Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-939/2022 10.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağalıyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” dair iddia icraatı qaydasında iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və 26 oktyabr 2022-ci il tarixdə işə əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh iddia ərizəsində göstərilən bütün əmlakları könüllü olaraq ona qaytarmışdır. Ona görə də, o, Cavabdeh qarşı qaldırdığı əmlak tələbinə dair iddiadan imtina edir. Buna görə də, onun Cavabdeh qarşı əmlak tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə iddiadan imtinanı qəbul edib, həmin iddia üzrə mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, o, məhkəmə iclaslarına gələ bilmir. Ona görə də, işə onun iştirakı olmadan baxılıb mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və 26 oktyabr 2022-ci il tarixdə işə əlavə edilmiş ərizədən görünür ki, o, İddiaçı iddia ərizəsində göstərdiyi bütün əmlakları könüllü olaraq İddiaçı qaytarmışdır. Buna görə də, İddiaçı ona qarşı qaldırdığı əmlak tələbinə dair iddiasından imtina etmiş, həmin iddadan imtina etməsi barədə Qusar rayon Məhkəməsinə ərizə vermişdir. Buna görə də, onun İddiaçı ona qarşı əmlak tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə İddiaçı iddiadan imtina etməsini qəbul edib, həmin iddia üzrə mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, o, məhkəmə iclaslarına gələ bilmir. Ona görə də, işə onun iştirakı olmadan baxılıb mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunsun və hazırkı mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırki iddiadan imtina etdiyinə görə ona yenidən eyni iddia ilə həmin cavabdehə qarşı eyni əsaslarla iddia irəli sürülməsinə yol verilmir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-939/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-939/2022
10.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver