Məhkəmə qərarları › İş №e-2(030)-204/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-204/2025

24.02.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-204/2025 24.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1,27 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1940,51 manat, işsizlikdən sığorta fonduna olan 197,28 manat, İcbari Tibbi Sığorta Fonduna olan 785,08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix – xx xxxx 1957-ci il, doğulduğu yer- Azərbaycan, Daşkəsən r, Əmirvar k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE *******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılaraq tələbinin təmin olunmasını xahiş etdiyindən məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 11 fevral 2025-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Daşkəsən rayonu Əmirvar bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 785,05 manat, işsizlikdən sığorta fonduna 197,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 1940,51 manat, dövlət büdcəsinə 1,27 manat olmaqla, ümumilikdə 2924,14 manat vergi borcu yaranmışdır. Yaranmış borc məbləğini 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 17 oktyabr 2024-cü il tarixli **********686300, 15 oktyabr 2024-cü il tarixli **********585100, 17 oktyabr 2024-cü il tarixli **********593300 və 22 yanvar 2020-ci il tarixli **********670400 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Maraqlı şəxs məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işdə maraqlı olan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci mаddəsində göstərilir ki, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. İşə əlavə edilmiş Hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, Daşkəsən rayon Əmirvar bələdiyyəsi vergi ödəyicisi kimi VÖEN ********** nömrə ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. Hüquqi şəxs Daşkəsən rayon Əmirvar bələdiyyəsinin rəhbəri kimi Maraqlı şəxs qeyd edilmişdir. İşə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 22 yanvar 2020-ci il tarixli **********670400 qeydiyyat nömrəli işsizlik sığorta haqq üzrə borcun ödənilməsinə dair **********1 nömrəli bildirişindən görünür ki, Daşkəsən rayon Əmirvar bələdiyyəsinin 22 yanvar 2020-ci il tarixə ümumilikdə 45,65 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 43,42 manat və fazilər üzrə 2,23 manat məbləğində borcu olduğu bildirilmiş və 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İşə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 15 oktyabr 2024-cü il tarixli **********585100 qeydiyyat nömrəli işsizlik sığorta haqq üzrə borcun ödənilməsinə dair **********3 nömrəli bildirişindən görünür ki, Daşkəsən rayon Əmirvar bələdiyyəsinin 15 oktyabr 2024-cü il tarixə ümumilikdə 190,12 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 148,52 manat və fazilər üzrə 41,60 manat məbləğində borcu olduğu bildirilmiş və 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İşə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 17 oktyabr 2024-cü il tarixli **********593300 qeydiyyat nömrəli işsizlik sığorta haqq üzrə borcun ödənilməsinə dair **********606 nömrəli bildirişindən görünür ki, Daşkəsən rayon Əmirvar bələdiyyəsinin 17 oktyabr 2024-cü il tarixə ümumilikdə 2083,33 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 1558,23 manat və fazilər üzrə 525,10 manat məbləğində borcu olduğu bildirilmiş və 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İşə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 17 oktyabr 2024-cü il tarixli **********686300 qeydiyyat nömrəli işsizlik sığorta haqq üzrə borcun ödənilməsinə dair **********0 nömrəli bildirişindən görünür ki, Daşkəsən rayon Əmirvar bələdiyyəsinin 17 oktyabr 2024-cü il tarixə ümumilikdə 785,08 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 615,50 manat və fazilər üzrə 169,58 manat məbləğində borcu olduğu bildirilmiş və 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin X1 Baş İdarəsinin 23 yanvar 2025-ci il tarixli **********9199500 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Maraqlı şəxs Daşkəsən rayon Əmirvar Bələdiyyəsinin 23 yanvar 2025-ci il tarixə vergilər üzrə 1,27 manat olmaqla, məcburi dövlət sosial sığorta haqqı üzrə 2555,01 manat, işsizlikdən sığorta haqqı üzrə 226,98 manat, İcbari tibbi sığorta haqqı üzrə 903,40 manat, ümumilikdə 3686,66 manat vergi borcu yarandığı bildirilmiş və 15 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Qeyd olunan borc ödənilmədiyi halda Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci mаddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Yuxаrıdа qeyd оlunаnlаrı nəzərə аlаrаq məhkəmə hesаb edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsаslı оlduğundаn təmin оlunmаlı və borcu ödənilənədək həmin şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmаlıdır. Оdur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Ərizə təmin edilsin. Daşkəsən rayon Əmirvar Bələdiyyəsinin 23 yanvar 2025-ci il tarixə vergilər üzrə dövlət büdcəsinə 1,27 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1940,51 manat, işsizlikdən sığorta fonduna olan 197,28 manat, İcbari Tibbi Sığorta Fonduna 785,08 manat olmaqla, ümumilikdə 2924,14 manat məbləğində borc ödənilənədək Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE *******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Daşkəsən Rayon Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmə qəbul edildikdən dərhаl sоnrа qüvvəyə minir və qətnаmədən şikаyətin verilməsi оnun icrаsını dаyаndırmır. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar