Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-448/2024 30.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə , Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat pul vəsaitinin, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat pulun və 60 manat 40 qəpik məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə münasibətləri hər zaman yaxşı olmuş, bu münasibətdən istifadə edən iş üzrə Cavabdeh ondan 4000 (dörd min) manat borc pul almışdır ki, xx.xx.2021-ci il tarixə qədər həmin pulu tam şəkildə geri qaytaracağına söz vermişdir. Həmin vaxt iş üzrə Cavabdeh özü öz xətti ilə qəbz yazaraq imza etmişdir. İş üzrə borclu Cavabdeh aldığı 4000 (dörd min) manat borc puldan bu günə kimi ona heç bir ödəniş etməmişdir. Bu borcu dəfələrlə ondan geri istəsə də o, müxtəlif bəhanələr gətirərək, həmin pulu geri qaytarmaqdan yayınmışdır. Ona görə də, o aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin iddiaçıya olan 4000 (dörd min) manat məbləğində borclu olmasını təsdiq edən xx.xx.2021-ci il tarixli qəbz vardır. Həmin borcun qaytarılmasını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Eyni zamanda cavabdehin iddiaçıya olan borcunu qaytarmasını təsdiq edəcək sübut kimi məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid qarşı İddiaçı 20000 (iyirmi min) manat məbləğində pulun alınması tələbinə dair Şirvan şəhər Məhkəməsində hakim Ceyhun Mustafayevin icraatında mülki iş vardır. Hesab edir ki, şahidin qeyd etdiyi faktlar iddiaçıya qarşı qərəzli münasibətdən irəli gəlir, onun ifadəsi həqiqətə uyğun deyil, məhkəmə tərəfindən nəzərə alınmamalıdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddianı etiraf etmədi izahat verərək bildirdi ki , xx.xx.2021-ci il tarixli qəbz cavabdeh tərəfindən yazılsa da həmin qəbzdə qeyd edilmiş 4000 (dörd min) manat pul cavabdehə verilməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan 2000 (iki min) manat pul almış, lakin qəbzdə 4000 (dörd min) manat pul qeyd edilmişdir. Cavabdeh borc qismində aldığı 2000 (iki min) manat pulu iddiaçıya qaytarmış, cavabdehin hazırda iddiaçıya borcu yoxdur. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid bildirdi ki, Cavabdeh onun iş yoldaşıdır. Onlar birlikdə istirahətə getdiyi zaman iş yoldaşı Raziyyə adlı xanımla tanış olmuşlar. Aytəkinin borc pula ehtiyacı olduğundan söhbət əsnasında Raziyyə xanımın faizlə pul verdiyini eşidən zaman ondan faizlə borc pul almaq istəmişdir. Raziyyə xanım əvvəlcə Aytəkini tanımadığından pul vermək istəməmiş, daha sonra onu tanıdığına görə razılaşmışdır. Şirvan şəhərində yerləşən restoranların birində Raziyyə xanım Aytəkinə 2000 (iki min) manat pul verərək kağıza 4000 (dörd min) manat yazdırmışdır. Aytəkin niyə belə yazdığını soruşduqda Raziyyə xanım ona pulu heç bir girov olmadan verdiyini, pulu qaytardıqdan sonra həmin kağızı cırıb atacağını bildirmişdir. Aytəkinə pulu aylıq hər 100 manat görə 20 manat faiz olmaqla pulu ödəmiş, təxminən 4 ay Aytəkin pulu ödəmişdir. Lakin sonradan pulu ödəyə bilməmişdir. Sonuncu dəfə Raziyyə onun evində olarkən 1000- 1200 manat pulu Aytəkin Raziyyəyə vermişdir. Sonra yenidən Raziyyə pulunu istədiyindən Aytəkin 500 manatı iş yerində qaytarmış, 500 manat isə onun həyat yoldaşı Raziyyəyə vermişdir. Lakin Raziyyə onun evinə gələrək, həmçinin Aytəkinin evinə gedərək, yaxınlarına zəng edərək 4000 (dörd min) manat pulu tələb etmişdir. Aytəkinin Raziyyəyə borcunu ödəməsi barədə hansısa kağıza qol çəkdirməmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini, vəkillərin çıxışını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə bir qənaətə gəlir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. İş materiallarında olan : sadə yazılı formada tərtib edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Hüseynova X1 Raziyə Vaqif qızından 4000 (dörd min) manat məbləğində pul götürməsini, xx.xx.2022-ci il tarixdə qaytaracağını, qəbzi yazarkən ona hər hansı təzyiq halları olmadığını qeyd etmişdir. Qəbzi Cavabdeh imzalamışdır. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, X5 vasitəsi ilə 60 (altmış) manat məbləğində dövlət rüsumu, 40 (qırx) qəpik məbləğində xidmət haqqı Şirvan şəhər Məhkəməsinə ödənilmişdir. xx.xx.2024-cü il tarixli rm02300 nömrəli qəbzdən görünür ki, iddiaçı X3 vəkil Nümayəndə müqavilənin bağlanmasına görə 300 (üz yüç) manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan başqa, MM-in 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, bu hissədə tədqiq edilmiş sübutlardan tərəflər arasında borc münasibətlərinin olması Cavabdeh tərəfindən imzalanmış 09 sentyabr 2021-ci il tarixli əlyazması ilə təsdiq olunur. 09 sentyabr 2021-ci il tarixli borc müqaviləsinin predmeti 4000 (dörd min) manatdır. Borcun xx.xx.2022-ci il tarixədək qaytarılmasını cavabdeh üzərinə öhdəlik götürmüşdür. Müqavilədə borcun faizlərlə verilməsi şərti qeyd olunmamışdır. Həmçinin, iddiaçının nümayəndəsi izahatında cavabdehin iddiaçıdan borc qismində 4000 (dörd min) manat məbləğində deyil 2000 (iki min) manat məbləğində pul aldığını, qəbzdə 4000 (dörd min) manat məbləğində pulu almasının qeyd edilməsini və borc qismində aldığı 2000 (iki min) manat məbləğində pulu qaytardığını qeyd etsə də, istinad etdiyi halın təsdiqi kimi hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və bununla da istinad etdiyi halı sübut edə bilməmişdir. Ona görə də məhkəmə cavabdehin nümayəndəsinin istinad etdiyi bu halı nəzərə almamış və qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, Cavabdeh 09 sentyabr 2021-ci il tarixli borc müqaviləsi üzrə aldığı 4000 (dörd min) manat məbləğində pulu müəyyən edilmiş müddətdə qaytarmaq öhdəliyini yerinə yetirmədiyindən və borcun qaytarılması barədə İddiaçı tələbi olduğundan, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia bu hissədə təmin olunmalıdır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Vəkilin göstərdiyi yardıma görə hüquqi xidmətə görə Cavabdeh 300 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi hissədə isə iddia qismən təmin edilməli, Cavabdeh hüquqi xidmətə görə 200 (iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir . Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi kimi 60 (altmış) manat 40 (qırx) qəpik Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul , hüquqi xidmətə görə 200 (iki yüz) manat, ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi kimi 60 (altmış) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq İddiaçı verilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdeh hüquqi xidmətə görə 200 ( iki yüz ) manat, ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi kimi 60 (altmış) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-448/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-448/2024
30.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver