Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № e-2(030)-820/2024 25.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Məmməd oğlunun iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Məmməd oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(030)-625/2024 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin olunması xahiş etmişdir. İddiaçı Məmməd oğlu ərizə ilə məhkəməyə müraciət edib, apellyasiya şikayətini səhvən iddia ərizəsi kimi sistemə yerləşdirilmiş olduğunu bildirmişdir. Odur ki, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İşə əlavə edilmiş 23 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Məmməd oğlu tərəfindən 36 manat məbləğində rüsum ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Məmməd oğlunun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu İddiaçı Məmməd oğluna qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-820/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №e-2(030)-820/2024
25.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver