Məhkəmə qərarları › İş №e-2(029)-97/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-97/2024

13.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-97/2024 13.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağalıyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc qalmış 6500 (altı min beş yüz) manat və 95 (doxsan beş) manat dövlət rüsumunun cəmi 6595 (altı min beş yüz doxsan beş) manatın alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş 18 aprel 2024-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh borcu etiraf edərək, 6500 (altı min beş yüz doxsan beş) AZN, Qusar Rayon Məhkəməsinə ödədiyi 95 (doxsan beş) AZN və İddiaçı ödədiyi 500 (beş yüz) AZN Mediasiya xərcləri, cəmi 7095 AZN xx.xx.2025-ci il tarixədək nağd şəkildə ödəməyi öhdəliyi üzərinə götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında barışıq olduğundan, onlar arasında olan barışıq təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişini bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır (maddə 1.0.7.), tərəflər barışıq sazişinin icrasını təmin etməlidirlər (maddə 9.3.1.), barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır (maddə 33.1.) və barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır (maddə 33.2.). Məhkəmə barışıq sazişinin şərtlərini nəzərdən keçirib hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və bununlada iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri aşağıda göstərilən barışıq sazişinin şərtləri təsdiq edilsin:

1. Cavabdeh borcu etiraf edərək, 6500 (altı min beş yüz doxsan beş) AZN, Qusar Rayon Məhkəməsinə ödədiyi 95 (doxsan beş) AZN və İddiaçı ödədiyi 500 (beş yüz) AZN Mediasiya xərcləri, cəmi 7095 AZN xx.xx.2025-ci il tarixədək nağd şəkildə ödəməyi öhdəliyi üzərinə götürmüşdür İş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar