Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-315/2025 13.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X32 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh10 İbarhimxəlil oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X21 qarşı cavabdehlərə və ona paylı mülkiyyət hüququ ilə məxsus olan Daşkəsən rayonu Zağalı kəndində yerləşən torpaq sahəsinin paylara hissə ilə real olaraq bölgüsünün aparılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh10 İbarhimxəlil oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X21 qarşı cavabdehlərə və ona paylı mülkiyyət hüququ ilə məxsus olan Daşkəsən rayonu Zağalı kəndində yerləşən torpaq sahəsinin paylara hissə ilə real olaraq bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb təmin olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu Zağalı kəndində yerləşən 1.0338 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə iddiaçıya və cavabdehlərə məxsusdur. Paylı mülkiyyətçilərdən X4 və X22 vəfat etmişdir. Ona və cavabdehlərə məxsus olan 1.0338 ha torpaq sahəsi paylara uyğun olaraq hissə ilə bölünmüşdür. O, torpaq sahəsinin payına uyğun olaraq ayrılmasını istəsə də, cavabdehlər buna razı olmamışlar. Mübahisənin məhkəmədən kənar həlli mümkn olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh10 İbarhimxəlil oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X26 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0053 serialı (kod ********) Dövlət aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 7 saylı qərarı ilə Daşkəsən rayonu Zağalı kənd sakini X4, X22, X1, Cavabdeh10, X5, Cavabdeh3, X2, X16, X17, X14, Cavabdeh7, X18, X15 və X20 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Zağalı kəndi ərazisindən 8,48 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 avqust 2024-cü il tarixli, **********8 qeydiyyat nömrəli, **********99 nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Zağalı kəndində yerləşən 1.0338 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə 1/14 hissə ilə X3, 1/14 hissə ilə X19, 1/14 hissə ilə Cavabdeh2, 1/14 hissə ilə Cavabdeh10, 1/14 hissə ilə Cavabdeh3, 1/14 hissə ilə X10, 1/14 hissə ilə X8, 1/14 hissə ilə X11, 1/14 hissə ilə Cavabdeh7, 1/14 hissə ilə Cavabdeh8, 1/14 hissə ilə X9, 1/14 hissə ilə X20 və 2/14 hissə ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi 24 noyabr 2025-ci il tarixli 3-21-3-33/2-12066/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2024-cü il qeydiyyat tarixli, **********8 qeydiyyat nömrəli, **********99 reyestr nömrəli Çıxarışa əsasən, Daşkəsən rayonu Zağalı kəndi ərazisində, İddiaçı və 12 (on iki) nəfər digər şəxslərin paylı mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı 1.0338 ha torpaq sahəsinin məkan göstəriciləri (konfiqurasiyası və koordinatları) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, araşdırma zamanı, **********99 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan “Torpağa mülkiyyət hüququna dair” JN-0053 saylı Dövlət Akına və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə istinad olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər Reyestrində qeydiyyata alınmış xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli Çıxarışa səsasən, Daşkəsən rayonu Zağalı kəndi ərazisində, İddiaçı və 12 (on iki) nəfər digər şəxslərin paylı mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı 1.0338 ha torpaq sahəsindən, İddiaçı payına uyğun 2/14 hissədə naturada bölgüsü mümkündür. Bölgüyə dair cizgi plan rəyə əlavə edilir, Əlavə olaraq qeyd edək ki, elektron kadastr bazası məlumatlarına əsasən, sözügedən torpaq sahəsi ilə, mülki iş üzrə tərəflərdən olmayan başqa şəxslərin mülkiyyət hüquqlarını təsdiq çıxarış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı mövcuddur. İşə əlavə edilmiş 11 mart 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallrını nəzərdən keçirərək, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 29 avqust 2024-cü il tarixli, **********8 qeydiyyat nömrəli, **********99 nömrəli Çıxarışa əsasən, Daşkəsən rayonu Zağalı kəndində yerləşən 1.0338 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə 1/14 hissə ilə X3, 1/14 hissə ilə X19, 1/14 hissə ilə Cavabdeh2, 1/14 hissə ilə Cavabdeh10, 1/14 hissə ilə Cavabdeh3, 1/14 hissə ilə X10, 1/14 hissə ilə X8, 1/14 hissə ilə X11, 1/14 hissə ilə Cavabdeh7, 1/14 hissə ilə Cavabdeh8, 1/14 hissə ilə X9, 1/14 hissə ilə X20 və 2/14 hissə ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş mütəxəssis rəyindən göründüyü kimi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər Reyestrindən qeydiyyata alınmış xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli Çıxarışa səsasən, Daşkəsən rayonu Zağalı kəndi ərazisində, İddiaçı və 12 (on iki) nəfər digər şəxslərin paylı mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı 1.0338 ha torpaq sahəsindən, İddiaçı payına uyğun 2/14 hissədə naturada bölgüsü mümkündür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin maddənin tələblərinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünəsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşə əlavə olunmuş 17 may 2023-cü il tarixli məhkəmə qəbzindən görünür ki, X23 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Daşkəsən rayonu Zağalı kəndində yerləşən 1.0338 ha torpaq sahəsi üzərində 2/14 hissə üzrə olan payı bölgüyə dair cizgi planına əsasən naturada ayrılsın verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-315/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-315/2025
13.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver