Məhkəmə qərarları › İş №e-2(032)-161/2025

Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(032)-161/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-161/2025 11.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli ilkin müqavilənin ləğv edilməsi, xx.xx.2023-cü il tarixli ilkin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 1991-ci il buraxılışlı **-GK-*** dövlət nömrə nişanlı “ZİL MMZ 4502” yük nəqliyyat vasitəsinin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, nəqliyyat vasitəsi olmadığı tədirdə vurulmuş 8765 manat (səkkiz min yeddi yüz altmış beş) maddi ziyanın cavabdehlər Cavabdeh və X2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, ödənişin gecikdirildiyi 7 (yeddi) aya görə hər günü 10 (on) manatdan olmaqla 2100 manat pul vəsaitinin və 125,5 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli ilkin müqavilənin ləğv edilməsi, xx.xx.2023-cü il tarixli İlkin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 1991-ci il buraxılışlı **-GK-*** dövlət nömrə nişanlı “ZİL MMZ 4502” yük nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya qaytrılması, nəqliyyat vasitəsi olmadığı tədirdə vurulmuş 8765 manat (səkkiz min yeddi yüz altmış beş) maddi ziyanın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ödənişin gecikdirildiyi 7 (yeddi) aya görə hər günü 10 (on) manatdan olmaqla 2100 manat pul vəsaitinin və 125,5 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili hazırki məhkəmə iclasına gəlməmiş, həmçinin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İddiaçı (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin müqavilənin 1.1-ci və 2.1-ci bəndlərindən görünür ki, tərəflər İddiaçı məxsus 1991-ci il buraxılışlı ** GK *** dövlət nömrə nişanlı “ZİL MMZ 4502” yük markalı avtomobilin 8765 manata Cavabdeh satılması barədə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Birinci tərəf satılacaq avtomobili 8765 manata qiymətləndirmiş, avtomobili həmin qiymətə ikinci tərəfə satmağı, ikinci tərəf isə avtomobili 8765 manata almağı öhdəsinə götürmüşdür. İkinci tərəf satış məbləğini xx.xx.2023-cü il tarixdən etibarən hər ay 581 manat olmaqla 15 (on beş) ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 manatı avtomobilin alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndindən görünür ki, ikinci tərəf ödənişi 10 gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 manat ödəniş edəcəyini, 10 gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcəyini və avtomobili birinci tərəfə təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 3 gün müddətində müqavilənin tələblərinə riayət edilməsinə dair xəbərdarlıq edilmiş, əks təqdirdə nəqliyyat vasitəsinin qaytarılması, nəqliyyat vasitəsindən istifadə nəticəsində vurulan ziyanın ödənilməsi və müqavilənin birtərəfli qaydada ləğv edilməsinin məhkəmə vasitəsi ilə tələb olunacağı bildirilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1991-ci il buraxılışlı ** GK *** dövlət nömrə nişanlı “ZİL MMZ 4502” yük markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İddiaçı təmsil edən X4 tərəfindən Bakı şəhəri 11 saylı notariat ofisinə verilmiş xx.xx.2023-cü il tarixli **********7589 nömrəli ərizdə Cavabdeh verilmiş olan 7E-796 nömrə ilə qeydə alınmış etibarnamənin ləğv edilməsi xahiş edilmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, 1991-ci il buraxılışlı ** GK *** dövlət nömrə nişanlı “ZİL MMZ 4502” yük markalı nəqliyyat vasitəsinə dair İddiaçı tərəfindən Cavabdeh verilmiş olan 7E-796 nömrə ilə qeydə alınmış etibarnamənin hüquqi qüvvəsinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 27 yanvar 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında Avtomobilə dair notarial qaydada təsdiq edilməklə, “Nəqliyyat vasitəsinin ilkin alğı-satqısı müqaviləsi” bağlanmışdır (müqavilənin 1.1-ci bəndi). Müqavilənin şərtlərinə görə İddiaçı avtomobili xx.xx.2024-cü il tarixədək 8765 manata cavabdehə satılması barədə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Eyni zamanda, müqavilənin digər şərtlərinə görə, İddiaçı nümayəndəsi Elçin Mirzəyev satılacaq avtomobili 8765 manata qiymətləndirərək cavabdehə satmağı, sonuncu isə həmin pulu İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən hər ay 581 manat (15 ay müddətinə) ödəməyi, satış qiymətindən qalan 50 manatı isə nəqliyyat vasitəsinin alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. (müqavilənin 2.1-ci bəndi). Müqaviləyə əsasən İddiaçı nümayəndəsi Elçin Mirzəyev həm də öhdəsinə götürmüşdür ki, müqavilədə göstərilən pulu (8765 manat) tam ödəyib bitirdikdən sonra avtomobilin özgəninkiləşdirilməsinə dair Cavabdeh etibarnamə verəcəkdir. Həmçinin, xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi Elçin Mirzəyevin vasitəçiliyi ilə cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2023-cü il tarixdə etibarnamə verilmiş, avtomobilə dair mübahisə yarandıqdan sonra İddiaçı tərəfindən verilmiş həmin etibarnamə ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1). Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (maddə 598). Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər (maddə 599.3). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alğı-satqı müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik tərədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” qərarına istinad etməklə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır və əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilir. Həmçinin ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir, əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Beləliklə, ilkin müqavilədə qeyd olunan tələblər cavabdeh tərəfindən icra olunmamışdır. Bununla da cavabdeh ilkin müqavilə üçün bütün öhdəliklərini yerinə yetirməməklə, əsas alğı-satqı müqaviləsini bağlamaq niyyətində olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrasından başqa, həm də tərəflərin bağladıqları müqavilənin ləğvini də tələb etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış ilkin müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh 1991-ci il buraxılışlı **-GK-*** dövlət nömrə nişanlı “ZİL MMZ 4502” yük markalı nəqliyyat vasitəsinin dəyəri olaraq xx.xx.2023cü il tarixdən hər ay 581 manat məbləğində ödəniş etməyi öhdəliyini götürsə də, həmin öhdəliyi icra etməmişdir. Müqavilənin imzalandığı vaxtdan sonra 9 aydan çox müddət keçsə də, cavabdeh tərəf ilkin alğı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğdən iddiaçıya ödəniş etməmişdir. Yəni müqavilə üzrə cavabdeh öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli **-GK-*** dövlət nömrə nişanlı “ZİL MMZ 4502” yük markalı nəqliyyat vasitəsinin alğı-satqısına dair ilkin müqavilə Cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə ləğv edilməlidir. Məhkəmə xx.xx.2023-cü il tarixli İlkin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 1991-ci il buraxılışlı **-GK-*** dövlət nömrə nişanlı “ZİL MMZ 4502” yük markalı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı qaytarılması, nəqliyyat vasitəsi olmadığı tədirdə vurulmuş 8765 manat (səkkiz min yeddi yüz altmış beş) maddi ziyanın Cavabdeh alınması tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsi cavabdeh tərəfin həmin müqavilənin əhəmiyyətli dərəcədə pozması nəticəsində ləğv edildiyindən, iddiaçı mülkiyyətində olan 1991-ci il buraxılışlı **-GK-*** dövlət nömrə nişanlı “ZİL MMZ 4502” yük markalı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, 1991-ci il buraxılışlı **-GK-*** dövlət nömrə nişanlı “ZİL MMZ 4502” yük markalı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, nəqliyyat vasitəsi olmadığı təqdirdə vurulmuş 8765 manat (səkkiz min yeddi yüz altmış beş) maddi ziyanın Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın ödənişin gecikdirildiyi 7 (iki) aya görə hər günü 10 (on) manatdan olmaqla 2100 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli İlkin müqavilənin şərtlərinə görə Cavabdeh ödənişi 10 (on) gündən artıq gecikdirdikdə hər gün uçün əlavə 10 (on) manat ödəniş edəcək, 10 (on) gündən artıq geciktirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməməlidir. Cavabdeh öhdəliyini 7 (yeddi) aydan çox geçikdirdiyini nəzərə alsaq, iddiaçı ödənişin gecikdirildiyi 7 (yeddi) aya görə hər günü 10 (on) manatdan olmaqla (7x30=210x10) 2100 manat pul vəsaitini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ödənişin gecikdirildiyi 7(yeddi) aya görə hər günü 10 (on) manatdan olmaqla 2100 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 125.5 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin İlkin alğı-satqı müqaviləsi ləğv edilsin. xx.xx.2023-cü il tarixli İlkin alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 1991-ci il buraxılışlı **-GK-*** dövlət nömrə nişanlı “ZİL MMZ 4502” yük markalı nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Nəqliyyat vasitəsi olmadığı təqdirdə vurulmuş 8765 manat (səkkiz min yeddi yüz altmış beş) maddi ziyan Cavabdeh alınaraq İddiaçı ödənilsin, ödənişin gecikdirildiyi 7 (yeddi) aya görə hər günü 10 (on) manat olmaqla 2100 manat pul vəsaiti və ödənilmiş 125,5 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar