Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-923/2022 08.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,1 ədəd Nova-340 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 5 300,00 (beş min üç yüz) manat dəymiş maddi ziyanın və 73,00 (yetmiş üç) manat dövlət rüsumunun - cəmi 5 373,00 (beş min üç yüz yetmiş üç) manat məbləğində pulun HəmdullayevFalikRufet oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh HəmdullayevFalikRufet oğlu arasında bağlanmış 2021-ci il 04 may tarixli 06/00875 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Rostelmash Nova-340 markalı taxılyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. Lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Rostelmash Nova-340 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 5 300,00 (beş min üç yüz) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Rostelmash Nova-340 markalı taxılyığan kombaynın tam bərpası üçün 5 300,00 (beş min üç yüz) manat dəymiş maddi ziyan hesablanmışdır. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərindavranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci və 2.2.6-cı maddələrinə əsasən lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.8-ci maddəsinə əsasən lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki,iddia tam əsaslıdır, 1 ədəd Nova-340 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 5 300 (beş min üç yüz) manat dəymiş maddi ziyan və 73,00 (yetmiş üç) manat dövlət rüsumu - cəmi 5 373 (beş min üç yüz yetmiş üç) manat məbləğində pulHəmdullayevFalikRufet oğlundan tutularaq İddiaçı ASC-yəödənilməlidir. Odur ki, iddianın təmin edilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli 06/00875 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin surətindən görünür ki, İddiaçı ASC-yə məxsus qeydiyyat nömrəsi 18AB199 olan NOVA 340 saylı taxılyığan kombayn HəmdullayevFalikRufet oğlunun istifadəsinə verilmiş, istifadə müddəti 2 ay müəyyən edilmiş, istifadə haqqı 5500 manat müəyyən edilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.4.1-ci bəndinə əsasən texnika cəmiyyətin struktur bölməsinin yerləşdiyi Şabran rayonu ərazisində istifadə olunmalıdır. İşdə olan İddiaçı ASC-nin bölmə rəhbəri XələfovRadikQafaroviç və HəmdullayevFalikRufetoğlu tərəfindən tərtib edilərək imzalanmış texniki vəziyyət haqqında 06/00875saylı xx.xx.2021-ciil tarixli 1 saylı aktın surətindən görünür ki, İddiaçı ASC-nin Xaçmaz RN-ninŞabran rayon bölməsinin istifadəsində olan NOVA 340 markalı, mühərrik nömrəsi ******* olan, 2019-cu il buraxılışlı, 18AB199 dövlət nömrə nişanlı taxılyığan kombayn, mühərriki, yanacaq sistemi, yağlama sistemi, soyutma sistemi, transmissiya, hidravlik sistemi, elektrik avadanlığı, digər mexanizmlər və qovşaqlar saz vəziyyətdə olmaqla mexanizator HəmdullayevFalikRufetoğluna təhvil verilmişdir. İşdə olan İddiaçı ASC-nin bölmə rəhbəri HəmdullayevFalikRufetoğlu və XələfovRadikQafaroviçtərəfindən tərtib edilərək imzalanmış texniki vəziyyət haqqında 06/00875 saylı 19 oktyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, Aqroservis” ASCnin Xaçmaz RN-nin Qusar rayon bölməsinin istifadəsində olan NOVA-340 markalı, mühərrik nömrəsi ******* olan, 2019-cu il buraxılışlı, 17AB017 dövlət nömrə nişanlı taxılyığan kombayn, mühərriki, yağlama sistemi, transmissiya, hidravlik sistemi, digər mexanizmlər və qovşaqlar saz vəziyyətdə, elektrik avadanlığı, yanacaq sistemi və soyutma sistemi nasaz vəziyyətdə olmaqla HəmdullayevFalikRufetoğlu tərəfindən İddiaçı ASC-nə təhvil verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixdəXələfovRadikQafaroviç, X2 və HəmdullayevFalikRufet oğlu tərəfindən tərtib olunmuş qüsur aktının surətindən görünür ki, Şabran RB-nin istifadəsində olan 06/00875 icarə müqaviləsi ilə istifadəyə verilən şassi nömrəsi 204, mühərrik nömrəsi 0082028, buraxılış ili 2019-cu il olan NOVA 340 markalı taxıl yığan kombayn HəmdullayevFalikRufet oğlunun istifadəsinə verilmişdir. xx.xx.2021-ci il tarixində kombaynını təhvil verərkən mühərrikin turbo kompressoru yararsız və yanacaq nasosu təmir olunmalı vəziyyətdə olduğu aşkar olunmuşdur. İşdə olan İddiaçı ASCtərəfindən tərtib edilmiş “Nova-340” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayışın surətindən görünür ki, 06/00875 saylı 04 may 2021-ci il tarixli müqavilə əsasında bölmənin istifadəsində olan və mexanizator tərəfindən operativ lizinqə götürülmüş 000204 şassi nömrəli “Nova-340” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsi üçün 1 ədəd Turbokompressorun qiyməti 3500 manat, yanacaq nasosunun təmiri üçün 1800 manat olmaqla ümumilikdə 5300 manat məbləğində ehtimal xərclər hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasənöhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasənzərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, İddiaçı ASC cavabdehHəmdullayevFalikRufet oğlu ilə bağladığı xx.xx.2021-ci il tarixli 06/00875 saylı operativ lizinq müqaviləsinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməklə özünə məxsus olan 2019-cu il buraxılışlı, NOVA-340 markalı 18AB199 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynı texniki cəhətdən tam saz vəziyyətdə cavabdeh FalikHəmdullayevə təhvil vermiş, bu barədə həmin ASC-nin bölmə rəhbəri RadikXələfovun və FalikHəmdullayeviniştirakı ilə xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur.Cavabdeh FalikHəmdullayevlizinq müqaviləsi üzrə icarəyə götürdüyü taxılyığan kombaynı müəyyən olunmuş müddət ərzində istifadə etdikdən sonra tam saz vəziyyətdə geri qaytarmağı üzərinə götürsə də, həmin öhdəliyinə əməl etməyərək kombaynı, elektrik avadanlığı, yanacaq və soyutma sistemləri nasaz vəziyyətdə iddiaçıya təhvil vermişdir. Bununla da, cavabdeh yuxarıda göstərilən lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə iddiaçıya real maddi ziyan vurulmuşdur. Hal-hazırda iddiaçıya məxsus taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsi üçün cəmi 5300 manat məbləğində xərc tələb olunur, həmin xərcin məbləği ilə cavabdeh özü də razılaşmışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinəticəsində dəymiş ziyanın, yəni taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclərincavabdehdən tələb edilməsi hüququ vardır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh HəmdullayevFalikRufetoğlundan bir ədəd NOVA-340 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 5300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yəödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 73 (yetmiş üç) manat məbləğində pul vəsaiti cavabdeh HəmdullayevFalikRufetoğlundan tutularaq İddiaçı ASC-yəödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Birədəd NOVA-340 markalı taxıl yığan kombaynın tam bərpası üçün hesablanmış 5300 manat və dövlət rüsumu kimi ödənilmiş 73 (yetmiş üç) manat, cəmi 5373 (beş min üç yüz yetmiş üç) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-923/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-923/2022
08.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver