Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-695/2023 05.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı (bundan sonra "xxxx" MMC) nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5679 (beş min altı yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik məbləğində əsas borcun və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 5680 (beş min altı yüz səksən) manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2023-cü il tarixindən, hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə yekun olaraq 5679 (beş min altı yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra AR MM) 882.2-ci maddəsinə görə AR MM nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 3.3-cü bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə İddiaçı MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 1876 nömrəli etibarnamə əsasında nümayəndəsi X3 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi və Cavabdeh 5679 (beş min altı yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik məbləğində əsas borcun və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə, saat 10:30-da keçirilmiş məhkəmə baxışı iclasında Cavabdeh bildirmişdir ki, o, 03 (üç) ay İddiaçı MMC-nin iki filialda administrator vəzifəsində işləyib. Ona məlumat vermişlər ki, eyni mal, yəni bir qaimə dövriyyəyə 02 (iki) dəfə vurulmuşdur. Sonra ona demişlər ki, 500 (beş yüz) manat ver, bu işi bağlayaq. Onun da maddi imkanı olmadığı üçün həmin pulu ödəyə bilməmişdir. Ondan izahat alıblar, o da həmin izahatı yazmışdır ki, işi həll etsinlər. Həqiqətən də bir qaimə 02 (iki) dəfə vurulmuşdur, lakin o, bunu sübut edə bilməmişdir. Ondan izahat almışlar, izahatda yazılanlar onundur. O, cəmi 04 (dörd) ay İddiaçı MMC-də işləyib və 3240 (üç min iki yüz qırx) manat borcu olmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, fərdi identifikasiya nömrəsi " xxxxxxx " olan xx.xx.1994-cü il tarixdə Şabran rayonunda anadan olmuş Cavabdeh Şabran şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 22 ünvanında qeydiyyatdadır. - Şabran Rayon Məhkəməsinin 2(031)-695/2023 nömrəli mülki işi üzrə xx.xx.2023cü il tarixli və Cavabdeh qeydiyyatda olduğu ünvan 2 ünvanlanmış məhkəmə bildirişindən görünür ki, iş üzrə Cavabdeh hazır ki mülki iş üzrə Şabran Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 12:00-a təyin edilmiş açıq məhkəmə baxışı iclasında iştirak etməli olması barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh iddiaçı "xxxx" MMC-nin idarə Heyətinin X1 ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsi ilə Satış Departamentinə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. - İddiaçı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 033 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin satış departamentinin satış şöbəsinə xx.xx.2022-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. - İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin satış departamentinin satış şöbəsinə xx.xx.2022-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. - İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, onlar arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. - xx.xx.2022-ci il tarixli, xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin satış departamentinin satış şöbəsinə xx.xx.2022-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixli iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış "Borcun Etirafı və Ödəniş Qaydası haqqında Müqavilə" – dən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə məbləği 5679 (beş min altı yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik məbləğində ziyan vurduğunu etiraf etmişdir, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır və Cavabdeh 5679 (beş min altı yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik məbləğində ziyanı xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 473 (dörd yüz yetmiş üç) manat məbləğində ödəniş edərək 12 (on iki) ay ərzində tam şəkildə iddiaçı "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. - Cavabdeh xx.xx.2023-cü il tarixdə verdiyi izahatdan görünür ki, o, "xxxx" MMC-yə 5679 (beş min altı yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik məbləğində borcunun olduğunu etiraf etmiş, həmin borcu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüş və sözü gedən borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət edilməsinə etiraz etmədiyini bildirmişdir. - Cavabdeh iddiaçı "xxxx" MMC-nin idarə Heyətinin X1 ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsi ilə xx.xx.2022-ci il tarixdən administrator vəzifəsinə keçirilməsinə etiraz etmədiyini bildirmişdir. - İddiaçı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 106 saylı əmrindən çıxarışdan görünür ki, , Cavabdeh iddiaçı "xxxx" MMC-nin satış departamentinin satış şöbəsində xx.xx.2022-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. - İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən iddiaçı "xxxx" MMCnin satış departamentinin satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. - xx.xx.2022-ci il tarixli, xxxxxxx000401 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən iddiaçı "xxxx" MMC-nin satış departamentinin satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. - İddiaçı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 364 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra AR ƏM) 68-ci maddəsinin 2-ci hissəsinin "b" (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli, xxxxxxx0004XO nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "b" (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xitam verilmişdir. - İddiaçı "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli, DN2033 nömrəli "borcun ödənilməsi tələbinə dair pretenziyadan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 5679 (beş min altı yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik məbləğində borcunu 03 (üç) gün ərzində ödəməsini tələb etmiş və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu məlumatlandırmışdır. - xx.xx.2023-cü il tarixli iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış Borcun Etirafı və Ödəniş Qaydası haqqında Müqavilə" – nin nəticəsi barədə arayışdan görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "Borcun Etirafı və Ödəniş Qaydası haqqında Müqavilə" bağlanmış və Cavabdeh iddiaçı "xxxx" MMC-yə 5679 (beş min altı yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik məbləğində borcu olduğunu etiraf etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixə iddiaçı "xxxx" MMC-yə olan borcu məbləği 5679 (beş min altı yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. AR MM-nin: 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. AR ƏM-nin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən AR ƏM əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi və əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 200-cü maddəsinin 3-cü hissəsinə əsasən AR ƏM-nin 200-cü maddəsinin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 200-cü maddəsinin 5-ci hissəsinə əsasən tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. 201-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. 201-ci maddəsinin 2-ci hissəsinə əsasən işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. 201-ci maddəsinin 3-cü hissəsinə əsasən əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 202-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 203-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 203-cü maddəsinin 2-ci hissəsinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 204-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. 204-cü maddəsinin 2-ci hissəsinə əsasən vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız AR ƏM ilə müəyyən edilmiş həddə həyata keçirilir. 204-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. 204-cü maddəsinin 4-cü hissəsinə əsasən ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. 205-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 205-ci maddəsinin 3-cü hissəsinə əsasən işçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. 206-cı maddəsinin 1-ci hissəsinə əsasən məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli Qərarına əsasən Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında bir daha qeyd etməyi zəruri hesab etmişdir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Beləliklə Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş normalarının məzmunundan da göründüyü kimi, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Hazırki mülki işin hallarından görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır, Cavabdeh iddiaçı "xxxx" MMC-də işlədiyi müddətdə həmin hüquqi şəxsə 5679 (beş min altı yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik məbləğində ziyan vurduğunu xx.xx.2023-cü il tarixdə verdiyi izahatda və iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli "Borcun Etirafı və Ödəniş Qaydası haqqında Müqavilə" – də etiraf etmişdir və iddiaçı "xxxx" MMC Cavabdeh tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl Cavabdeh yazılı izahatını almış, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırmışdır. Cavabdeh onun tərəfindən tam maddi məsuliyyət daşıdığı halda iddiaçı "xxxx" MMC-yə vurulmuş ziyanı könüllü olaraq ödəmədiyi üçün, iddiaçı "xxxx" MMC ona qarşı hazırki mülki iş üzrə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hazır ki mülki iş üzrə xx.xx.2023-cü il tarixdə, saat 10:30-da keçirilmiş məhkəmə baxışı iclasında eyni malın, yəni bir qaimənin dövriyyəyə 02 (iki) dəfə vurulması səbəbi ilə iddiaçı "xxxx" MMC-yə onun tərəfindən ziyan dəyməsi görüntüsünün yarandığını qeyd etsə də, bununla bağlı hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəblərdən də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5679 (beş min altı yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik məbləğində əsas borc və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 5756 (beş min yeddi yüz əlli altı) manat 85 (səksən beş) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(031)-695/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-695/2023
05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver