Məhkəmə qərarları › İş №e-2(031)-85/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-85/2024

07.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-85/2024 07.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh və onun nümayəndəsi X15 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Siyəzən şəhəri, X33 küçəsi, 20A ünvanında yerləşən ümumi sahəsi 73,8 kvm olan fərdi yaşayış evindən və həmin ərazidə yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsindən ibarət əmlakdan tam hissədə pay almasına dair Şabran rayon notariat ofisi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə təsdiq edilən 2V reyestrə 110 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi qismində Cavabdeh Siyəzən şəhəri, X33 küçəsi, 20A ünvanında yerləşən ümumi sahəsi 73,8 kvm olan fərdi yaşayış evindən və həmin ərazidə yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsindən ibarət əmlakdan tam hissədə pay almasına dair Şabran rayon notariat ofisi tərəfindən 22 sentyabr 2023-cü ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnamə Cavabdeh tərəfindən təqdim edilmiş zəruri sənədlər əsasında verilmişdir. Belə ki, Cavabdeh əmlakın X16 məxsus olmasına dair çıxarış və digər sənədləri təqdim etmişdir. Notariat tərəfindən həmin sənədlər yoxlanılmış və çıxarış qüvvədə olduğunu, yəni əmlak vəfat edən şəxsin adında göründüyü və bu günə kimi başqa kimsə əmlakla bağlı notariusa müraciət etmədiyi üçün cavabdehə sözügedən vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan sonra məlum olmuşdur ki, Cavabdeh çıxarış almaq üçün müraciət etdikdə əmlak üzərində həbsin olduğu bildirilmiş və şəxs də həmin müvəqqəti təminat tədbirinin ləğv edilməsi üçün aidiyyəti qaydada Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Əlbəttə ki, onlar bütün bunlardan ərizə məhkəmədə olan zaman xəbər tutmuşlar. Məlum olmuşdur ki, Cavabdeh işin əsl hallarını gizlədərək, yəni əmlaka dair baş tutmuş məhkəmə proseslərini, qəbul edilmiş məhkəmə aktlarını gizlədərək vərəsəlik şəhadətnaməsinin əldə edilməsinə nail olmuşdur. Notariatın mövcud məhkəmə mübahisələrini, yekun məhkəmə aktlarını əldə etmək, sistemdən görmək kimi imkanları olmadığı üçün Cavabdeh aldadacağını düşünməmişdir. Əgər məhkəmə aktlarından xəbərdar olsaydı və əmlaka dair məhdudiyyəti görmək mümkün olsaydı vərəsəlik şəhadətnaməsi verilməzdi. Cavabdeh öz maraqları üçün notariat sistemini də aldadaraq işin əsl hallarını gizlədərək şəhadətnamə alınmasına nail olmuşdur. Əslində Əmlakın ilkin sahibi X1 əmlakı həyat yoldaşı X13 26 yanvar 2015-ci ildə bağışlamış, lakin sonradan həmin bağışlanma müqaviləsinin ləğvi üçün Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 24 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Bu qətnamə qüvvəyə minərək icraya göndərilmiş və bundan sonra yenidən sözügedən əmlakın X12 adına rəsmiləşdirilməsinə dair xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Qətnamə icra olunandan sonra qarşı tərəf müddəti bərpa edərək apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-862/2016 saylı qətnaməsi ilə şikayət təmin edilərək Siyəzən Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Bundan sonra iddiaçı tərəf kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmənin 2(102)-2191/17 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktlarına baxıldıqda iddiaçı olmuş X21 məhkəmə prosesləri zamanı vəfat etdiyindən onun hüquqi varisi qismində məhz Cavabdeh çıxış etmiş və Kamətdin X3 iddiasının yekunda təmin edilmədiyini bildiyi halda bunları öz marağı üçün gizlətmiş və nəticədə səhvən şəhadətnamənin verilməsinə nail olmuşdur. Ona görə də, əmlak məhkəmə aktlarına əsasən X13 məxsus olduğundan və Cavabdeh notariat ofisini aldatması səbəbindən sözügedən vərəsəlik şəhadətnaməsi verildiyindən, yəni şəhadətnamədə əks olunan əmlaklar əsl həqiqətdə X16 məxsus olmadığından notariat ofisi tərəfindən yalnışlıqla verilmiş şəhadətnamə etibarsız hesab edilməlidir. Cavabdeh xx.xx.2023-cü ildə məhkəməyə etiraz ərizəsini təqdim edərək ərizəni onunla əsaslandırmışdır ki, X21 anasının dayısıdır. X12 həyat yoldaşı olmuş X2 Güləsən Xanəli oğlunu aldadaraq, xəstəliyindən istifadə edərək 26 yanvar 2015-ci il tarixli bağışlama müqaviləsinə imza etdirmiş və Siyəzən şəhəri, Sabir küçəsində yerləşən ümumi sahəsi 73,8 kv.m olan 2 otaqlı 20 A saylı fərdi yaşayış evinə qeyri-qanuni şəkildə sahiblənmişdir. X5 rayon məhkəməsinin 10 fevral 2004-cü il tarixli qətnaməsi ilə əvvəllər həyat yoldaşı olmuş X9 da yaşayış evi əldə etməyə nail olmuşdur. Lakin, X7 rayon notariat kontoruna verdiyi 03 iyun 2015-ci il tarixli vəsiyyətnaməyə əsasən ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin tarixdə Gülhüseyn Sultanovun özü şəxsən Şabran rayon notariat kontorunda iştirak etmiş, şahidlər X6 və X10 iştirakı ilə vəsiyyətnamə tərtib edilmiş, həmin vəsiyyətnamə Güləsən Sultanov, şahidlər tərəfindən imza edilmiş və notarius tərəfindən təsdiq edilmişdir. X8 tərəfindən aldadıldığını biləndən sonra iddiasına əsasən Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli, 2(059)-390/2015 saylı qətnaməsi ilə Siyəzən şəhəri, Sabir küçəsində yerləşən ümumi sahəsi 73,8 kv.m olan 2 otaqlı 20 saylı fərdi yaşayış evinin X13 bağışlanmasına dair 26 yanvar 2015-ci il tarixli bağışlama müqaviləsi, həmçinin çıxarış ləğv edilmiş, habelə bu qətnamə icra edilməsi üçün 30 iyul 2015-ci il tarixdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinə göndərilmiş, nəticədə 27 fevral 2015-ci il tarixdə mərhum Fatma Sultanovaya verilmiş dövlət reyestrindən çıxarış ləğv edilmişdir. 11 sentyabr 2015-ci il tarixdə əvvəlki hüquq sahibi mərhum Güləsən Sultanovun müraciəti əsasında onun hüquqları bərpa olunmaqla, Siyəzən şəhərinin Sabir küçəsindəki ümumi sahəsi 73,8 kv.m olan 20 A saylı fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsi dövlət reyestrindən çıxarışa əsasən mərhum X12 adına qeydiyyata alınmışdır. X2 Güləsən Xanəli oğlunun xəstəliyindən istifadə edərək, onu aldadaraq bağışlanma müqaviləsinə imza etdirdiyindən Güləsən Sultanovun tələbi ilə onun ilə X18 arasında olan nikah pozulmuşdur. Fatma Sultanova həmin ərəfələrdə Güləsən Sultanovu cehiz əmlaklarına görə məhkəməyə vermiş və nəticədə məhkəmənin qərarı ilə cehiz əmlaklarını da götürərək birgə yaşadıqları evdən çıxıb getmişdir. X21 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X12 miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəsi olaraq mənim xx.xx.2016-cı il tarixli qəbul ərizəmə əsasən V-23/2016-cı il tarixli vərəsəlik işi açılmışdır. X4 Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli, 2(059)- 390/2015 saylı qətnamənin qəbul edilməsinin üzərindən 4-5 ay keçəndən sonra, heç bir əsas olmadan apellyasiya şikayəti vermişdir. Baxmayaraq ki, Güləsən Sultanov vəfat edəndən sonra Fatma Sultanova sonradan bir çox ədalətsiz məhkəmə qərarlarının çıxarılmasına nail olmuşdur, həmin proseslərdən əvvəl mərhum Güləsən Sultanovun müraciəti əsasında Siyəzən şəhərinin Sabir küçəsindəki evə dair onun hüquqları bərpa olunmuş və mülkiyyət sənədi əldə etmişdir. Yəni, Güləsən Sultanovun adına verilmiş evə dair mülkiyyət sənədi qüvvədədir. Yəni, həmin sənəd əsasında hər hansı əməliyyat aparmaqda heç bir problem yoxdur. Ona görə də, vərəsəliklə bağlı məsələni başa çatdıraraq vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə notariat ofisinə yaxınlaşmış və vərəsəlik şəhadətnaməsi təqdim olunmuşdur. Hesab edir ki, iddia əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında məhkəməyə təqdim etdiyi etiraz ərizəsini müdafiə edərək iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X23 məhkəmə iclasında Cavabdeh ilə eyni məzmunlu izahat verərək iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin Şabran rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Şabran rayon notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, Cavabdeh ona çatası paya (qanun və ya vəsiyyətnamə üzrə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsini xahiş etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X12 adına qeydə alınmışdır. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə təsdiq edilən 2V reyestrə 110 nömrəli vəsiyyətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi qismində Cavabdeh Siyəzən şəhəri, X33 küçəsi, 20A ünvanında yerləşən ümumi sahəsi 73,8 kvm olan fərdi yaşayış evindən və həmin ərazidə yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsindən ibarət əmlakdan tam hissədə pay almasına dair Şabran rayon notariat ofisi tərəfindən 22 sentyabr 2023-cü ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Siyəzən Rayon İHB-nın Siyəzən şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 02 mart 2016-cı il tarixli 655 saylı arayışdan görünür ki, Cavabdeh anasının dayısı X21 xx.xx.2015-ci ildə vəfat etmişdir. G.Sultanov vəfat edən günə kimi Siyəzən şəhəri, Sabir küçəsi 20 nömrəli evdə qeydiyyatda olmuş və orada yaşamışdır. G.Sultanovun başqa vərəsəsi yoxdur. İş materiallarında olan AZ-İ seriyalı 224309 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X18 arasında bağlanmış rəsmi nikah 18 noyabr 2015-ci ildə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olan X21 ölən günədək ona məxsus olan və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Şabran şəhəri, T.Abbasov küçəsi, ev 5-də qeydiyyatda olan Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan Siyəzən rayon məhkəməsinin 24 iyun 2015-ci il tarixli 2(059)- 390/2015 saylı qətnaməsinin surətindən görünür ki, Siyəzən şəhəri, Sabir küçəsində yerləşən ümumi sahəsi 73.8 kv.m. olan 2 otaqlı 20 saylı fərdi yaşayış evinin cavabdeh X13 bağışlanmasına dair 26 yanvar 2015-ci il tarixli bağışlanması müqaviləsi ləğv edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-862/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh X11 apellyasiya şikayəti təmin edilmiş, Siyəzən rayon məhkəməsinin 24 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2017-ci il tarixli 2(102)-2191/17 nömrəli qərarının surətindən görünür ki, iddiaçı X12 prosessual hüquqi varisi Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-862/2016 nömrəli 21 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Şabran Rayon Məhkəməsində baxılması üçün 100 manat dövlət rüsümu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məclləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, əqdin əsas məqsədi onun bünövrəsində duran şəxsin iradəsinin müəyyən hüquqi nəticə əldə etməyə yönəldilməsidir. Bu məqsədin həyata keçirilməsi zamanı digər şəxslərin hüquqlarının pozulması, o cümlədən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsız hesab edilir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənlərin əmlak hüquqları təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hal mübahisələndirilmir. Hazırkı mülki iş üzrə mübahisə edilən Siyəzən şəhəri, X33 küçəsi, 20A ünvanında yerləşən fərdi yaşayış evi və 0,044 ha olan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2017-ci il tarixli 2(102)-2191/17 nömrəli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış və Siyəzən şəhəri, X33 küçəsi, 20A ünvanında yerləşən fərdi yaşayış evi və 0,044 ha olan torpaq sahəsi ilə bağlı mübahisə X11 xeyrinə həll edilmişdir. Mülki iş üzrə həm Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)- 862/2016 nömrəli, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2017-ci il 2(102)-2191/17 nömrəli qərarlarından görünür ki, X14 prosessual hüquq varisi Cavabdeh məhkəmə iclaslarında iştirak etmiş və iş üzrə qəbul edilən qərarlarla tanış olmuşdur. Beləliklə, işin faktiki halları, tədqiq olunmuş mötəbər sübutlar, proses iştirakçılarının izahatları ilə məhkəmə iclasında müəyyən edildi ki, əmlakın ilkin sahibi X1 əmlakı həyat yoldaşı X13 26 yanvar 2015-ci ildə bağışlamış, lakin sonradan həmin bağışlanma müqaviləsinin ləğvi üçün Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 24 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Bu qətnamə qüvvəyə minərək icraya göndərilmiş və bundan sonra yenidən sözügedən əmlakın X12 adına rəsmiləşdirilməsinə dair xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Qətnamə icra olunandan sonra cavabdeh müddəti bərpa edərək apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-862/2016 saylı qətnaməsi ilə şikayət təmin edilərək Siyəzən Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Bundan sonra, iddiaçı tərəf kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmənin 2(102)-2191/17 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kamətdin X3 iddiasının yekunda təmin edilmədiyini bildiyi halda bunları öz marağı üçün gizlətmiş və nəticədə səhvən şəhadətnamənin verilməsinə nail olmuşdur. Mülki Məcəllənin 425.1-ci maddəsində müqavilə tərəflərindən vicdanlı davranış tələb edilərək qeyd olunur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, MM-in 560.3.4-cü maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli, F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarlar). Digər tərəfdən məhkəmə müəyyən edir ki, qanuni qüvvədə olan qətnamə ilə hazırki iş üzrə Cavabdeh digər işdə iddiasının yekunda təmin edilmədiyini bildiyi halda bunları öz marağı üçün gizlətmiş və hüquqdan sui-istifadə etmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Siyəzən şəhəri, X33 küçəsi, 20A ünvanında yerləşən ümumi sahəsi 73,8 kvm olan fərdi yaşayış evindən və həmin ərazidə yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsindən ibarət əmlakdan tam hissədə pay almasına dair Sabran Rayon Notariat Ofisi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Siyəzən şəhəri, X33 küçəsi, 20A ünvanında yerləşən ümumi sahəsi 73,8 kv m olan fərdi yaşayış evindən və həmin ərazidə yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsindən ibarət əmlakdan tam hissədə pay almasına dair Şabran rayon notariat ofisi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilsin. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar