Məhkəmə qərarları › İş №e-2(031)-66/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-66/2025

17.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-66/2025 17.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “pul tələbi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 aldatma yolu ilə əldə etdiyi 7820 manat pul vəsaitinin və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 98,20 manat dövlət rüsumunun alınaraq iddiaçı X5 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və X2 aldatma yolu ilə ondan aldıqları 7820 manat pul vəsaitinin və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 98,20 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçı Tacıyev Ağaxan oğluna qaytarılması barədə qətnamə, məhkəmə baxışında cavabdehlərdən hər hansı birinin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa bununla bağlı xüsusi qərardad çıxarılmasıqı xahiş etmişdir. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, X2 iş üzrə cavabdeh kimi tanınaraq işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə qərarına əsasən iddiaçının vəsatəti təmin edilmiş, X6 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1, pensiya təyinatında köməklik göstərəcəyi vədi ilə ondan 7820 manat pul almışdır. Belə ki, uşaqlıq vaxtından tanıdığı Cavabdeh1la xəstəliyi ilə bağlı söhbət apararkən o bildirmişdir ki, xəstəliyi ilə bağlı sənədlər, faktiki olaraq uzun illər ağır şəkər xəstəliyindən əziyyət çəkməyi, eləcə də şəhid ailəsinin üzvü olmağı imkan yaradır ki, ona 1-ci qrup əlillik dərəcəsi təyin edilsin. Bu məqsədlə onları onun tanışı, daha əvvəl onun özünə də pensiya təyin edilməsində yardımçı olmuş, Tacəddin Quliyev adlı yaxın dostu kömək edə biləcəyinə də söz vermişdir. Bir neçə gün sonra o, Cavabdeh1 təşkilatçılığı ilə Tacəddin Quliyev ilə görüşmüşlər. Cavabdeh1 ona bildirmişdir ki, ilkin sənədlərin hazırlanması üçün Tacəddinə 3500 manat nağd pul vermək lazımdır. İlkin olaraq Məhəmmədə 3500 manat, daha sonra 300 manat ödədikdən sonra, razılaşmışlar ki, sonrakı mərhələlər üçün pul lazım olduqca ona miqdarı deyiləcəkdir. Bir müddət keçdikdən sonra Tacəddin onun mobil telefonuna zəng edərək bank hesabını təqdim etmiş və ora növbəti dəfə pul köçürməli olduğunu bildirmişdir. O, da onun tələb etdiyi 4020 manat pulu hissə-hissə X8 Bankın **********473903 və Azərbaycan Beynəlxalq Bankın **********558422 №-li kartlarına ödəmişdir. Onların razılaşmalarından xeyli müddət keçdikdən sonra məlum olmuşdur ki, Cavabdeh1 onu aldatmış və bu əməlində Tacəddin Quliyevin adından istifadə etmişdir. O, aldadıldığına əmin olduqdan sonra Məhəmməddən pullarını geri qaytarmağı tələb etmişdir. O isə ona bildirmişdir ki, guya onun dostu Tacəddin Quliyev onu da aldatmış və ona görə də pulları qaytara bilməyəcəkdir. Tərəflərindən dələduzluq faktı ilə bağlı Şabran RPŞ-nə müraciət etmişdir. Polis şöbəsində izahatı alınmış Cavabdeh1 yuxarıda qeyd etdiyi xüsusatları etiraf etmiş, lakin o da Tacəddin Quliyev tərəfindən aldadıldığını bildirmişdir. Şabran RPŞ-nin TQ-nun baş təhqiqatçısı, polis mayoru Pərviz Babayev cinayət təqibinin başlanmasının rədd olunması haqqında qərar qəbul etmişdir. Şabran RPŞ-nin TQ-nun baş təhqiqatçısı qəbul etdiyi qərarın surətini ona 24 oktyabr 2024-cü ildə təqdim edərək, pul tələbi ilə bağlı mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi ona tövsiyə etmişdir. Hazırda Cavabdeh1 ona vurduğu ziyana görə banklara borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, o, İddiaçı pul almamışdır, sadəcə onu X6 ilə tanış etmişdir. O, pulu Tacəddinə vermişlər, bir manat da onun punu cibinə qoymamışdır. Xahiş edir, iddia təmin edilməsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdeh X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru X7 20 iyun 2024-cü il tarixli "cinayət təqibinin başlanmasının rədd olunması" barədə qərarından görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutların əsas xüsusiyyətlərindən biri onların mötəbərliyi olmaqla, həmin Məcəllənin 389-cu maddəsinə əsasən qeyri-mötəbər sübutlara istinad edilməsi məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut olunmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Məhkəmə iclasında müəyyən olundu ki, Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru X9 tərəfindən X3 müraciəti əsasında təhqiqat aparılmış, həmin müraciət ilə əlaqədar Cavabdeh1 izahatı alınmış, o, izahatında Tacəddinlə telefonda danışan zaman Ağaxanın onun söhbətinin mövzusunu eşidib maraqlananda ona əlillik dərəcəsi almaq üçün Tacəddinə 4000 manat pul verdiyini bildirdiyini, Ağaxanın ondan Tacəddini onunla tanış etməsini xahiş etdiyini, o da özünə əllilik dərəcəsi almaq istədiyini dediyini, 2024-cü ilin fevral ayında Ağaxanla Nizami küçəsində yerləşən Tofiq adlı şəxsin çayxanasında görüşən zaman Ağaxanın xahişi ilə Tacəddini çayxanaya dəvət edərək Ağaxanla Tacəddini tanış etdiyini, Ağaxanla Tacəddinin öz aralarında razılaşaraq Tacəddin Ağaxanı pul müqabilində şəkər xəstəsi olduğuna görə 2-ci qrup əlillik dərəcəsi düzəldəcəyi qərarına gəldiklərini, bu məqsədlə Ağaxanın çayxanada onun yanında Tacəddinə 3100 manat pul verdiyini, sonradan Ağaxanla görüşən zaman Tacəddinlə əlaqə saxladığını və onun kart hesabına əlavə 4000 manat pul göndərdiyini bildiyini, Tacəddini Ağaxanla tanış edən zaman onun təmənnası və maddi marağı olmadığını, Ağaxanın Tacəddinə 3100 manat pulu onun yanında, qalan hissəsini isə deməsinə görə kart hesabına göndərdiyini, Tacəddinin ondan pul alıb, əllik dərəcəsini düzəldəcəyinə söz verdiyini, sonda aldatdığına görə 2024-cü ilin may ayında Şabran rayon PŞ-nə müraciət etdiyini, Tacəddinin yaşadığı ünvanda gedib onunla görüşmək istəyən zaman, ailə üzvlərinin Tacəddin hal-hazırda Özbəkistan Respublikasında yaşadığını dediklərini göstərmişdir. Belə olan halda, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 7820 manat məbləğində pul və ödənilmiş 98,20 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia tələbi digər Cavabdeh1 qarşı olan hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı Cavabdeh1 pulun verilməsini məhkəməyə hər hansı bir sübut təqdim edəbilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 7820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul və ödənilmiş 98,20 (doxsan səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi digər Cavabdeh1 qarşı olan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar