Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-25/2025 17.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə , İddiaçı ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh maddi ziyan kimi çəkdiyi 10653 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 manat pul vəsaitinin alınaraq İddiaçı ASC-yə ödənilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(032)-77/2024 saylı qərarı ilə X1 12 iyun 2023-cü il tarixdə saat 23 radələrində Şirvan şəhəri H.Əliyev prospektində yerləşən zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə məxsus A0141005 nömrəli ATM bankomatı yandırmaqla, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASCyə ümumilikdə 10653 manat maddi ziyan vurması müəyyən edilmişdir. Həmin qərarla aşağıdakılar qərara alınmışdır: “CM-in 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş X4 cinayət məsuliyyətindən azad edilsin. X4 barəsində CM-in 95.0.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilsin…” Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(032)-56/2024 saylı qərarı ilə 13 mart 1997-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, natamam orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş X4 prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Şirvan şəhər PŞ-nin İB-nin baş müstəntiqi Əhməd Baloğlanovun xx.xx.2024-cü il tarixli qərarı ilə həmin cinayət işi üzrə X1 qanuni nümayəndəsi olaraq X2 təyin edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, qanuni nümayəndəsi Şükufə Tarverdiyeva təyin edilmiş anlaqsız vəziyyətdə cinayət əməlini törətmiş Sadiq Tarverdiyevin əməli nəticəsində iddiaçıya 10653 manat ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC-nin yerləşdiyi hüquqi ünvana məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, iddiaçıya dəymiş pul məbləği cinayət işinə baxılan zaman İddiaçı ASC tərəfindən ödənilmişdir, tələb edilməmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)- 77/2024 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 186.2.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş X4 cinayət məsuliyyətindən azad edilməsi, X4 barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilməsi, qərarın icrasının Şirvan şəhər Polis şöbəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin əməkdaşlarına həvalə edilməsi, X4 barəsində seçilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin stasionarına yerləşdirilmə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi qərara alınmışdır. "xxxx" MMC-nin İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli PPO- SCM/0449/2023 saylı məktubunun surətindən görünür ki, "xxxx" MMC-də olan ATM-in ehtiyat hissələrinin qiyməti :
1. Shutter CMD V4 Horizontal RL, P/N ********** – 594 manat;
2. Softkey set 12.1 NDCc standart , P/N ********** – 382 manat;
3. Camera pane PC 2050 - Kamera paneli , P/N ********** – 41 manat;
4. Protective Screen 2050 Assy, P/N ********** – 452 manat;
5. Pinpad EPP V6 (ATM), P/N **********– 2350 manat;
6. Ön korpus hissəsi (tam hissələrlə), P/N ********** – 6834 manat; Cəmi 10653 manat məbləğ təşkil edir. xx.xx.2024-cü il tarixli Şirvan Şəhər Polis X3 baş müstəntiqi Əhməd Baloğlanovun qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Cavabdeh oğlu X1 qanuni nümayəndəsi qismində təyin edilməklə işdə iştirakı təmin edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16-2- 9/10197/2025 nömrəli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1107.3-cü maddəsinə əsasən əgər psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törətmişdirsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış uşaqlarının öhdəsinə qoya bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırkı halda İddiaçı ASC Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)-77/2024 saylı qərarı ilə X1 mülki hüquq pozuntusu (delikt) törətməsi təsdiq olunduğundan, mülki hüquq pozuntusu nəticəsində İddiaçı ASC-yə vurulmuş maddi zərər cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş X1 qanuni nümayəndəsi Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Maddi zərərin əvəzi olaraq tutulmalı olan məbləğə gəldikdə, məhkəmə qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)-77/2024 saylı qərarı ilə maddi zərərin məhz 10653 (on min altı yüz əlli üç) manat məbləğində müəyyən olunmasını nəzərə alıb, hesab edir ki, dəymiş maddi zərərin əvəzi olaraq 10653 (on min altı yüz əlli üç) manat məbləğində pul X1 qanuni nümayəndəsi Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə xərcləri ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat alınaraq İddiaçı ASC-yə verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi :
İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 10653 (on min altı yüz əlli üç) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Hakim Aydan Məmmədli