Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-106/2024 19.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 9000 manat borcun, həmçinin 7829.80 faiz borcunun tutularaq ona ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə cavabdeh vəfat etmişdir. Vərəsəsi müəyyən olunana qədər iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə mülki iş üzrə icraat Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat ofisinin 06 aprel 2024-cü il tarixli, 403 nömrəli məktubundan görünür ki, mərhum İddiaçı adına Şirvan şəhəri 1 saylı Notariat ofisində vərəsəlik işi açılmamışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2- 4173/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh adına hər hansı daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDX və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasına əsasən məlumat yoxdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, məhkəmə iclası 19 dekabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə İddiaçı və nümayəndəsi vəkil Nümayəndə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 saylı qərarının 5.1-ci bəndində göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmçinin iş materiallarında olan AsanPay vasitəsi ilə ödənilmiş olan ********** nömrəli ödənişdən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı İddiaçı tərəfindən 141 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş olan 141 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası baxılmamış saxlansın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 141 manat (mədaxil qəbzin nömrəsi **********, xx.xx.2023-cü il tarixli) İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-106/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-106/2024
19.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver