Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-735/2025 23.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şabran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı vəkili Vəkil xx.xx.2025-ci il tarixdə Şaban Rayon Məhkəməsinə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh aldatma yolu ilə əldə etdiyi 7000 (yeddi min) manat pul vəsaitinin və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, CMS – “AZEMİS” Elektron məhkəmə İnformasiya Sistemindən Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Beləliklə Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərində də göründüyü kimi, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Hazırki iş üzrə iddia ərizəsi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə istinad edilərək Şabran Rayon Məhkəməsinə verilmişdir. Lakin iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iş üzrə iddiaçı cavabdehdən icra yeri göstərilən müqavilə üzrə yox, aldatma nəticəsində ondan aldığı pul vəsaitini tələb edir. Belə olduğu halda isə iddiaçı hazırki iddia tələbi üzrə Şabran Rayon Məhkəməsinə yox, ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən də hazırki iş üzrə iddia ərizəsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rusumu geri qaytarılmalı və iddia ərizəsinin geri qaytarılmasına dair qərardadın iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması İddiaçı izah edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ********** saylı qəbzdən görünür ki, hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə bağlı iddiaçı tərəfindən 90 (doxsan) manat məbləğində dövlət rusumu ödənişmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 35, 114, 151, 152, 263, 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə bağlı ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rusumu (qəbzin nömrəsi: **********) ona geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına dair qərardad iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan surəti tərəfə rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(031)-735/2025
Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-735/2025
23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver