Məhkəmə qərarları › İş №e-2(031)-544/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-544/2024

29.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-544/2024 29.08.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı köçürülmə və s. tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı köçürülmə və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran şəhəri, C.Cahangirov küçəsində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evindən onun və uşaqların istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddanın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Şabran şəhəri, C.Cahangirov küçəsində yerləşən ilkin sənədləşməsi Cavabdeh2 adına rəsmiləşdirilmiş fərdi yaşayış evinə iddaçı İddiaçı və uşaqları xx.xx.2010-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 və həmin mənzildə yaşayış hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddanın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iddanın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı köçürülmə və s. tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Cavabdeh1 boşanmadan sonra övladları X10, X8, X6 adına 1 il ərzində ev alacağını yazıb imzası ilə təsdiq etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 500148 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2010-cu il tarixdə X8, AZ-İİ seriyalı, 799586 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə X10, AZ-İİİ seriyalı, 768307 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə X9 anadan olmuşdur. İş materiallarında olan Dəvəçi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışdan görünür ki, Dəvəçi sakini Cavabdeh2 torpaq sahəsinin verilməsi barədə vətəndaşın xx.xx.2007-ci il tarixli ərizəsi nəzərə alınması, Cavabdeh2 şəhərin C,Cahangirov küçəsinin qərb tərəfində hər bir kvadrat metrə görə Dəvəçi bələdiyyəsinin hesabına 40 qəpik pul vəsaiti köçürməklə 500 kvadrat metr torpaq sahəsi satılması, Cavabdeh2 tələb edilərək torpağın müddətsiz şəxsi mülkiyyətə verilməsindən ötrü Torpaq və Xəritəçəkmə Komitəsindən müvafiq sənədləşməni aparması qərara alınmışdır. İş materiallarında olan Dəvəçi rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əasasən Cavabdeh2 inşa edəcəyi fərdi mənzilin Dəvəçi rayon İcra Hakimiyyətinə təqdim etdiyi tikinti planı və eskiz layihəsi əsasında tikinti işlərinin aparılmasına razılıq verilmişdir. İş materiallarında olan Dəvəçi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışdan görünür ki, Dəvəçi sakini Cavabdeh1 torpaq sahəsinin verilməsi barədə vətəndaşın xx.xx.2007-ci il tarixli ərizəsi nəzərə alınması, Cavabdeh1 şəhərin C,Cahangirov küçəsinin qərb tərəfində hər bir kvadrat metrə görə Dəvəçi bələdiyyəsinin hesabına 40 qəpik pul vəsaiti köçürməklə 500 kvadrat metr torpaq sahəsi satılması, Cavabdeh1 tələb edilərək torpağın müddətsiz şəxsi mülkiyyətə verilməsindən ötrü Torpaq və Xəritəçəkmə Komitəsindən müvafiq sənədləşməni aparması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatına əsasən Cavabdeh2 adına Şabran şəhəri, C.Cahangirov küçəsi adı ilə qeydə alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, 0,05 hektar Dəvəçi şəhər ərazisində həyətyanı torpaq sahəsi Cavabdeh2, X2, X3, X15 mülkiyyətinə verilib. İş materiallarında olan Şabran bələdiyyəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavabına əsasən Cavabdeh2 xüsusi mülkiyyətində fərdi mənzil tikintisi üçün həyətyanı torpaq sahəsinin olub-olmaması barədə Şabran bələdiyyəsində heç bir məlumat yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak edən İddiaçı fasiləsiz olaraq mübahisə predmeti olan evdə yaşadığını bildirmiş, bu isə onun tələbinə baxılmasını istisna edir. Belə ki, dövlət qeydiyyatına alınmayan daşınmaz əmlakda iddiaçı zatən həmin evdə yaşayırsa evə köçürülməsi və yaşamaq hüququnun tanınması hissəsində mübahisə yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Göründüyü kimi, məhkəmə qaydasında tərəflər pozulmuş hüquqlarının bərpası üçün müraciət edərək hüquqlarını bərpa edir. Əgər şəxsin hüquqları pozulmamışsa pozulmayan hüququn məhkəmə qaydasında bərpası istisna edilir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddaçı İddiaçı hal-hazırda Şabran şəhəri, C.Cahangirov küçəsində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evində faktiki olaraq yaşadığına görə işə məhkəmədə baxılmalı olmadığı üçün icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261,262, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı köçürülmə və s. tələbinə dair iddiası üzrə mülki icraata xitam verilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə Şikayət verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar