Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-450/2024 25.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Şabran şəhəri, Tofiq İsmayılov küçəsində 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 35 saylı fərdi yaşayış evinə Cavabdeh istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh Şabran şəhəri, Tofiq İsmayılov küçəsində 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 35 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evinin onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Şabran şəhəri, Tofiq İsmayılov küçəsində 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 35 saylı fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan, Şabran şəhəri, Tofiq İsmayılov küçəsində 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 35 saylı fərdi yaşayış evində hal-hazırda iş üzrə Cavabdeh qeydiyyatdadır və bu şəxsin sözügedən evdə qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASCnin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlərin həmin fərdi yaşayış evinə heç bir hüquqları yoxdur. Bu səbəbdən onların Şabran şəhəri, Tofiq İsmayılov küçəsində 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 35 saylı fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1,152.1,152.5, 385.1, 386.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə ki, iş materiallarına əlavə edilmiş AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Şabran şəhəri, Tofiq İsmayılov küçəsində 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 35 saylı fərdi yaşayış evi "xxxx" KB ASC-nin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Hərracın yekunları barədə protokoldan və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 11 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, Şabran şəhəri, Tofiq İsmayılov küçəsində 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 35 saylı fərdi yaşayış evini "xxxx" KB ASC hərrac vasitəsi ilə almışdır. Buna baxmayaraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan, Şabran şəhəri, Tofiq İsmayılov küçəsində 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 35 saylı fərdi yaşayış evində halhazırda iş üzrə Cavabdeh qeydiyyatdadır. Cavabdehin mənzilə olan istifadə hüquqları formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması sonuncunun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin edilməli, cavabdehin mübahisəli mənzilə dair istifadə hüquqlarına xitam verilməli, Cavabdeh Şabran şəhəri, Tofiq İsmayılov küçəsində 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 35 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Şabran şəhəri, Tofiq İsmayılov küçəsində 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 35 saylı fərdi yaşayış evinə Cavabdeh istifadə hüquqlarına xitam verilsin. Cavabdeh Şabran şəhəri, Tofiq İsmayılov küçəsində 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 35 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi boşaldılsın. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №e-2(031)-450/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-450/2024
25.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver