Məhkəmə qərarları › İş №e-2(030)-228/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-228/2024

14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-228/2024 14.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Ağayev Fuad Rəfi oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan Azərbaycan Respublikası Daşkəsən rayon Gurbulaq Bələdiyyəsinin (VÖEN: **********) tərəfindən ümumilikdə 3034,33 manat borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix – xx.xx.1962-ci il, doğulduğu yer- Azərbaycan, Daşkəsən r, Əmirvar k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılaraq tələbinin təmin olunmasını xahiş etdiyindən məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 31 yanvar 2024-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Daşkəsən rayonu Gurbulaq bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2413,15 manat, işsizlikdən sığorta fonduna olan 117,23 manat, İcbari Tibbi Sığorta Fonduna 503,95 manat olmaqla, ümumilikdə 3034,33 manat vergi borcu yaranmışdır. Yaranmış borc məbləğini 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, hüquqi şəxsin icra orqanın rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə əlavə edilmiş Hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, Daşkəsən rayon Gurbulaq bələdiyyəsi vergi ödəyicisi kimi VÖEN ********** nömrə ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. Hüquqi şəxs Daşkəsən rayon Gurbulaq bələdiyyəsinin rəhbəri kimi Maraqlı şəxs qeyd edilmişdir. İşə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 oktyabr 2023-cü il tarixli **********796500 qeydiyyat nömrəli işsizlik sığorta haqq üzrə borcun ödənilməsinə dair **********4 nömrəli bildirişindən görünür ki, Daşkəsən rayon Gurbulaq bələdiyyəsinin 19 oktyabr 2023-cü il tarixə ümumilikdə 117,34 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 101,73 manat və fazilər üzrə 15,61 manat məbləğində borcu olduğu bildirilmiş və 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İşə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 oktyabr 2023-cü il tarixli **********908800 qeydiyyat nömrəli icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********6 nömrəli bildirişindən görünür ki, Daşkəsən rayon Gurbulaq bələdiyyəsinin 19 oktyabr 2023-cü il tarixə ümumilikdə 503,95 manat, o cümlədən icbari tibbi sığorta haqqı üzrə 414,86 manat və fazilər üzrə 89,09 manat məbləğində borcu olduğu bildirilmiş və 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İşə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 09 oktyabr 2023-cü il tarixli **********460500 qeydiyyat nömrəli icbari muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********8 nömrəli bildirişindən görünür ki, Daşkəsən rayon Gurbulaq bələdiyyəsinin 09 oktyabr 2023-cü il tarixə ümumilikdə 2580,42 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 2249,33 manat, maliyyə sanksiyaları üzrə 5,25 manat və fazilər üzrə 325,84 manat məbləğində borcu olduğu bildirilmiş və 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin X1 Baş İdarəsinin 16 yanvar 2024-cü il tarixli **********132100 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Maraqlı şəxs Daşkəsən rayon Gurbulaq Bələdiyyəsinin 16 yanvar 2024-cü il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 2599,45 manat, işsizlikdən sığorta haqqı üzrə 126,40 manat və icbari tibbi sığorta üzrə 540,38 manat olmaqla, cəmi 3266,23 manat borcu yarandığı bildirilmiş və 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Qeyd olunan borc ödənilmədiyi halda Maraqlı şəxs ğlunun ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci mаddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxаrıdа qeyd оlunаnlаrı nəzərə аlаrаq məhkəmə hesаb edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsаslı оlduğundаn təmin оlunmаlı və borcu ödənilənədək həmin şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 3034,33 manat məbləğində borc ödənilənədək hüquqi şəxs Daşkəsən rayon Gurbulaq bələdiyyəsinin icra orqanın rəhbəri xx.xx.1962-ci ildə Daşkəsən rayonun Əmirvar kəndində anadan olmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********, VÖEN:**********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Daşkəsən Rayon Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmə qəbul edildikdən dərhаl sоnrа qüvvəyə minir və qətnаmədən şikаyətin verilməsi оnun icrаsını dаyаndırmır. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar