Məhkəmə qərarları › İş №e-2(031)-38/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-38/2024

23.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-38/2024 23.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qanunsuz istifadədən geri alınaraq iddiaçıya qaytarılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı məxsus 0.012 ha torpaq sahəsinin zəbt olunmuş 31 kvadrat metr hissəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qanunsuz istifadədən geri alınaraq iddiaçıya qaytarılması və məhkəməyə müraciət üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməs barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilmiş mülki iş məhkəmənin icraatında olduğu zaman iş üzrə cavabdeh X2 əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə barışıq sazişi təqdim edərək iddiadan imtina etdiyini bildirmiş və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, barışıq sazişini onun iştirakı olmadan keçirilən məhkəmə iclasında təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2024-cü il tarixdə barışıq sazişindən görünür ki, tərəflər aralarında olan məhkəmə mübahisələrini barışıq sazişi ilə tamamlamaq qərarına gələrək aşağıda göstərilənlər barədə tam razılığa gəlmişdir:

1. Tərəflər Şabran Rayon Məhkəməsinin icraatında olan e-2(031)-38/2024 saylı mülki iş üzrə yekun qərar qəbul edilənədək, həmin mülki iş üzrə İddiaçı iddia tələblərindən imtina etməsi barədə həmin mülki iş üzrə Cavabdeh ilə ilə Barışıq Sazişi imzalayırlar.

2. Şabran Rayon Məhkəməsinin icraatında olan e-2(031)-38/2024 saylı mülki iş üzrə Cavabdeh həmin mülki iş üzrə İddiaçı iddia tələblərini qəbul edir və zəbt olunmuş tərpaq sahəsini mülkiyyətçi tərəfindən müəyyən olunan dəyəri ödənilməklə özü tərəfindən alınacağını bəyan edir.

3. Tərəflər Şabran Rayon Məhkəməsinin icraatında olan e-2(031)-38/2024 saylı mülki iş üzrə mübahisəli torpaq sahəsinin zəbt olunmuş hissəsinin alqı-satqısını rəsmiləşdirmək üçün Şabran rayon notariat ofisinə və hüquqların dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-İ DƏDKR publik hüquqi şəxsin 5 sayiı Xaçmaz Ərazi İdarəsinə müraciət edilməsini öhdələrinə götürürlər.

4. e-2(031)-38/2024 saylı mülki iş üzrə İddiaçı həmin mülki iş üzrə Cavabdeh ilə zəbt olunmuş torpaq sahəsi ilə əlaqədar razılaşma olmayacağı təqdirdə eyni əsaslarla məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

5. Tərəflər Şabran Rayon Məhkəməsinin e-2(031)-38/2024 saylı mülki iş üzrə təyin edilmiş hakimindən bu Barışıq Sazişini müvafiq qərardadla təsdiqlənməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-ci maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmədə baxılmalı olmadığına görə hazırki iş üzrə icraata xitam verilməli, iddiaçıya daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qanunsuz istifadədən geri alınaraq iddiaçıya qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2024-cü il tarixdə barışıq sazişi təsdiq edilsin.

1. Şabran Rayon Məhkəməsinin icraatında olan e-2(031)-38/2024 saylı mülki iş üzrə Cavabdeh həmin mülki iş üzrə İddiaçı iddia tələblərini qəbul edir və zəbt olunmuş tərpaq sahəsini mülkiyyətçi tərəfindən müəyyən olunan dəyəri ödənilməklə özü tərəfindən alınacağını bəyan edir.

2. Şabran Rayon Məhkəməsinin icraatında olan e-2(031)-38/2024 saylı mülki iş üzrə Cavabdeh həmin mülki iş üzrə İddiaçı iddia tələblərini qəbul edir və zəbt olunmuş tərpaq sahəsini mülkiyyətçi tərəfindən müəyyən olunan dəyəri ödənilməklə özü tərəfindən alınacağını bəyan edir.

3. Tərəflər Şabran Rayon Məhkəməsinin icraatında olan e-2(031)-38/2024 saylı mülki iş üzrə mübahisəli torpaq sahəsinin zəbt olunmuş hissəsinin alqı-satqısını rəsmiləşdirmək üçün Şabran rayon notariat ofisinə və hüquqların dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-İ DƏDKR publik hüquqi şəxsin 5 sayiı Xaçmaz Ərazi İdarəsinə müraciət edilməsini öhdələrinə götürürlər.

4. e-2(031)-38/2024 saylı mülki iş üzrə İddiaçı həmin mülki iş üzrə Cavabdeh ilə zəbt olunmuş torpaq sahəsi ilə əlaqədar razılaşma olmayacağı təqdirdə eyni əsaslarla məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar