Məhkəmə qərarları › İş №e-2(031)-736/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-736/2025

03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-736/2025 03.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh maraqlı şəxs qismində cəlb elədiyi “ölkədən getmək hüququn müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2025-ci il tarixdə Cavabdeh maraqlı şəxs qismində cəlb elədiyi “ölkədən getmək hüququn müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şabran rayon Pirəmsən Bələdiyyəsi (VÖEN: **********) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna olan 1537,51 (min beş yüz otuz yeddi manat əlli bir qəpik) manat, İşsizlikdən sığorta fonduna olan 35,61 (otuz beş manat altmış bir qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna olan 530,75 (beş yüz otuz manat yetmiş beş qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində (doğulduğu tarix – xx.xx.1979-cu il, doğulduğu yer - Azərbaycan, Dəvəçi; Pirəmsən Kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi - AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş ərizə üzrə tələb onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Şabran rayon Pirəmsən Bələdiyyəsinin (VÖEN: **********) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna olan 1537,51 (min beş yüz otuz yeddi manat əlli bir qəpik) manat, İşsizlikdən sığorta fonduna olan 35,61 (otuz beş manat altmış bir qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna olan 530,75 (beş yüz otuz manat yetmiş beş qəpik) manat məbləğində olmaqla, ümumilikdə 2103,87 (iki min yüz üç manat səksən üç qəpik) manat manat borcu vardır. Yaranmış borc məbləğinin 05 (beş) gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, **********605100, xx.xx.2025-ci il tarixli **********843800, xx.xx.2025ci il tarixli, **********607900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Əzimov X1 rayonu, Gəndov Ə/D, Pirəmsən kəndi ünvanında yaşayır. Bu səbəbdən də hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edilərək, Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə bağlı nümayəndələrinin məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və işə onların iştirakı olmadan baxılaraq ərizələrinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında xx.xx.2025-ci il tarixli təhvil-təslim aktlarını məhkəməyə təqdim edərək bildirmişdir ki, o, əvvəllər Şabran rayon Pirəmsən Bələdiyyəsinin sədri vəzifəsində çalışsa da, hazırda həmin bələdiyyənin Şabran rayon Gəndov Bələdiyyəsi ilə birləşməsi və Şabran rayon Pirəmsən Bələdiyyəsinin ləğv edilməsi ilə əlaqədar onlar Şabran rayon Pirəmsən Bələdiyyəsinin mülkiyyətində olan aktivləri, sənədləri və borclarını Şabran rayon Gəndov Bələdiyyəsinə təhvil vermişlər. Bu səbəbdən də hazırki iş üzrə ərizədə qeyd edilən borclarda artıq Şabran rayon Gəndov Bələdiyyəsi tərəfindən ödənilməlidir. Odur ki, onun artıq üzərində sözü gedən borcların ödənilməsi öhdəliyi olan hüquqi şəxsin səlahiyyətli vəzifəli şəxsi olmadığını və ümumiyyətlə və Şabran rayon Pirəmsən Bələdiyyəsi ilə bağlı əlində hər-hansı bir səlahiyyət qalmadığını nəzərə alaraq ərizənin rədd edilməsini və ölkədən çıxmaq hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş informasiya sistemindən çap edilmiş Şabran rayonunun Bələdiyyələri Sayasından görünür ki, hazırda Şabran rayonunun ərazisində Ağalıq bələdiyyəsi, Gəndov bələdiyyəsi, Pirəbədil bələdiyyəsi, Rəhimli bələdiyyəsi və Şabran bələdiyyəsi mövcuddur və Şabran rayonunun inzibati ərazində Gəndov Bələdiyyəsi artıq mövcud deyildir. - “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması” haqqında Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli, 50-VİİQ nömrəli Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” xx.xx.2025-ci il tarixli, 13s s nömrəli Sərəncamının icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, Şabran rayon Pirəmsən Bələdiyyəsi kreditor borclarını, sənədləri, bank hesabında olan pul vəsaitinin qalığını, Vergi Xidməti tərəfindən verilmiş VÖEN-ni, uçot vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnaməni və Ədliyyə Nazirliyində qeydə alınmış nizamnaməni, mülkiyyətində olan torpaq sahələrini, mal-materialı, əsas vəsaitləri, xəzinədə olan nağd pul vəsaitlərini, debitor borclarını, poçt hesabında olan pul vəsaitinin qalığını Şabran rayon Gəndov Bələdiyyəsinə təhvil vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması” haqqında Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli, 50-VİİQ nömrəli Qanununun 45.2-ci bəndinə əsasən Aygünlü, Gəndov və Pirəmsən bələdiyyələrinin birləşməsi yolu ilə əhatə etdikləri Aygünlü, Ərəblər, Gəndov, Leyti və Pirəmsən kəndlərində yeni Gəndov bələdiyyəsi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” xx.xx.2025-ci il tarixli, 13s s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının xx.xx.2024-cü il 18 oktyabr tarixli 50- VİİQ nömrəli Qanununun icrası məqsədilə: 1. Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hər birindən bir nümayəndə daxil edilməklə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli 50-VİİQ nömrəli Qanununa əsasən müvafiq komissiyalar yaradılmalı; 2. Komissiyaların üzvlərini təsdiq etmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini beş gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməli; 3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Qanunun icrası məqsədilə bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün komissiyaların yaradılması və tərkibinin təsdiq edilməsi üçün müvafiq tədbirlər görməlidir. Beləliklə Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin hazırki işin faktiki hallarından da göründüyü kimi, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli, 50-VİİQ nömrəli Qanununun 45.2-ci bəndinə əsasən Aygünlü, Gəndov və Pirəmsən bələdiyyələrinin birləşməsi yolu ilə əhatə etdikləri Aygünlü, Ərəblər, Gəndov, Leyti və Pirəmsən kəndlərində yeni Gəndov bələdiyyəsi yaradılmış, Şabran rayon Pirəmsən bələdiyyəsi mülkiyyətində olan aktivləri, sənədləri və borcları Şabran rayon Gəndov Bələdiyyəsinə təhvil vermiş və maraqlı şəxs Cavabdeh əvvəllər Şabran rayon Pirəmsən Bələdiyyəsinin sədri vəzifəsində çalışsa da, hazırda artıq Şabran rayon Gəndov Bələdiyyəsində çalışmır. Göründüyü kimi, Şabran rayon Pirəmsən bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan 1537,51 (min beş yüz otuz yeddi manat əlli bir qəpik) manat, İşsizlikdən sığorta fonduna ödənilməli olan 35,61 (otuz beş manat altmış bir qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna ödənilməli olan 530,75 (beş yüz otuz manat yetmiş beş qəpik) manat məbləğində borclar hazırda Şabran rayon Gəndov Bələdiyyəsi tərəfindən ödənilməli olsa da, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi Şabran rayon Gəndov Bələdiyyəsinə müraciət etdikdən sonra həmin borclar ödənilmədiyi təqdirdə Şabran rayon Gəndov Bələdiyyəsinin səlahiyyətli şəxsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmək əvəzinə, hazırda mövcud olmayan Şabran rayon Pirəmsən Bələdiyyəsinin keçmiş sədri Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də hazırki iş üzrə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 357-360 və 355-5-355-7-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilməsin. Qətnamədən onun iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar