Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1902/2025 02.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi, kompensasiya və ya açıq hərracda satılması tələbinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Şirvan şəhər Məhkəməsinə müraciət edərək paylı mülkiyyətdə olan Şirvan şəhəri B.Vahabzadə küçəsi ev 11 A (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin naturada bölünməsi, kompensasiya və ya açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə el adəti ilə toy edərək, ailə həyatı qurmuşdur. Nikahları rəsmi olaraq xx.xx.2016-cı ildə 497 nömrə ilə Şirvan şəhər qeydiyyat şöbəsində qeydə alınmışdır. Onların birgə nikahlarından uşaqları olmamışdır. Cavabdeh ilə ailə münasibətləri qurandan sonra o, qayınanası X2 məxsus evə gəlin köçmüşdür. 2022-ci ilin iyun ayınadək həyat yoldaşı və qayınanası ilə birlikdə həmin evdə yaşamış və birgə nikah dövründə əldə edilmiş qazanc hesabına həyat yoldaşı Cavabdeh oglu xx.xx.2022-ci ildə notarial qaydada alqı-satqı yolu ilə 28.000 (iyirmi səkkiz min) manata Şirvan şəhəri, B.Vahabzadə küçəsi, ev 11A (Yeni Qaydalarla: ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, 2 otaqlı, 1 mətbəx və 1 açıq balkondan ibarət fərdi yaşayış evi almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 497 nömrə ilə qeydə alınmış nikah Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-978/2024 saylı qətnaməsi ilə pozulmuş, birgə nikah dövründə əldə edilmiş Şirvan şəhəri, B.Vahabzadə küçəsi, ev 11A (Yeni Qaydalarla: ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində iddiaçının ½ (ikidə bir) hissədə payı müəyyən edilmiş və iddiaçı qətnamə qanuni qüvvəyə minəndən sonra həmin evə ½ (ikidə bir) hissədə payı üzrə yeni çıxarış almışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən nümayəndə məhkəmə iclas zalında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil бarışıq sazişini təsdiq edib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən nümayəndə məhkəmə iclas zalında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh nümayəndəsi X3 бarışıq sazişini təsdiq edib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, təqdim olunmuş barışıq sazişi təsdiq olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişini bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə barışıq sazişinin şərtlərini nəzərdən keçirib hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və bununla da iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub qərara aldı: Hazırki iş üzrə İddiaçı ilə Cavabdeh təqdim etdikləri aşağıda göstərilən şərtlərlə barışıq sazişi təsdiq edilsin :
1. İddiaçı fərdi yaşayış evinin dəyərinin yarısı 14000 manat pul müqabilində Şirvan şəhəri B.Vahabzadə küçəsi ev 11 A (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə ½ hissədə payından və Cavabdeh qarşı əmlakın naturada bölünməsi, kompensasiya və ya açıq hərracda satılması tələbdən imtina edir;
2. İddiaçı 10 gün müddətində 14000 manat pul müqabilində mülkiyyətində olan Şirvan şəhəri B.Vahabzadə küçəsi ev 11 A (yeni qaydalarla ünvan 1 fərdi yaşayış evinə ½ hissədəki payının Cavabdeh adına rəsmiləşdirilməsini və bu barədə müvafiq dövlət orqanında ərizə verilməsini öhdəsinə götürür.
3. Cavabdeh məhkəmə hazırlıq iclasında 14000 manat pulu İddiaçı təhvil verdi.
4. Tərəflər bu barışıq sazişinin tələblərini könüllü icra etməzsə, icra sənədinin verilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Etibar Hümbətov