində dəyişilən ehtiyyat hissələri təhvil alınmadıqda həmin ehtiyyat hissələrinin «PAŞA Sığorta” ASC tərəfindən utilizasiya olunacağı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9450 saylı 21 fevral 2022-ci il tarixli məhkəmə-əmtəə, məhkəmə avtotexniki ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin 20.09.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “İveco Crealis” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3735 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə «PAŞA Sığorta” ASC-nin 26.09.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Lexus NX200T” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9878 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9-9450 saylı 21 fevral 2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəə, məhkəmə avtotexniki ekspertizasının 9- 9450 saylı 21 fevral 2022-ci il tarixli ekspert rəyi ilə razılaşaraq həmin rəyi kifayət qədər əsaslı, tam və dolğun sübut kimi qəbul edir, rəy üzrə gəlinmiş nəticəni düzgün və əsaslı hesab edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ** TM *** dövlət qeydiyyat nişanlı Mazda 323 markalı avtonəqliyyat vasitəsi ilə «PAŞA Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı və “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı Lexus NX200T markalı avtonəqliyyat vasitələrinə 20.09.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar ** TM *** dövlət qeydiyyat nişanlı Mazda 323 markalı avtonəqliyyat vasitəsi sürücüsü Cavabdeh təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis marklı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5713.28 (beş min yeddi yüz on üç manat iyirmi səkkiz qəpik) manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən isə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı Lexus NX200T markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 11303 (on bir min üç yüz üç) manat müəyyən edilmişdir. «PAŞA Sığorta” ASC-nin sığorta aktına əsasən dəymiş ziyana görə ümumilikdə 16766.28 (on altı min yeddi yüz altmış altı manat iyirmi səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürülmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4692.50 (dörd min altı yüz doxsan iki manat əlli qəpik) manat məbləğində sığorta ödənişi «PAŞA Sığorta” ASC-nin hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən ödənilmiş həmin məbləğ çıxılmış və 12073.78 (on iki min yetmiş üç manat yetmiş səkkiz qəpik) manat məbləğinin «PAŞA Sığorta” ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Cavabdeh vəsatətinə əsasən iş üzrə təyin edilmiş məhkəmə əmtəə, məhkəmə-avtotexniki ekspertizasının 9-9450 saylı 21 fevral 2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis marklı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın miqdarı 3735 manat, “Lexus NX200T” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9878 manat, həmin nəqliyyat vasitələrinə dəymiş ziyanın cəmi məbləği isə 13613 manat təşkil edir. "xxxx" ASC tərəfindən ödənilmiş 4692.50 (dörd min altı yüz doxsan iki manat əlli qəpik) manat məbləğində sığorta ödənişi çıxıldıqda isə qalan məbləğ 8920,50 (səkkiz min doqquz yüz iyirmi manat əlli qəpik) manat təşkil edir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, cavabdeh tərəfindən ödənilməli olan sığorta ödənişinin məbləği 12073.78 (on iki min yetmiş üç manat yetmiş səkkiz qəpik) manat deyil, yuxarıda göstərilən məlum ekspert rəyinə uyğun olaraq 8920,50 (səkkiz min doqquz yüz iyirmi manat əlli qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən (Reqres tələbi hüququ) sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh subroqasiya qaydasında «PAŞA Sığorta” ASC-nin xeyrinə dəymiş ziyana görə 8920,50 (səkkiz min doqquz yüz iyirmi manat əlli qəpik) manat sığorta ödənişi və dövlət rüsumu kimi ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutulmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası Cavabdeh vəsatətinə əsasən təyin edildiyindən, həmçinin iddia tam təmin olunduğundan 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i :
İddia qismən təmin edilsin. Cavabdeh subroqasiya qaydasında «PAŞA Sığorta” ASC-nin xeyrinə dəymiş ziyana görə 8920,50 (səkkiz min doqquz yüz iyirmi manat əlli qəpik) manat sığorta ödənişi və dövlət rüsumu kimi ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində tutulsun. İş üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
SƏDRLİK EDƏN: ADİL VƏLİYEV