Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1863/2025 21.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Cavabdeh ilə aralarında mediasiya sessiyası nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT- 045/2025-00428 saylı barışıq sazişinin alimentin tutulması hissəsində barışıq sazişinin bağlandığı gündən təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha girmiş, maraqlı şəxslə birgə rəsmi nikahlarından xx.xx.2010-cu il tarixində anadan olmuş X5, xx.xx.2012-ci il tarixində anadan olmuş X6 və xx.xx.2019-cu il tarixində anadan olmuş X3 adlı üç övladları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan faktiki olaraq bir yerdə yaşamırlar. Uşaqların aliment tələbi barədə mediasiya teşkilatına müraciət etmiş, maraqlı şəxs mediasiya sessiyasında iştirak etmiş və aralarında xx.xx.2025-ci il tarixli, MŞS/MT-045/2025-00428 saylı barışıq sazişi bağlanılmışdır. Həmin sazişin şərtinə görə maraqlı şəxs birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il tarixində X5, xx.xx.2012-ci il tarixində anadan olmuş X6 və xx.xx.2019-cu il tarixində anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa 300 (üç yüz) manat, cəmi 900 (doqquz yüz) manat məbləğində alimenti ona ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin həmin vaxtdan hal-hazıradək maraqlı şəxs Cavabdeh sazişin şərtinə əməl etməyərək alimenti ödəmir. Məhkəmə iclasında ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Həmçinin maraqlı şəxs Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırda kəskin respirator xəstəliyə yoluxduğunu və ambulator şəkildə müalicə aldığını nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iş üzrə ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT- 045/2025-00428 nömrəli barışıq sazişindən görünür ki, İddiaçı Cavabdeh ilə mediasiya sessiyasında birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 300 manat olmaqla, cəmi 900 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşları çatana kimi saxlanılması üçün hər ay hər birinə 300 manat olmaqla, ümumildikə 900 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 22 avqust 2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş olan dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025ci il tarixli, MŞS/MT-045/2025-00428 nömrəli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşları çatana kimi saxlanılması üçün hər ay hər birinə 300 manat olmaqla, ümumilikdə 900 manat sabit pul məbləğində aliment tutularaq ərizəçi İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1863/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1863/2025
21.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver