Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-522/2024 05.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X12, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qeyri-yaşayış binasından çıxarılması, qeyriyaşayış binasının onun qanuni istifadəsinə qaytarılması, torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı 0,0036 ha torpaq sahəsində yerləşən 3/4T nömrəli 1 giriş , 29.12 kv.m ümumi, 29.12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından (mağazadan) Cavabdeh çıxarılması, qeyri-yaşayış binasının qanuni istifadəsinə qaytarılması, torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri 28 may küçəsindən icarəsində olan 0,0036 ha torpaq sahəsi və onun üzərində yerləşən 3/4T nömrəli 1 girişli, 29,12 kv.m ümumi, 29.12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə ona məxsusdur və bu hüquq Azərbaycan Respublikasının DƏDRX HDQHDƏDR-dən ******* nömrəli MH seriyalı çıxarış almışdır. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 0,008 ha olmaqla müvafiq qaydada qeydiyyatdan keçmişdir. İş üzrə cavabdeh X6 həmin qeyri-yaşayış obyektini qanunsuz olaraq zəbt edib, özbaşına istifadə edir. Hal-hazırda iş üzrə cavabdeh X6 onun qanuni istifadəsində olan həmin əmlakdan sərbəst istifadəsinə, onun üzərində sərəncam verməyinə və sair hərkətlərinə maneçilik etməklə, müxtəlif çətinliklər yaradır və ona maddi və mənəvi ziyan vurur. Ona görə də o, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hazırda əmlakını qorumaq, mühafizə etmək imkanı artıq tükənib, onun qanunla istifadəsində olan həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasını qorumaq və mühafizə etmək dövlətin vəzifəsidir. Cavabdehin hərəkətlərini son dərəcə qanunsuzluq və özbaşınalıq hesab edir. Hesab edir ki, onun qanunla istifadəsində olan həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından istifasində yaranmış məneə və müdaxilələr məhkəmə qaydasında aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29.3cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hesab edir ki, cavabdeh X4 onun mülkiyyət hüququndan istifadə etməklə onun konstitusion hüququnu pozur. O, öz mülkiyyəti üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Şirvan şəhəri Heydər Əliyev prospekti 11 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasından Cavabdeh çıxarılmalı, həmin qeyriyaşayış binası onun qanuni istifadəsinə qaytarılması və gələcəkdə həmin qeyri-yaşayış binasından sərbəst istifadəsinə hər hansı bir meneəçilik etməsi ona və digər şəxslərə qadağan edilməlidir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmasını, həmin qeyri-yaşayış sahəsinin onun qanuni istifadəsinə qaytarılmasını və gələcəkdə həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış sahəsindən sərbəst istifadə etməsinə hər hansı bir maneəçilik yaradılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, Şirvan şəhəri 28 May küçəsində yerləşən mağazanı X5 işləyən Cavabdeh 2018-ci ildən etibarən aylıq icarə haqqı 300 manat olmaqla icarə müqaviləsi bağlamadan icarəyə vermiş, 5 il müddətində Sülhiyyə icarə haqqını tam şəkildə ödəmişdir. Həmin mağazanın 29.12 kv.m olan sahəsi çıxarışla ona məxsusdur, ümumilikdə 158 kv.m sahə isə Şirvan şəhər Bələdiyyəsi ilə aralarında olan müqaviləyə əsasən onun adına yüklüdür. Lakin 2023-cü ilin noyabr ayında ərazinin rəsmiləşdirilməsi üçün Dövlət Reyestr Xidmətinə müraciətimlə bağlı əməkdaşlar obyektimə baxış keçirilməsi üçün daxil olmaq istəyərkən Sülhiyyə icazə verməmiş, obyektin yarısının ona məxsus olmasıə ilə bağlı əlində müvafiq sənəd olduğunu bildirmişdir. Lakin cavabdeh Sülhiyyət Hətəmovaya isə həmin sahə üzrə hər hansı sənəd verilməmiş, dövlət reyestrində qeydiyyata alınmamışdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 959 nömrəli, 01 sentyabr 2008-ci il tarixli torpaq icarə müqaviləsindən görünür ki, Şirvan şəhər Bələdiyyəsinin 01 sentyabr 2008-ci il tarixli, 67 nömrəli qərarına əsasında ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 36 kv.m olan torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçının istifadəsinə verilir. Həmçinin Şirvan şəhər Bələdiyyəsi ilə aralarında bağlanmış H-054 nömrəli, 17 oktyabr 2011-ci il torpaq icarə müqaviləsindən görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 80.0 kv.m olan torpaq sahəsi icarə müqaviləsi əsasında onun istifadəsinə verilir. Bundan başqa ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsinin ümumi sahəsi 158.08 kv m təşkil edir. Cavabdeh xx.xx.1996-cı il tarixinə aid saxta sənəd təqdim edərək guya həmin qeyri-yaşayış sahəsinin ona məxsus olmasını bildirir. Lakin 2023-cü ilin noyabr ayına kimi Cavabdeh tərəfindən iddiaçıya icarə haqqı ödənilmişdir. Burada belə bir ziddiyyət yaranır ki, əgər həmin qeyri-yaşayış sahəsi Cavabdeh məxsus olmuşsa niyə 2023-cü ilin noyabr ayına kimi onun tərəfindən iddiaçıya icarə haqqı ödənilmişdir. Bundan başqa onun tərəfindən təqdim edilmiş saxta sənəddə Cavabdeh Şirvan şəhəri 28 May küçəsində torpaq sahəsinin ayrılması qeyd edilsə də, həmin küçədə harada torpaq sahəsinin ayrılması qeyd edilməmişdir. Odur ki, Cavabdeh ümumi sahəsi 158.08 kv.m təşkil edən qeyriyaşayış sahəsindən çıxarılmasını, qeyri-yaşayış sahəsinin iddiaçının qanuni istifadəsinə qaytarılmasını, gələcəkdə həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə hər hansı bir maneəçilik yaradılmasının cavabdehə qadağan edilməsini tələb edirlər. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçının iddia etdiyi ünvan 1 ünvanında yerləşən 0,0036 ha torpaq sahəsi üzərində yerləşən 3/4T nömrəli 1 giriş, 29,12 kv.m ümumi 29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış sahəsini 2005-ci il tarixdən icarəyə götürmüşdür. Aylıq icarə haqqı əvvəl 150 manat, sonradan 200 manat olmuşdur. Həmin yerin yanında onun da 67 kv.m sahəsi olmuş, 2014-cü ildə iddiaçının sahəsi ilə onun sahəsi birləşdirilmiş və belə razılaşmışlar ki, kim çıxmaq istəsə, öz payını digər tərəfə satar. Onun da həmin vaxt maddi imkanı zəif olduğu üçün onunla razılaşmış və iddiaçıya ayda onun hissəsinə görə 400 manat icarə haqqı ödəməyə başlamışdır. 2024-cü ilin yanvar ayında iddiaçı bildirmişdir ki, “yeri satıram, sənə düşən hissənin də pulunu verəcəm” , o etiraz etməmiş və fevral ayının 29-na dək ondan vaxt istəmişdir. İddiaçı onun çıxmağı barədə bildirdikdən bir neçə gün sonra “OBA” marketin işçilərindən də bir neçə nəfər gələrək notariat qaydasında təsdiq edilmiş müqaviləni göstərərək həmin sahəni aldıqlarını bildirmişlər. Həmin vaxtdan indiyənədək keçən müddət ərzində də iddiaçı ona həmin sahəni işlətməyə imkan verməmiş, məhkəmə qaydasında mağaza üzərinə həbs qoyulmuşdur. Çünki iddiaçı onun çıxmasını gözləmək əvəzinə, ondan, ailəsindən müxtəlif inzibati orqanlara, polis şöbəsinə, prokurorluğa şikayətlər etməyə başlamışdır. Keçən müddət ərzində də o ancaq iddiaçının şikayətləri üzrə izahat verməklə məşğul olmuşdur. İddiaçı indiyənədək bir manat da olsun vergi ödənişi də ödəməmişdir, bütün vergilər də onun tərəfindən ödənilmişdir. Hətta iddiaçı vergidən yayınmaq üçün onun rəsmi olaraq icarə müqaviləsi də bağlamamışdır. Faktiki olaraq icarəsində olan və iddiaçıya da icarə müqaviləsi əsasında məxsus olan Şirvan şəhəri 28 May küçəsində olan 0,0036 ha torpaq sahəsinə və seriya MH-0001601 nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 3/4T nömrəli 1 girişli, 29, 12 kvm. ümumi, 29.12 kvm.əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına görə də icarə haqqı və vergi onun tərəfindən ödənilmişdir. Çünki həmin obyektə bitişik 67 kvm.torpaq sahəsini o , Şirvan şəhər İcra Hakimiyyətindən alqı-satqı yolu ilə almış və həmin sahədə tikintiyə icazəsi də olmuşdır. Lakin maddi imkanı olmadığı üçün qeyri-yaşayış sahəsini tikə bilməmişdir. 2014-cü il tarixdə İddiaçıla şərik qaydada öz icazəsi əsasında ona məxsus olan torpaq sahəsini və Rəfaelə məxsus qeyri-yaşayış sahəsini birləşdirərək şərikli qaydada vahid obyekt tikmişlər. Ümumilikdə qeyri-yaşayış sahəsi 150 kv.m olmuşdur. Hazırda isə iddiaçı həmin qeyri-yaşayış sahəsinin bütövlükdə ona məxsus olmasını bildirərək, onu məhkəməyə vermişdir. İddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh sonradan ərizə verərək iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının özündə iddia ərziəsində qeyd etdiyi kimi və onun da iddiaçının 29 kv.m olan hissəsi ilə razıdır. Çünki məhkəmə gedişatında da vurğuladığı kimi mübahisə olunan ərazidə hər ikisinin obyekti olmuşdur. Öz aralarında olan şifahi razılaşmaya əsasən hər iki obyekt birləşdirilmişdir. Sadəcə ev olaraq o ona məxsus olan hissəni gərək bilmədiyi üçün sənədləşmə qeyd etməmişdir. Mübahisə edilən obyekt ilk vaxtdan onun istifadəsindədir. İddiaçıya aid olan 29 kv-a sənədlə ona məxsusdur. Qalan hissəni isə ekspertiza qərarına əsasən torpaq sahəsi bələdiyyə ərazisidir və heç kimə aid deyildir. Qanunvericiliyə əsasən Bələdiyyə torpaq sahəsini satışa çıxararsa ilk olaraq torpaq sahəsinin kimin istifadəsində olduğu şəxsə təklif etməlidir. Ona görə də, iddiaçının qeyd etdiyi iddia tələbinin və hazırda üzərinə həbs qoyulduğu 29 kv.m hissənin təmin edilməsini iddianın qalan hissəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2 iddianı qismən etiraf etdi, izahat verərək bildirdi ki, cavabdeh ilkin iddiaya dair vermiş olduğu izahatında da iddianı qismən qəbul etdiyini bildirmişdir. Belə ki, Şirvan şəhəri 28 May küçəsi küçəsində İddiaçı icarəsində olan 0,0036 ha torpaq sahəsində yerləşən 3/4T nömrəli 1 girişli, 29,12 kv.m ümumi 29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 2005-ci il tarixdən onun icarəsindədir, Lakin iddiaçı ilə cavabdeh arasında yalnız 2005-ci il tarixdə 5 illik icarə müqaviləsi yazılı bağlanmışdır. Sonradan isə iddiaçı ilə aralarında yazılı icarə müqaviləsi olmasa da faktiki olaraq həmin ticarət obyekti onun icarəsində olub və icarəyə görə də hər ay iddiaçıya icarə haqlarını ödənilmişdir. İddiaçı ilə son razılaşmalarına görə ilə 2023-cü ilin dekabrınadək,hər ay iddiaçıya 400 manat mağazaya görə icarə haqqı ödəmişdir. Bu barədə obyektdə olan görüntülər, yazışmalar var, aylıq icarə haqqı iddiaçıya və onun oğluna ödənilmişdir . Həmin obyektin yenidən tikilməsində maliyyə xərclərinin 50 faizi onun tərəfimdən qarşılanmış, hətta onun həyat yoldaşı da həmin yerin 0,67 kv.m sahəsi ona məxsus olduğu üçün orada usta olaraq çalışmışdır. Əgər həqiqətən də iddiaçının ünvan 1 ünvanda ümumi sahəsi 80,0 kv.m.torpaq sahəsinə dair 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli Torpaq icarə müqaviləsi var idisə hansı səbəbdən iddiaçı ilkin olaraq cavabdehin icarəsində olan ticarət obyektindən çıxarılmasını qoyurdu və onun indiyənədək də iddiaçının hərrac nəticəsində belə bir müqavilə bağlamasından xəbəri belə olmamışdır. Əgər qanuni hərrac keçirilsə idi o zaman həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olduğu üçün onun da həmin hərracın keçirilməsindən xəbəri olardı və yaxud da ki,o da hərracda iştirak edərdi. Hətta iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 01 sentyabr 2008-ci il tarixli 959 nömrəli və 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli müqavilələrin həqiqiliyi şübhə doğurur. Çünki,iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hər iki torpaq icarə müqaviləsi tam formada təqdim edilməmişdir. Belə ki,müqavilələrin müddəti göstərilməmiş, 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli torpaq icarə müqaviləsinin müddəti göstərilmədiyi halda müqavilənin axırında əl xətti ilə müddəti göstərilməyən torpaq icarə müqaviləsinin müddətinin 15 yanvar 2025-ci il tarixədək uzadılması qeyd edilmişdir. Həmçinin müqavilənin müddətinin də hansı tarixdən uzadılması da göstərilməmişdir. 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli torpaq icarəsi müqaviləsi bağlanarkən müqavilənin predmetinin 1.1-ci bəndində qeyd edildiyi kimi, torpaq icarə müqaviləsi torpaq sahəsinin sərhədləri yerdə və xəritədə müəyyən edildikdən, onun sahəsi ölçüldükdən sonra bağlanır. 2005-ci il tarixdən bu torpaq sahəsi faktiki olaraq onun istifadəsində olduğu halda, kimlər gəlib həmin torpaq sahəsinə baxıb, yerində ölçmə aparmışdır. İddiaçının Şirvan şəhəri 28 May küçəsində 29,12 kv.m ticarət obyektindən və həmin obyektin yerləşdiyi 0,0036 ha torpaq sahəsinə dair 01 sentyabr 2008-ci il tarixli, 959 nömrəli torpaq icarə müqaviləsindən başqa heç bir rəsmi müqaviləsi olmamışdır. Hələ həmin 959 nömrəli torpaq icarə müqaviləsinin də qanuni olub-olmaması da şübhəlidir. Mübahisə edilən obyekt ilk vaxtdan onun istifadəsindədir. İddiaçıya aid olan 29 kv-a sənədlə ona məxsusdur. Qalan hissəni isə ekspertiza qərarına əsasən torpaq sahəsi bələdiyyə ərazisidir və heç kimə aid deyildir. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirdi ki, Şirvan şəhər Bələdiyyəsinin torpaq şöbəsinin müdiri vəzifəsində işləyir. Şirvan şəhəri 28 May küçəsində 29,12 kv.m ticarət obyektindən və həmin obyektin yerləşdiyi 0,0036 ha torpaq sahəsinə dair 01 sentyabr 2008-ci il tarixli torpaq icarə müqaviləsi xx.xx.2023-cü il tarixə qədər müddətə bağlanılmışdır. 2023-cü ildən sonra müqavilənin vaxtı uzadılmayıb. Belə ki, torpaq sahəsinin üzərində tikili varsa müqavilə uzadılır, hərrac keçirilmir. ünvan 1 ünvanında yerləşən obyektin ölçüsü bir obyekt üçün hesablanıb. Orada yerləşən obyekt üçün Rəafel Əhmədovla 2011-ci il 17 oktyabr tarixli müqavilə 5 il müddətinə imzalanmış, həmin müqaviləyə 2025-ci ilədək uzadılmışdır və qüvvədədir. 2011-ci ildə qeyri-yaşayış obyektinin hərraca çıxarılması ilə bağlı mülkiyyət qəzetində məlumat əks olunmuşdur. Hər bir hərrac protokolla rəsmişlədirilmiş, həmin hərracın keçirilməsi 2011-ci il tarixli 42 nömrəli protokolla rəsmiləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, ustadır, İddiaçı mağazalarında usta kimi işlədiyindən həmin vaxtdan onu tanıyır. O, usta kimi işlədiyi müddətdə mağazaların sahibi kimi İddiaçı və onun atasını tanımış, Cavabdeh isə mağazada satıcı kimi tanımışdır. Mağazalarda gördüyü işlərə görə pulu İddiaçı almışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahidlərin ifadəsini, vəkillərin çıxışını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir . Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1 ünvanında yerləşən təyinatı yaşayış məntəqlərinin torpaqları , məqsədli istifadə növü sahibkarlıq olan, mülkiyyət növü bələdiyyə olan, sənəd üzrə və faktiki sahəsi 0,008 ha olan torpaq sahəsinin hüquq subyekti Şirvan şəhəri Şirvan Bələdiyyəsidir. Torpaq sahəsinin planı və ölçüsü xx.xx.2011-ci ildə tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında olan 0,008 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Şirvan şəhəri Şirvan Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci ildə 4 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ № ******* saylı xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin (qeyri-yaşayış binası (mağaza) alqı-satqısı) surətindən görünür ki, satıcı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əli-Bayramlı şəhər Ərazi İdarəsi tərəfindən 14 iyun 2008-ci il tarixdə verilmiş 1284 saylı arayışa əsasən, hüquq müəyyənedici sənəd üzrə torpaq sahəsi 0,0036 ha, faktiki torpaq sahəsi 0,0036 ha, əsas sahəsi 29,12 kv.m, ümumi 29,12 kv.m sahəsini ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası (mağaza) 4200 manata alıcı İddiaçı satmış, alıcı isə həmin qiymətə almışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri 28 May küçəsində icarəsində olan 0,0036 ha torpaq sahəsində yerləşən 3/4T nömrəli girişli, 29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci ildə 1 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixli 959 nömrəli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki,icrarəyəverən Şirvan şəhəri Bələdiyyəsi icraçı İddiaçı ünvan 3 küçəsində yerləşən ümumi sahəsi 36.0 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı mağaza (tikintialtı sahə) sahəsi 36.0 kv.m olan, müqavilə üzrə illik icarə haqqı 43 manat 20 qəpikdir. İcarə müqaviləsi xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər müddətə bağlanır. xx.xx.2011-ci il tarixli H-054 nömrəli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, icrarəyəverən Şirvan şəhəri Bələdiyyəsi icraçı İddiaçı ilə ünvan 3 küçəsində yerləşən ümumi sahəsi 80.0 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı mağaza (tikintialtı sahə) sahəsi 80.0 kv.m olan, müqavilə üzrə illik icarə haqqı 145 manatdır. İcarə müqaviləsi xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər müddətə bağlanır. Həmin müqavilənin arxa vərəqində olan qeydə əsasən xx.xx.2011-ci il tarixli H-054 saylı icarə müqaviləsinin vaxtı 15 yanvar 2025-ci il tarixə qədər uzadılmışdır. xx.xx.1996-cı il tarixli 81 nömrəli Əli-Bayramlı şəhər İcra Hakimiyyəti başçısının sərəncamından çıxarışın surətindən görünür ki, şəhər sakini Cavabdeh mağaza tikintisinə icazə verilməsi, obyektin tikintisi üçün şəhərin 28 May küçəsində 67 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər sakini İddiaçı Şirvan şəhər prokurorluğuna müraciəti əsasında araşdırma aparılmış, araşdırma sənədlərdən görünür ki, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı ərazi idarəsinə müraciət edən zaman təqdim etdiyi Əli-Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 81 nömrəli sərəncamının sürəti heç bir hüquqi əsası olmayan sənəddir. Həmin sənədlə vətəndaşın sərəncamverici hüququ təsdiq edilsə də qeyrimüəyyən cümlələrdən istifadə edilmişdir. Sərəncamda qeyd edilən ünvanın faktiki olaraq ərizəçi İddiaçı sahibi olduğu qeyri-yaşayış sahəsi olub-olmaması müəmmalıdır. Başlıca sübut isə Cavabdeh təqdim etdiyi sənədin Dövlət Arxivində kötüyü olmamısıdır. Həmçinin eyni tarixli və eyni nömrəli bir sənədin mövcud olması bir daha Cavabdeh təqdim etdiyi sənədin heç bir hüquq müəyyənedici sənəd olmadığını sübut edir. Sənədə diqqətlə nəzər yetirdikdə adından sərəncam verilmiş Sədaqət Qəhrəmənovanın imzasının sənəddə olmadığı, şəxsiyyəti araşdırmaya məlum olmayan şəxs tərəfindən “əsli ilə düzdür” sözləri qeyd edilərək qarşısında imza icra edildiyi müəyyən olunur. Sənəd üzərindəki möhürün daxilindəki yazıların məzmununu, doğruluğunu və faktiki olaraq Şirvan şəhər İcra Hakimiyyətinə (keçmiş Əli-Bayramlı) aid olub-olmadığını dəqiqləşdirmək nümkün deyil. Bu hal üzrə həmin sənədin hansı vaxtda, haradan əldə edilməsi araşdırmaya məlum deyildir. Bu səbəbdən Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 320-ci maddəsi ilə cinayət işinin başlanması istisna edilməlidir. Araşdırma nəticəsində Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X11 xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-207/2024 saylı məktubundan görünür ki, X15 filialında mühafizə olaraq Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin 1996-cı il tarixli sərəncamlar kitabında vətəndaş Cavabdeh adına sərəncam aşkarlanmamışdır. Qeyd olunan 1996-cı il tarixli sərəncamlar kitabında 81 nömrəli sərəncamın (həmin dövr müvafiq orqanın qəbul etdiyi aktlar sərəncam idi) tarixi kitabda xx.xx.1996-cı ildir və başqa mövzudadır. Milli Arxiv İdarəsi Dövlət X11 xx.xx.2024-cü il tarixli 3-48-DA-14F/2-207/2024 saylı məktuba əlavə edilmiş xx.xx.1996-cı il tarixli Azərbaycan Respublikası Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin sərəncamının surətindən görünür ki,1.Şəhər icra hakimiyyətinin mənzil-məişət komissiyası xx.xx.1996-cı il protokolunda qeyd edilən qərar təsdiq edilsin.2.Təsdiq edilmiş qərara uyğun vətəndaşları lazım olan sənədlərlə təmin etmək mənzil-məişət komissiyasına tapşırılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, “ünvan 3 nömrəli qeyri-yaşayış bınasının (mağazanın) Cavabdeh tərəfindən özbaşına tutulması və Cavabdeh sizə məxsus torpaq sahəsindən və qeyri-yaşayış sahəsindən çıxarılması” barədə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestr” publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, daşınmaz əmlakın dövlət reyestrində ünvan 6 ünvanda yerləşən, bir mərtəbəli, 1 girişli, tikintalı sahəsi 36.0 kv.m, ümumi sahəsi 29.12 kv.m olan qeyriyaşayış binasının (mağazanın) sizə məxsus olması barədə məlumatlar mövcuddur. Həmin mağazaya dair Ərazi İdarəsi tərəfindən sizin adınıza xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və 911-2/12111 inventar nömrəli texniki pasport sənədi verilmişdir. Həmçinin bildirir ki, Şirvan Şəhər Polis Şöbəsinə eyni məzmunlu müraciətiniz əsasında xx.xx.2024-cü il tarixdə 13 saylı Şirvan Ərazi İdarəsinin və Polis Şöbəsinə əməkdaşlarının birgə iştirakı ilə sözügedən obyektə yerində baxış keçirilmiş, araşdırma aparılmışdır. Araşdırma zamanı xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövləl reyestrindən çıxarışa əsasən mülkiyyətinizdə olan qeyri-yaşayış binasının (mağazanın) hal-hazırda mövcud olmadığı, həmin tikilinin yerində və ona bitişik ərazidə isə tikintiniti sahəsi 158.0 kv m, ümumi sahəsi 137.7 kv m olan birmərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Ərazi idarəsinin arxivi və elektron kadastr məlumatlarına əsasən müəyyən edilmişdir ki, yeni inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi 156.0 kv.m torpaq sahəsi bütövlükdə bələdiyyə mülkiyyətindodir. Həmin torpaq sahəsinin 36.0 kv.m hissəsi sizin icarənizdə, 80.0 kv.m hissəsi isə xx.xx.2011-ci il tarixli, ********** qeydiyyət nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şirvan bələdiyyəsinin adına qeydiyyata alınmışdır. Qalan 42.0 kv m torpaq sahəsi isə elektron kadastr baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bildiririk ki, Ərazi İdarəsi tərəfindən Şirvan şəhər sakini Cavabdeh adına yuxarıda göstərilən obyektə dair hər hansı sənəd verilməmiş və daşınmaz əmlakın dövlət reyestrində hüquq qeydiyyata alınmamışdır. Müraciətinizdə idarə rəhbərliyinin adına yazdığınız fikirlər tam əsasızdır və böhtan xarakteri daşıyır. İş üzrə məhkəmənin təşəbbüsü əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki,1. DƏDRX HDQHDƏDR-nin ******* nömrəli MH seriyalı çıxarışı əsasında Şirvan şəhəri 28 May küçəsində İddiaçı icarəsindən olan 0.0036 ha torpaq sahəsində yerləşən və tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus ümumi sahəsi 29.12 kv.m qeyri yaşayış-binası hal-hazırda mövcud olmadığından qeyri-yaşayış binasının (mağazanın) sərhədləri, kontur və koordinatları müəyyən edilməsi mümkün olmamışdır; 2. İddiaçı icarəsinə verilmiş Şirvan şəhəri 26 May Küçəsi 3/4T ünvanda yerləşən tikintialtı sahəsi 36 kv.m olan torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. 3. Hal-hazırda hüquqmüəyyənedici (**********94 reyestr nömrəli) sənəd üzrə ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 80.0 kv.m olan torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir; 4. Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin 27 may 1996-cı il tarixli Sərəncamı əsasında Cavabdeh tikintinin aparılması məqsədilə ayrılmış torpaq sahəsinin eskiz lahiyəsində qeyd edilən 67 kv.m torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir; 5. Qeyd edilən sənədlər əsasında ayrılmış-torpaq sahələrinin sərhədləri, kontur və koordinatları üst-üstə düşür. Üst-üstə düşən hissələr rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir; 6. Cavabdeh tərəfindən boşaldılması tələb edilən 158 kv.m torpaq sahəsi baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Sözügedən 158 kv.m torpaq sahəsinin bir hissəsində İddiaçı məxsus tikintialtı sahəsi 36.0 kv.m, ümumi sahəsi isə 29.12 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasına (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və 911-2/12111 inventar nömrəli texniki pasport sənədi verilmişdir. Lakin həmin tikilinin hal-hazırda mövcud olmadığı, tikilinin yerində və ona bitişik ərazidə isə tikintialtı sahəsi 158.0 kv.m, ümumi sahəsi 137.7 kv.m olan birmərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 158 kv.m torpaq sahəsi qeyri-rəsmi (hüquqmüəyyənedici sənədləri olmadan) olaraq cavabdehin istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5340 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 10.09.24-cü il tarixli 3-21-3-38/2-3062/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir : DƏDRX HDQHDƏDR-nin ******* nömrəli MH seriyalı çıxarışı əsasında Şirvan şəhəri, 28 May küçəsində İddiaçı icarəsində olan 0.0036 ha torpaq sahəsində yerləşən tam mülkiyyət hüququ üzrə İddiaçı özünə məxsus, ümumi sahəsi 29.12 kv.m qeyriyaşayış binası hal hazırda mövcud olmadığından qeyri-yaşayış binasının (mağazanın) sərhədlərinin, kontur və koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı icarəsinə verilmiş ünvan 9 ünvanında yerləşən tikintialtı sahəsi 36.0 kv.m olan torpaq sahəsinin sərhədləri, kontur döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planını, göstərilmişdir. Hal-hazırda hüquqmüəyyənedici (**********94 reyestr nömrəli) sənəd üzrə ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 80.0 kv.metr olan torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin 27 may 1996-cı il tarixi Sərəncamı əsasında tikilinin aparılması məqsədilə Cavabdeh QiZına ayrılmış torpaq sahəsinin eskiz layihəsində qeyd edilən 67.0 kv.metr torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qeyd edilən sənədlər əsasında ayrılmış torpaq sahələrinin sərhədləri, kontur və koordinatları üst-üstə düşür. Üst-üstə düşən hissələr mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında götərilmişdir. Cavabdeh tərəfindən boşaldılması tələb edilən 158.0 kv.metr torpaq sahəsi baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid topaq sahəsidir. Sözügedən 158.0 kv.metr torpaq sahəsinin bir hissəsində İddiaçı məxsus tikintialtı sahəsi 36.0 kv.metr, ümumi sahəsi 29.12 kv. metr olan birmərtəbəli qeyri-yaşayış binasına (mağaza) tam mülkiyyət hüquq üzrə İddiaçı adına xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və 911-2/12111 inventar nömrəli texniki pasport sənədi verilmişdir. Lakin, həmin tikilinin hal-hazırda mövcud olmadığı, tikilinin yerində və ona bitişik ərazidə isə tikintialtı sahəsi 158.0 kv.metr, ümumi sahəsi 137.7 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 158.0 kv.metr torpaq sahəsi qeyri-rəsmi (hüquqmüəyyənedici sənədlər olmadan) olaraq cavabdehin istifadəsindədir. Şirvan şəhəri Şirvan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03/185 saylı arayışının surətindən görünür ki, ünvan 1 ünvanda ona məxsus ümumi sahəsi 158.08. kv.m olan qeyri-yaşayış obyektinin torpaq hərrac və müsabiqə komisiyasının xx.xx.2011-ci il tarix ********* nömrəli şəhadətnaməsinə və 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2008-ci tarixli 4-ə-131 reyestr nömrəli ,AN-№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Şirvan Bələdiyyəsi sədrini xx.xx.2008-ci il tarixli 67 saylı sərəncamına əsasən Bələdiyyə mülkiyyətindən icarəyə götürdüyü 80 kv.m və 36 kv.m torpaq sahələri üzrə icarə haqqı ödəyicisi və yuxarıda sözügedən ünvandakı qeyri-yaşayış obyektinin ümumilikdə 158.08 kv.m sahəsi üzrə isə əmlak vergisi ödəyicisi kimi X1 sistemində (BAMS) qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli 1080 saylı məktubunun surətindən görünür ki, sənədlərin təsdiq olunmuş surətinin verilməsi və əmlakın qeydiyyata alınıb-alınmaması barədə məktuba "Daşınmaz Əmlakın Dövlot Kadastrı və Reyestri " PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq bildiririk ki, Şirvan şəhəri F.Cavadov küçəsi ev 32-də qeydiyyatda olan İddiaçı ilə Şirvan Bələdiyyəsi arasında bağlanmış 01 sentyabr 2008-ci il tarixli 959 nömrəli Torpaq icarəsi müqaviləsi arxiv materiallarında aşkar edilmişdir. Belə ki, vətəndaş İddiaçı sözü gedən 959 nömrəli Torpaq İcarəsi müqaviləsi ilə yanaşı hüquqların dövlət qeydiyyatı üçün zəruri olan digər sənədləri (qeyri yaşayış binası (mağaza) alqı-satqısı mqaviləsi) təqdim etdiyi üçün xx.xx.2008-ci il tarixil ********** qeydiyyat nömrəli, **********88-06301 reyestr nömrəli Dövlət reyestrindən çıxarışla 28 May küçəsində icarəsində olan 0.0036 ha torpaq sahəsində yerləşən 3/47 nömrəli qeyri-yaşayış binasına hüquqları qeydiyyata alınmışdır. Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli Torpaq İcarəsi müqaviləsi barədə 13 saylı Şirvan Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 700-cü maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. MM-in 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Qanunun 15-ci maddəsinə görə icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. İcarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş əmlaka yönəldilməsinə yol verilmir. İcarəçinin əmlakı ondan yalnız məhkəmənin qərarı ilə geri alına bilər. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsinə dair iddiaçı (icarədar) İddiaçı ilə Şirvan Bələdiyyəsi (icarəyəverən) arasında xx.xx.2008-ci il tarixli 959 nömrəli və xx.xx.2011-ci il tarixli H-054 nömrəli torpaq icarəsi müqavilələri bağlanılmış, xx.xx.2008-ci il tarixli 959 nömrəli icarə müqaviləsinin xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər müddətə bağlanılmış, xx.xx.2011-ci il tarixli H-054 nömrəli həmin müqavilənin arxa vərəqində olan qeydə əsasən xx.xx.2011-ci il tarixli H- 054 saylı icarə müqaviləsinin vaxtı 15 yanvar 2025-ci il tarixə qədər uzadılmışdır. Nəticədə müəyyən olunur ki, Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsinə dair iddiaçı (icarədar) İddiaçı ilə Şirvan Bələdiyyəsi (icarəyəverən) arasında bağlanılmış xx.xx.2011-ci il tarixli H-054 saylı icarə müqaviləsinin müddəti bitməmiş və hazırda qüvvədədir. Digər tərəfdən Cavabdeh ilə Şirvan şəhəri 28 May küçəsində yerləşən qeyri-yaşayış obyektinə dair hər hansı hüquqmüyyənedici sənəd müəyyən edilməmişdir. Belə ki, İddiaçı şikayəti əsasında araşdırma aparılmış və onun nəticəsində xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, “Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı ərazi idarəsinə müraciət edən zaman təqdim etdiyi Əli-Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 81 nömrəli sərəncamının surəti heç bir hüquqi əsası olmayan sənəddir. Başlıca sübut isə Cavabdeh təqdim etdiyi sənədin Dövlət Arxivində kötüyü olmamısıdır. Həmçinin eyni tarixli və eyni nömrəli bir sənədin mövcud olması bir daha Cavabdeh təqdim etdiyi sənədin heç bir hüquqmüəyyənedici sənəd olmadığını sübut edir. Sənədə diqqətlə nəzər yetirdikdə adından sərəncam verilmiş Sədaqət Qəhrəmənovanın imzasının sənəddə olmadığı, şəxsiyyəti araşdırmaya məlum olmayan şəxs tərəfindən “əsli ilə düzdür” sözləri qeyd edilərək qarşısında imza icra edildiyi müəyyən olunur. Sənəd üzərindəki möhürün daxilindəki yazıların məzmununu, doğruluğunu və faktiki olaraq Şirvan şəhər İcra Hakimiyyətinə (keçmiş Əli-Bayramlı) aid olub-olmadığını dəqiqləşdirmək nümkün deyil. Bu hal üzrə həmin sənədin hansı vaxtda, haradan əldə edilməsi araşdırmaya məlum deyildir.” Göründüyü kimi, Cavabdeh tərəfindən təqdim edilmiş Əli-Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 81 nömrəli sərəncamının hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə (mağaza) dair İddiaçı ilə Şirvan Bələdiyyəsi arasında icarə müqaviləsi bağlanılmış, həmin icarə müqaviləsinin müddəti hüquq subyekti tərəfindən uzadılmışdır. Lakin Cavabdeh həmin qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı icarə müqaviləsi əsasında istifadəsində olan Şirvan şəhəri H.Əliyev prospekti 11 saylı qeyri-yaşayış sahəsinə (mağaza) sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli, mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, Cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmalı, Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı sahibliyinə qaytarılmalı, İddiaçı Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsi cavabdehə qadağan edilməli, bununla da iddia təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 100 (yüz) manat məbləğində pul ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 10/5340 saylı ekspertizanın aparılmasına dair ekspetiza xərcləri barədə bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır. İşə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı iş üzrə mütəxəsis rəyinin alınması ilə bağlı 95 (doxsan beş) manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsi İddiaçı sahibliyinə qaytarılsın. İddiaçı Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsi cavabdehə qadağan edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Mütəxəsis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-522/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-522/2024
05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver