Məhkəmə qərarları › İş №e-2(029)-998/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-998/2024

28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-998/2024 28.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə ASC «Xalq Bankı»-nın Cavabdeh Zöhrab oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ASC «Xalq Bankı» Cavabdeh Zöhrab oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 179,58 (bir yüz yetmiş doqquz manat 58 qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ASC "xxxx" Bankı (bundan sonra İddiaçı) ilə Bakı Hotel Kompani Şirkəti (bundan sonra Təşkilat) arasında bağlanmış xx.xx.2021-ci il tarixli SD-1000036 nömrəli “Təşkilatın işçiləri üçün ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” Müqaviləyə (bundan sonra Müqavilə) əsasən Bank, Təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesabları açır, Kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxır və kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Müqaviləyə uyğun olaraq Təşkilatın işçisi Cavabdeh (bundan sonra cavabdeh) plastik kartın sifariş olunması barədə ərizəsi əsasında ona müvafiq kart hesabı (AZ34HAJCFPRAZN**********1001) açılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən Bank Təşkilatın tapşırıqları ilə Təşkilatın işçilərinin kart hesablarına pul vəsaitini (əmək haqqını, mükafatları, maddi yardımı və s.) köçürür. Təşkilat isə ödəniş sənədlərinin lazımi qaydada rəsmiləşdirilməsini həyata keçirir. Müqavilənin qeyd olunan şərtinə uyğun olaraq Təşkilatın ödəniş tapşırıqları əsasında Bank tərəfindən müxtəlif tarixlərdə müvafiq məbləğlərdə pul vəsaitləri Cavabdeh kart hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən aparılmış müxtəlif əməliyyatlar və kart hesabındakı qalıq vəsaiti də nəzərə alınmaqla həmin hesabdakı vəsaitlərin ümumi məbləği 1,70 (bir manat 70 qəpik) manat təşkil etmişdir. Bundan sonra kart hesabında çıxarış məlumatlarından da göründüyü kimi Cavabdeh tərəfindən xx.xx.2023-cü 'ıl tarixində hesab üzrə mövcud balansdan artıq məbləğdə - ümumilikdə 181,28 (bir yüz səksən bir manat 28 qəpik) manat məbləğində köçürmə əməliyyatları aparılmış, bu səbəbdən texniki overdraft (Kart saxlayıcısına overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda, Kart hesabının qalığından artıq məbləğdə əməliyyatın aparılması) halı baş vermiş və bunun nəticəsində Cavabdeh iddiaçının 181,28 (bir yüz səksən bir manat 28 qəpik) manat məbləğində vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Nəticədə, cavabdeh R.S.Cəfərovun kart hesabındakı qalıq məbləğinin də (1,70 AZN) silinməsi nəzərə alınaraq İddiaçı qarşısında 179,58 (bir yüz yetmiş doqquz manat 58 qəpik) manat məbləğində ödənilməmiş borc öhdəliyi qalmışdır ki, həmin borcun ödənilməsi ilə əlaqədar olaraq isə cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli 8.4.2024-013 №-li Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli SD-1000036 nömrəli “Təşkilatın işçiləri üçün ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” Müqavilədən görünür ki, Bank, Təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesabları açır, Kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxır və kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Müqaviləyə uyğun olaraq Təşkilatın işçisi Cavabdeh (bundan sonra cavabdeh) plastik kartın sifariş olunması barədə ərizəsi əsasında ona müvafiq kart hesabı (AZ34HAJCFPRAZN**********1001) açılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan Çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü 'ıl tarixində ümumilikdə 181,28 (bir yüz səksən bir manat 28 qəpik) manat məbləğində köçürmə əməliyyatları aparılmış, bu səbəbdən texniki overdraft halı baş vermiş və bunun nəticəsində Cavabdeh iddiaçının 181,28 (bir yüz səksən bir manat 28 qəpik) manat məbləğində vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Nəticədə, Cavabdeh kart hesabındakı qalıq məbləğinin də (1,70 AZN) silinməsi nəzərə alınaraq iddiaçı qarşısında 179,58 (bir yüz yetmiş doqquz manat 58 qəpik) manat məbləğində ödənilməmiş borc öhdəliyi qalmışdır. Beləliklə də, təsvir olunanlardan görünür ki, Cavabdeh Zöhrab oğlu xx.xx.2021-ci il tarixli SD-1000036 nömrəli “Təşkilatın işçiləri üçün ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” Müqavilə ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı ASC “Xalq Bankı”na əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitini ödəməmiş və bununla da, o, öz öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh Zöhrab oğlundan 179.58 manat məbləğində pul vəsaiti tutularaq ASC “Xalq Bankı”-na ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı ASC “Xalq Bankı”-nın iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Zöhrab oğlundan 179.58 (yüz yetmiş doqquz manat əlli səkkiz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq ASC «Xalq Bankı»-na hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar