Məhkəmə qərarları › İş №e-2(031)-61/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-61/2024

18.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-61/2024 18.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X18 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı, onun vəkili və nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada avtomobilin alınması üçün ödədiyi 3800 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin tərəfindən ödənilmiş 58 manat məbləğində dövlət rüsumunu da cavabdehlərə aid edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, maşın alqı-satqısı ilə məşğuldur. xx.xx.2020-ci ildə Cavabdeh1 3800 manata VAZ 21099 markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobilin mülkiyyətçisi digər Cavabdeh2dur. Onun verdiyi baş etibarnamə ilə o, həmin avtomobili almışdır. Sonradan həmin avtomobili təcili şəkildə pul lazım olduğundan 4000 manata X2 və ona notariat kontorunda onun adına etibarnamə vermişdir. Daha sonra X12 da həmin avtomobili X1. Sonradan ona məlum olmuşdur ki, maşının mülkiyyətçisi Cavabdeh2 etibarnaməni ləğv etdirib. Etibarnamənin ləğv olunmasından onun xəbəri və təqsiri yoxdur. Daha sonra X14 - X8 və Cavabdeh2 qarşı alqı-satqı faktının baş tutması ilə bağlı Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, eyni zamanda Cavabdeh2 də X13 qarşı avtomobil tələbinə dair qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir. İlkin iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, avtomobilin X9 alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Bundan sonra X14 - X8 qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X5 5100 manat məbləğində pul tutularaq X13 verilməsi qət edilmişdir. Hazırda onun X8, Neman Qədirovun isə X3 avtomobil Cavabdeh2dır və X5 X11 xeyrinə 5100 manat pulun, ondan isə X7 xeyrinə 4000 manat pulun alınıb verilməsi barədə qətnamə var. O, hazırda 3800 manat ziyana düşmüşdür. Belə ki, yuxarıda qeyd etdiyi kimi o, maşını Cavabdeh1 3800 manata almışdır. Ona görə də hesab edir ki, avtomobilin alınması üçün ödədiyi 3800 manat pul cavabdehlərdən alınıb ona verilməlidir. Həmçinin tərəfindən dövlət rüsumu kimi ödədiyi 58 manat məbləğində pul da cavabdehlərə aid olunmalıdır. Xahiş edir, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada avtomobilin alınması üçün ödədiyi 3800 manat pulun alınıb ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 58 manat məbləğində dövlət rüsumunun da cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, pulu Cavabdeh1 vermiş, maşını da ondan almışdır, o, da X2 və ona notariat kontorunda onun adına etibarnamə vermişdir. Daha sonra X12 da həmin avtomobili X1. Sonradan ona məlum olmuşdur ki, maşının mülkiyyətçisi Cavabdeh2 etibarnaməni ləğv etdirmişdir. Bu barədə özünə də müraciət etmişdir, deyir get nə edirsən et. Bu səbəbdən də, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı vəkili və nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını və iddiaçının nümayəndəsi və vəkilini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X15 bildirdi ki, İddiaçı tanıyır. Birlikdə maşın alıb satmışlar. Maşını Arzumandan 3800 manata almışlar, İddiaçı tərəfindən 1500 manat pul və şəxsiyyət vəsiqəsi verilib ki, Arzuman Orxan üçün baş etibarnamə alıb gətirmişdir. Arzuman demişdir ki, qalan 2300 manat pulu maşını satdıqdan sonra verərsiz. Maşını Neman adlı şəxsə 4000 manata satmışlar, onun yanında Orxan Arzumana 2300 manat pul vermişdir. Maşını satdıqları adam da, bir müddət sonra onları məhkəməyə vermişdir, məhkəmədə onlardan 4000 manat pul tələb olunmuş, onlar da həmin pulu ödəmişlər. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 11 mik., ev 2A, m 28-də qeydiyyatdadır. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)- 5459/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X6 iddiaçı X11 xeyrinə 5100 manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. İşə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətanaməsinin surətindən görünür ki, cavabdeh X17 oğlunun aprelyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 14 sentyabr 2021-ci il tarixli 2(060)- 5459/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İşə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətanaməsinin surətindən görünür ki, aprelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan ƏN-Vİİ 184399 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 VAZ 21099 markalı ** VG *** qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixdə X10 etibarnamə vermişdir. Etibarnamə 11 ay 30 gün müddətinə, xx.xx.2021-ci il tarixədək verilmişdir. İşdə olan ƏN-Vİİ 218113 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı VAZ 21099 markalı ** VG *** qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixdə X10 etibarnamə vermişdir. Etibarnamə 11 ay 25 gün müddətinə, xx.xx.2021-ci il tarixədək verilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1. maddsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091. maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1. maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2. maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş materiallarını tərəflərin izahatları birlikdə araşdırıb belə nəticəyə gəlir ki, İddiaçı 3800 manat məbləğində pulu Cavabdeh1 vermiş, avtomobili da ondan almışdır, Əliyev X4 Orxan Rizvan oğluna avtomobilə görə yalnız etibarnamə vermiş, ondan pul almamış, avtomobil satmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 3800 (üç min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3800 (üç min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar