Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-1191/2025 14.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qismində cəlb etdiyi ölkədən getmək hüququn müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qismində cəlb etdiyi ölkədən getmək hüququn müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fonduna olan 1846,81 manat, İşsizlikdən Sığorta Fonduna olan 122,4 manat, İcbari Tibbi Sığorta Fonduna olan 184,88 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Şabran Rayonu Taxtalar Bələdiyyəsinin İcbari Tibbi Sığorta Fonduna 184,88 manat, İşsizlikdən Sığorta Fonduna 122,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 1846,81 manat olmaqla, ümumilikdə 2154,09 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, **********659300, xx.xx.2025-ci il tarixli, **********036000, xx.xx.2025-ci il tarixli, **********035300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1i ünvanında yaşayır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğu ilə bağlı nümayəndələrinin məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və işə onların iştirakı olmadan baxılaraq ərizələrinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda iştirak etməmiş və etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayonu Taxtalar Bələdiyyəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, bələdiyyənin xx.xx.2025-ci il tarixinə, ümumilikdə 122,40 manat məbləğində borcu vardır. İş materiallarında olan Şabran Rayonu Taxtalar Bələdiyyəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli icbari tibbi sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, bələdiyyənin xx.xx.2025-ci il tarixinə, ümumilikdə 184,88 manat məbləğində borcu vardır. İş materiallarında olan Şabran Rayonu Taxtalar Bələdiyyəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, bələdiyyənin xx.xx.2025-ci il tarixinə, ümumilikdə 1846,81 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən Şabran Rayonu Taxtalar Bələdiyyəsinə ünvanlanan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, hesablanmış 2401,28 manat məbləğində borcun 15 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Maraqlı şəxs Şabran Rayonu Taxtalar Bələdiyyəsinin sədri vəzifəsində çalışmağa başlamışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 3 nömrəli əmrdən görünür ki, Maraqlı şəxs ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının əmək Məcəlləsinin 68.2-ci maddəsinin “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması” haqqında Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli, 50-VİİQ nömrəli Qanununun 45.1-ci bəndinə əsasən Ağbaş, Çuxurazəmi, Əmirxanlı, Pirəbədil və Taxtalar bələdiyyələrinin əhatə etdiyi Ağbaş, Bilici Qorğan, Ceyranlı, Çaraq, Çinarlar, Çovurar, Çuxurazəmi, Dağ Bilici, Dəhnə, Düz Bilici, Əmirxanlı, Güləh, Hacıiskəndərli, Xəlfələr, İzmara, Kilvar, Kyünçal, Qazbabalı, Qəriblik, Qızılqazma, Qorğan, Mumlu, Nohurlar, Pirəbədil, Sumağava, Sumağava Qazma, Taxtalar, Təkyə, Uqah, Üzümlü, Vələsli, Yeləkəsən, Zağlı, Zeyvə, Zöhrabkənd və Zöhramı kəndlərində Pirəbədil bələdiyyəsi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” xx.xx.2025-ci il tarixli, 13s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli, 50-VİİQ nömrəli Qanununun icrası məqsədilə: 1. Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hər birindən bir nümayəndə daxil edilməklə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli 50-VİİQ nömrəli Qanununa əsasən müvafiq komissiyalar yaradılmalı; 2. Komissiyaların üzvlərini təsdiq etmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini beş gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməli; 3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Qanunun icrası məqsədilə bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün komissiyaların yaradılması və tərkibinin təsdiq edilməsi üçün müvafiq tədbirlər görməlidir. Beləliklə, Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırki işin faktiki hallarından görünür ki, Maraqlı şəxs əvvəllər Şabran Rayon Taxtalar Bələdiyyəsinin sədri vəzifəsində çalışsa da, hazırda xx.xx.2025-ci il tarixli, 3 nömrəli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən Şabran Rayon Taxtalar Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan 1846,81 manat, İşsizlikdən Sığorta Fonduna ödənilməli olan 122,40 manat, İcbari Tibbi Sığorta Fonduna ödənilməli olan 184,88 manat məbləğində borc hazırda Şabran Rayon Pirəbədil Bələdiyyəsi tərəfindən ödənilməli olduğundan, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 357-360 və 355-5-355-7-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qismində cəlb etdiyi ölkədən getmək hüququn müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə təmin edilməsin. Qətnamədən onun iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №e-2(031)-1191/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-1191/2025
14.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver