Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-73/2024 22.02.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15097,65 manat pulun və ödənilmiş 136 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh oğlu - X10 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X15 adlı iki uşağı anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüşdür. Həmin mənzil dövlət mənzil fonduna aid olmuşdur. Sonradan həmin mənzil özəlləşdirilmiş və satılmışdır. Onun həmin mənzildə qeydiyyatı olmuş və 12 il həmin mənzildə yaşamışdır. 2022-ci ilin aprel ayının əvvəllərində Sumqayıt şəhəri, 9-cu mkr, ev ¾ ünvanında yerləşən 13 saylı mənzil satılmış və ünvan 2nmışdır. Həmin mənzil alındıqdan sonra o, cavabdeh və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb orada yaşamışdır. Həmin mənzil alınarkən anası X1 29 mart 2022-ci ildə 8000 manat məbləğində kredit götürərək ona vermiş və o da öz növbəsində həmin pul vəsaitini cavabdehə borc olaraq vermişdir. Həmin mənzil 70000 manata satılmış və hazırkı mənzil isə 76500 manata alınmışdır. Mənzil alındıqdan sonra həmin mənzildə təmir işləri də görülmüşdür. Bunun üçün də keçmiş həyat yoldaşı da bankdan 8000 manat pul vəsaiti götürmüşdür. Həmin müqavilə üzrə anası keçmiş həyat yoldaşına zamin durmuşdur. Həmçinin o, cavabdehə əlavə olaraq 3000 manat da pul vermişdir. Yəni ümumilikdə cavabdehə 11000 manat pul vermişdir. Bundan əlavə o, 8000 manat kreditə görə 4097.65 manat faiz ödəməlidir. Ailə münsibətləri pisləşdiyi üçün Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X10 ilə nikahları pozulmuşdur. Nikah pozulduğu günə kimi onlar bir ünvanda yaşamışlar. Nikah pozulduqdan sonra cavabdeh və onun ailə üzvləri onu evdən qovmuşlar. O, bu barədə polisə şikayət etmiş və ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Həmçinin, cavabdeh onun qeydiyyatdan çıxarılmağı ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh və onun ailə üzvləri onun həmin evdə yaşamağına imkan vermirlər. Həmçinin borc olaraq götürülmüş pul vəsaitini də ona qaytarmırlar. Ona görə də hesab edir ki, cavabdehə verdiyi 11000 manat pul faizi ilə birlikdə yəni, 15097.65 manat məbləğində olan pul və ödənilmiş 136 manat dövlət rüsumu cavabdehdən alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən Cavabdeh etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edəcək hər hansı bir sənəd və ya digər sübut növünü məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi rədd edilməlidir. İddia ərizəsinin əsasının bir hissəsindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi, 2010-cu il tarixdə mənzilə gəlin köçdüyünü və həmin mənzilə şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmış, lakin həmin mənzil satılaraq yenisi alınan zaman mənzilin alınması üçün verilmiş pulun bir qismini anasının adına kredit götürərək cavabdehə verdiyini bundan əlavə cavabdehə əlavə olaraq 3000 manat ümumilikdə 11000 manat pul verdiyini, həmin pulun 8000 manat hissəsini bankdan götürdüyü üçün faizi ilə birlikdə hesablandığı halda cavabdehin ona 15097,65 manat borcunun olduğunu bildirmişdir. Amma buna baxmayaraq, iddiaçı anası tərəfindən bankdan götürülmüş və ona verilmiş 8000 manat pulun cavabdehə borca verdiyini sübut edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı cavabdehin oğlu - X10 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikaha xx.xx.2023-ci il tarixdə xitam verilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi qeyd olunan mənzillər əvvəldən iddiaçının həyat yoldaşı olmuş Rauf Osmanovun atası Cavabdeh mülkiyyətində olmuşdur. Göründüyü kimi iddiaçı həmin mənzilin alınması üçün hər hansı bir pul vəsaiti xərcləməsini sübut edə bilməmişdir. Belə nəticəyə gəlmək olar ki, iddiaçı həmin mənzildə onunda pay hüququnun və ya mənzildən istifadə hüquqlarının olduğunu cavabdehdən tələb etmiş, lakin cavabdeh onunla oğlu Rauf Osmanov arasında nikaha xitam verilməsi və iddiaçının həmin mənzildə yaşamaması səbəbindən iddiaçının qeydiyyatdan çıxarılması üçün Sumqayıt İnzibati Məhkəməsinə iddia verməsi səbəbindən cavabdeh formal əsaslarla həmin tələbini pula çevirmək qərarına gəlmiş və nəticədə heç bir mötəbər sübutu olmayan, formal əsalarla hazırlanmış iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcu tələb etmək qərarına gəlmişdir. Onuda qeyd edir ki, iddiaçı iddia ərizəsində özü də etiraf edir ki, cavabdehin oğlu X10 ilə birgə nikahda olduqları müddət ərzində Rauf Osmanovun adına 8000 manat bankdan kredit götürülmüşdür. Bu hissəyə münasibətdə qeyd edir ki, Rauf Osmanov iddiaçı ilə birgə nikahda olduqları müddət ərzində bankdan kredit götürmüş, lakin həmin kredit evin alınmasına və ya təmir edilməsinə deyil iddiaçının işi ilə əlaqədar olaraq xarici ölkələrə səfər etməsi üçün iddiaçı üçün xərclənmişdir. Ailə Məcəlləsinin müvafiq maddəsinin və həmin maddənin şərh eilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına əsasən birgə nikah dövründə əldə olunmuş borcun tələb edilməsi üçün cavabdehin oğlu X8 həmin pulun tələb edilməsi üçün müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddiaçıya qarşı ərizə ilə məhkəməyə müraciət edəcək. İddiaçı Cavabdeh qarşı 15097,65 manat borc tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. Cavabdeh yaşadıqları evi 69000 manata satmış, evi satdıqdan sonra cavabdeh 4 otaqlı ev tapmış, həmin 4 otaqlı evi 76500 manata almışlar. Evi alarkən pulları çatmamış və kürəkəni ona evin pulunu düzəltmək üçün bankdan kredit götürülməsini xahiş etmişdir. Bankda kürəkəninə az pul verdiklərinə görə o, ona “Expressbank" ASC-də zamin durmuş, sonra evin təmiri üçün pul lazım olmuş və qızına görə gedib öz adına 8000 manat bankdan pul götürüb qızına vermişdir. Onlar müəyyən qədər evi təmir etdirmişlər, lakin sonra evin qapılarını çıxartmışlar. Evin qapılarının olmadığından iş yoldaşları ilə oynadığı 3000 manat lotereya pulunu götürüb qızına vermiş, hal-hazıra kimi verdiyi pulları ona geri qaytarılmamışlar. 8000 manat adına götürdüyü krediti qızı ilə birlikdə ödəyirlər. Satılan ev cavabdehin adına olmuş, yeni alınan ev də cavabdehin adına alınmışdır. Əvvəlcədən bilmişdir ki, ev qaynatanın adına alınacaq. Lotereya pulunu qızına vermiş, qızı da yoldaşına vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o iddiaçının xalasıdır. Bacısı bankdan 8000 manat pul götürüb qızı Cəmiləyə vermiş və həmin puldan başqa 3000 manat oynadığı lotareya pulunu da qızı Cəmiləyə vermişdir. Bacısı müəllimə işləyir təxminən iyun, iyul ayları olardı lotereya almışdır. Cəmilə evlərini böyütmək məqsədi ilə yeni ev almaları barədə məlumatı olmuşdur. Evi alarkən onların pulları çatmamış, bacısı da bankdan pul götürüb Cəmiləyə vermişdir. Təzə ev alınandan sonra Cəmilə həmin evdə yaşamışdır. Ev Cəmilənin qaynatasının adına olmuşdur. İş materiallarında olan 29 mart 2022-ci il tarixli 200804-169856/1 saylı kredit müqaviləsindən görünür ki, X4 22 faiz dərəcəsi ilə, 48 ay müddətinə ödəmək şərti ilə şəxsi istehlak məqsədi ilə 8000 manat məbləğində "Expressbank” ASC-dən kredit götürmüşdür. İş materiallarında olan 31 mart 2022-ci il tarixli 200804-372129/1 saylı zaminlik müqaviləsindən görünür ki, "borclu” X10 "Expressbank” ASC-dən götürdüyü 8000 manat kredit borcuna görə təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək “zamin” X4 birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə daxil olmuş müraciətə baxılmış, müraciət mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-l ******* tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Osmanov Əlimirzə Veysəl oğlu Sumqayıt şəhəri, 9-cu mkr, 3/4 nömrəli evin 13 nömrəli mənzilini alıcı X6 65000 manat məbləğə satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-l ******* tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı X11 oğlu Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 10-cu mkr, 51 nömrəli evin 20 nömrəli mənzilini alıcı Osmanov Əlimirzə Veysəl oğluna 75000 manat məbləğə satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 136 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı anası Rəsmiyə Bədəlova tərəfindən götürülmüş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin məhz cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, kredit müqaviləsinin 1.3-cü bəndindən görünür ki, kredit X3 şəxsi istehlak məqsədi üçün verilmişdir. Odur ki, bu hal da kreditin məhz Rəsmiyyə Bədəlovanın şəxsi ehtiyyacları üçün istifadə olunduğunu, həmin kreditin cavadehə verilmədiyini təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı anası tərəfindən bankdan götürülmüş və ona verilmiş 8000 manat pulun Cavabdeh borca verməsini, həmçinin həmin mənzilin alınması üçün hər hansı bir pul vəsaiti xərcləməsini sübut edə bilməmiş və bu halın təsdiq edən hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Məhkəmə, həmçinin, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahidlərin ifadələrinə qiymət verərək qeyd edir ki, həmin şahidlər birbaşa İddiaçı anası və xalasıdır. İddiaçı tərəfin lehinə ifadə verən şahidlərin onunla yaxın qohumluq münasibətində olması verilən ifadələrin mötəbərliyinə əsaslı şübhələr yaranır. Məhkəmə bu cür sübutları iddianın təmin edilməsi üçün əsas götürə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutların əsas xüsusiyyətlərindən biri onların mötəbərliyi olmaqla, həmin Məcəllənin 389-cu maddəsinə əsasən qeyri-mötəbər sübutlara istinad edilməsi məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut olunmaması kimi qiymətləndirilir. İddiaçı ilə Cavabdeh arasında mənzilin alınması, orada təmir işlərinin görülməsi, ümumilikdə sonuncuya pul verilməsinə dair hər hansı yazılı razılaşma da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi tərəflər arasında mənzlin alınması, orada təmir işlərinin aparılması üçün pul vəsaitinin kim tərəfindən ödənilməsinə dair müqavilə mövcud deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri əsassızdır. Beləliklə, iddiaçı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 136 manat məhkəmə xərci İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 136 (yüz otuz altı) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №e-2(031)-73/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-73/2024
22.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver