Məhkəmə qərarları › İş №e-2(031)-950/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-950/2023

06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-950/2023 06.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X14 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı X3 Cavabdeh qarşı “Şabran rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V- 130 nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-131 nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-319 nömrəli şəhadətnamələrinin, xx.xx.2022-ci il tarixli 3M-61 nömrəli miras payın bağışlanması müqaviləsinin, habelə onlar əsasında aparılmış digər hərəkətlərin etibarsız hesab olunması və məhkəmə işinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 Cavabdeh qarşı “Şabran rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V- 130 nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-131 nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-319 nömrəli şəhadətnamələrinin, xx.xx.2022-ci il tarixli 3M-61 nömrəli miras payın bağışlanması müqaviləsinin, habelə onlar əsasında aparılmış digər hərəkətlərin etibarsız hesab olunması və məhkəmə işinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı X7 xx.xx.2023-cü il tarixdə, saat 09:33-də Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında səhhəti ilə əlaqədar üzrlü səbəbdən iştirak edə bilmədiyini göstərmiş, həmçinin, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə təyin edilmiş hazırlıq iclasında iştirak etməyini, o cümlədən əlavə deyəcək sözü və təqdim edəcək sübutunun olmadığını nəzərə alaraq işin baxılmağa hazır olduğunu hesab etdiyini bildirmiş və işi baxışa təyin edilməsini xahiş etmişdir. Cavabdeh hazırki iş üzrə xx.xx.2023-cü il tarixə, saat 10:15-ə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdnə də məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsinin e-2(031)-950/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh hazırki iş üzrə xx.xx.2023-cü il tarixə, saat 10:15-ə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı X3 Cavabdeh qarşı “Şabran rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-130 nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-131 nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-319 nömrəli şəhadətnamələrinin, xx.xx.2022-ci il tarixli 3M-61 nömrəli miras payın bağışlanması müqaviləsinin, habelə onlar əsasında aparılmış digər hərəkətlərin etibarsız hesab olunması və məhkəmə işinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı X7 xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Həkimxan oğluna qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-130 nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-131 nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-319 nömrəli şəhadətnamələrinin, xx.xx.2022-ci il tarixli 3M-61 nömrəli miras payın bağışlanması müqaviləsinin, habelə onlar əsasında aparılmış digər hərəkətlərin etibarsız hesab olunmasına və məhkəmə işinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı iddiaçı X7 həmin iddia ərizəsinə cavabdeh Şabran rayon notariat ofisinə qarşı “vərəsəlik barədə qəbul edilmiş aktların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini əlavə edərək, Şabran rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-130 nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-131 nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-319 nömrəli şəhadətnamələrinin, xx.xx.2022-ci il tarixli 3M-61 nömrəli miras payın bağışlanması müqaviləsinin, habelə onlar əsasında aparılmış digər hərəkətlərin etibarsız hesab olunmasına və məhkəmə işinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər üzrə Şabran Rayon Məhkəməsində başlanmış e-2(031)-950/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə, saat 10:15-də keçirilmiş açıq məhkəmə hazırlıq iclasında hazır ki iş üzrə iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildiyi iddiaçı X3 nəzərinə çatdırılmış və nöqsanların aradan qaldırlması üçün ona vaxt verilməklə iş üzrə açıq məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 12:30-a təxirə alınmışdır. İddiaçı X7 xx.xx.2023-cü il tarixdə iddiaçı X3 cavabdeh Şabran rayon notariat ofisinə qarşı və X2, X9, X8, X4 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi “vərəsəlik barədə qəbul edilmiş aktların etibarsız hesab edilməsi” tələbinə dair xx.xx.2023-cü il tarixli iddia ərizəsini Şabran Rayon Məhkəməsinə təqdim edərək, Şabran rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-130 nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-131 nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-319 nömrəli şəhadətnamələrinin, xx.xx.2022-ci il tarixli 3M-61 nömrəli miras payın bağışlanması müqaviləsinin, habelə onlar əsasında aparılmış digər hərəkətlərin etibarsız hesab olunmasına və məhkəmə işinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə xx.xx.2023-cü il tarixə, saat 12:30-a keçirilmiş açıq məhkəmə hazırlıq iclasında iddia ərizələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildiyi iddiaçının nəzərinə çatdırılmış və həmin nöqsanların aradan qaldırılması üçün cavabdehə yenidən vaxt verilərək iş üzrə açıq məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 10:15-ə təxirə alınmışdır. Lakin, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı hazırki iş üzrə iddia ərizəsində yol verdiyi nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar ərizənin verildiyi məhkəmənin adı (149.2.1); iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3); müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4); “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1) və ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5) göstərilməlidir. 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. 259.0.12-ci maddəsinə əsasən ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X7 hazırki iş üzrə Cavabdeh qarşı “Şabran rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-130 nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-131 nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-319 nömrəli şəhadətnamələrinin, xx.xx.2022-ci il tarixli 3M-61 nömrəli miras payın bağışlanması müqaviləsinin, habelə onlar əsasında aparılmış digər hərəkətlərin etibarsız hesab olunması və məhkəmə işinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsində iddiaçının yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan və öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını qeyd etməmiş, cavabdeh Şabran rayon notariat ofisinə qarşı “vərəsəlik barədə qəbul edilmiş aktların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsində cavabdehin eyniləşdirmə məlumatlarını (VÖEN) və öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını qeyd etməmiş, xx.xx.2023-cü il tarixdə birbaşa məhkəməyə təqdim etdiyi iddiaçı X3 cavabdeh Şabran rayon notariat ofisinə qarşı və X2, X9, X8, X4 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi “vərəsəlik barədə qəbul edilmiş aktların etibarsız hesab edilməsi” tələbinə dair xx.xx.2023-cü il tarixli iddia ərizəsində isə yenidən cavabdehin eyniləşdirmə məlumatlarını (VÖEN) və öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını qeyd etməmiş, bu nöqsanların aradan qaldırılması üçün iddiaçı X1 qədər vaxt verilsə də, iddiaçı X7 hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. Beləliklə məhkəmə iddia ərizənizi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iş üzrə iddia ərizələri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildiyindən və iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadığından, Şabran Rayon Məhkəməsinin iddiaçı X3 “Şabran rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-130 nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-131 nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-319 nömrəli şəhadətnamələrinin, xx.xx.2022-ci il tarixli 3M-61 nömrəli miras payın bağışlanması müqaviləsinin, habelə onlar əsasında aparılmış digər hərəkətlərin etibarsız hesab olunması və məhkəmə işinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddiası üzrə e- 2(031)-950/2023 nömrəli mülki işi baxılmamış saxlanılmalıdır və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 259, 206, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şabran Rayon Məhkəməsinin iddiaçı X3 “Şabran rayon notariat ofisinin xx.xx.2022ci il tarixli, 2V-130 nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-131 nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-319 nömrəli şəhadətnamələrinin, xx.xx.2022-ci il tarixli 3M-61 nömrəli miras payın bağışlanması müqaviləsinin, habelə onlar əsasında aparılmış digər hərəkətlərin etibarsız hesab olunması və məhkəmə işinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddiası üzrə e-2(031)-950/2023 nömrəli mülki işi baxılmamış saxlanılsın. İddiaçı X7 tərəfindən “AsanPay” vasitəsi ilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya X6 izah edilsin ki, iddianın baxılmamış saxlanmasına dair qərardad buna səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə mane olmur. Qərardaddan surəti tərəfə rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar