Məhkəmə qərarları › İş №e-2(032)-1159/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1159/2023

22.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1159/2023 22.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh və X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 13400 (on üç min dörd yüz) manat məbləğində pulun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 130,2 (bir yüz otuz manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********48 reyestr nömrəli çıxarışına əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsini 60000 (altmış min) manata satmaq və pulu isə özü, qızı, oğlu və cavabdeh keçmiş həyat yoldaşı X15 arasında bölmək qərarına gəlmişdir. Hər birinə 15000 (on beş min) manat pul düşürdü. Həmin pul ilə isə özünə yeni yaşayış yeri almaq fikiri vardı. xx.xx.2023-cü il tarixində Hacıqabul Rayon Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan 0,05 ha torpaq sahəsini 60000 (altmış min) manata X2. Alıcı Günel xanımda öz növbəsində pulu Hacıqabul Rayon Notariat Ofisinin bankda olan hesabına köçürdü. Ailə üzləri ilə əvvəlcədən aralarında olan razılaşmaya əsasən pulu bank hesabından qızı X12 etbarnamə əsasında götürüb ona verməli olduğu halda cavabdehə vermişdir. Cavabdeh qızını aldadaraq ona çatası payı verəcəyini vəd etmişdir və 15000 (on beş min) manatı mənimsəmişdir. Cavabdehdən onun payına düşən 15000 (on beş min) manatın ona qaytarılmasını xahiş etmişdir. Lakin ona qarşılığında qaytarmayacağını bildirmişdir. Yaşayış yerinin olmadığını pulun ona lazım olduğunu bildirmiş və bu məsələyə bacısı X3 müdaxilə edərək cavabdehlə danışıqlar apardıqdan sonra 1600 manat pul ödədi qalan pulu isə müəyyən olunmayan vaxta verəcəyini yalandan vəd vermişdir. Onun yaşamaq üçün başqa yeri yoxdu həmin pul özünə yaşayış yeri almaq üçün lazımdır. Cavadeh isə pulu tam ödəməkdən yayınır bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə müraciət edərək, X6 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş və X12 cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, keçmiş həyat yoldaşı İddiaçı ilə qərara gəlmişdirlər ki, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsini 60000 manat satsınlar və pulu dörd yerə bölsünlər. Hacıqabul rayon notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan 0.05 ha torpaq sahəsini 60000 manat X1. Alıcı Günel öz növbəsində pulu Hacıqabul rayon notariat ofisinin bankda olan hesabına köçürmüşdür. Ailə üzvlərinin də əvvəlcədən aralarında olan razılaşma əsasında pulu bank hesabından qızı Ramilə Məmmədova götürməli olmuş və bu barədə İddiaçı qızı Ramilə Məmmədovaya etibarnamə vermişdir. Bölgü zamanı ona cəmi 15000 manat pul verdilər. Onlar pulu öz aralarında böldülər. Hal-hazırda İddiaçı ondan 13400 manat pulu tələb edir. Ona veriləsi pulu yoxdur və ona çatan pulu götürməmişdir. Ona çatan pulu Oruc etibarnamə ilə qızı Ramiləyə vermişdir. Odur ki, ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X12 iddianı qəbul etməyərək izahatında bildirdi ki, həmin ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi ona görə satılmışdır. Belə ki, ailəsi tərəfindən məcbur olaraq əmisi oğlu ilə ailə həyatı qurmuş, daha sonra ayrılmışdır. Yoldaşı ilə barışmaq üçün atası onu evdən qovmuşdur. Yaşayış yeri olmadığı üçün torpaq sahəsini 60000 manata atası satmışdır. Daha sonra etibarnamə əsasında o pulu götürərək həmin pulun 30000 manatına özünə 3 otaqlı mənzil almışdır. Qalan pula isə qardaşına ev almışdırlar. Ailə üzvləri arasında olan şifahi razılaşmaya əsasən evin satışından qalan pul iki yerə bölünməli yarı hissəsinə qardaşı ev almalı və anası Cavabdeh qardaşı ilə birgə yaşamalı, atası isə onunla birgə yaşamalı idi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, İddiaçı bacısıdır. Qardaşına Radə 1600 manat pul verəcəkdi, lakin 1400 manat pul vermişdir. Başqa nə olduğu barədə məlumatı yoxdur. Radə sonra ona demişdir ki, Orucun adına kart açılsın, ayda 200-500 manat həmin karta pul atılsın. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, torpaq satıldığını görmüş, qızına almaq istəmişdir. İddiaçı demişdir ki, həmin torpağı satıb qızına ev almaq istəyir. Daha sonra notariusda olmuşlar, həmin torpağı 60000 manata almışdırlar. Alqı-satqı qızı ilə Oruc arasında olub. Pul notariusun bank hesabına ödənilmişdir. Orucla Radənin boşanması, onların aralarında pulun bölünməsi barədə məlumatı olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə müqaviləndən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsini X10 60000 manata satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli AR 405974 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən X11 etibarnamə verilmişdir. Həmin etibarnamə üzrə X11 pul qoymağı, pul götürməyi etibar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə İddiaçı mülkiyyətində 0,05 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi İddiaçı ilə X13 arasında bağlanmış olan alqı-satqı müqaviləsinə əsasən sonuncuya satılmışdır. Tərəflər arasında bağlanmış olan alqı-satqı müqaviləsi üzrə torpağın satış qiyməti 60000 manat müəyyən edilmişdir. Müqavilə üzrə alıcı tərəfində 60000 manat pul iddiaçının hesabına ödənilmişdir. Həmçinin məhkəmə tərəflərin vermiş olduğu izahatlarından müəyyən etmişdir ki, alqısatqı müqaviləsi üzrə ödənilmiş olan 60000 manat pul ailə üzvləri, yəni İddiaçı, Cavabdeh və övladları X12, X14 arasında hər birinə 15000 manat olmaqla bölünməli idi. Alqı-satqı üzrə ödənilmiş olan 60000 manat pul vəsaiti İddiaçı İxityar oğlunun hesabından onun qızı X12 tərəfindən İddiaçı İxityar oğlunun vermiş olduğu etibarnamə əsasında götürülmüş və 60000 manat pulun 30000 manatı Ramilə Məmmədova tərəfindən anasına Cavabdeh verilmiş, qalan 30000 manat pulun isə tərəflər arasında olan razılaşma üzrə 15000 manatı İddiaçı verilməli olduğu halda ona verilməmiş, həmin (15000 manatı İddiaçı məxsus olan hissədə daxil olmaqla) 30000 manata Ramilə Məmmədova özünə ev almışdır. Eyni zamanda məhkəmə iclasında tərəfilərin vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, İddiaçı çatacaq olan 15000 manat puldan 1600 manatı sonuncuya verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs mülki hüquqi əqdləri və müəyyən tapşırıqların icrası təmsilçi vasitəsi ilə həyata keçirə bilər. Həmin təmsilçilik verilmiş olan vəkalət etibarnamə üzrə həyata keçirilir. Təmsilçi məhz vəkalət verənin iradə ifadəsini həyata keçirməlidir. Verilmiş olan vəkalət üzrə təmsilçi özü barəsində əqdlər bağlaya bilməz. İşin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən X11 etibarnamə verilmiş və verilmiş olan vəkalət üzrə sonuncunun vəzifəsi İddiaçı hesabına keçirilmiş olan pul vəsaitinin bank hesabından çıxarılaraq İddiaçı təqdim ediməsi olmuşdur. X20 vəkalətnamə üzrə icra etməli olduğu tapşırığı icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin faktiki hallarından göründüyü kimi satılmış olan torpaq sahəsinin dəyəri olaraq ödənilmiş olan 60000 manat pul vəsaiti ailə üzvləri arasında hər birinə 15000 manat olmaqla ailə üzvləri arasında bölünməli idi. İddia tələbindən də göründüyü kimi iddiaçı məhz ona çatacaq olan 15000 manat hissəsini mübahisələndirir. Həmin 15000 manat puldan isə ona 1600 manat qaytarılmış olduğundan iddiaçı məhz 13400 manat ona qaytarılmalı olduğunu iddia edir. Məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatından da müəyyən edilmişdir ki, iddiaçıya çatacaq olan 15000 manat pul vəsaiti mülki iş üzrə cavabdeh olan X12 tərəfindən mənimsənilmişdir. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İşin faktiki hallarından da göründüyü kimi X6 həmin pul vəsaiti əldə etməsi üçün nə qanuni, nə də müqavilə üzrə hüquqi əsası olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı iddia irəli sürülsə də, işin faktiki halları və tərəflərin vermiş olduğu izahatlarından da müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən əldə edilmiş olan vəsait məhz tərəflərin şifahi razılığı əsasında əldə edilmiş vəsaitdir. Yəni sonuncu tərəfindən əsassız varlanma halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləkilə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş elektron hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 130.20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 130.2 manat dövlət rüsumu cavabdeh X5 alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X5 13400 manat və dövlət rüsumu olaraq ödənilmiş 130.2 manat olmaqla, cəmi 13530,20 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar