Məhkəmə qərarları › İş №e-2(032)-669/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-669/2024

30.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-669/2024 30.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı Məhəmədiyyə qızının cavabdeh Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinə qarşı Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8i-8047 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məhəmədiyyə qızı cavabdeh Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8i-8047 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhər 1 saylı Dövlət notariat ofisinin 8i- 8047 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Nəsimi rayon icra və probasiya şöbəsinin sifarişi əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilini heç bir xəbəri olmadan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, 0032/24 nömrəli mütəxəssis rəyinə əsasən 180000 manat qiymət qoyularaq hərraca çıxarılmışdır. Həmin hərrac "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə, 045/24 nömrəli hərrac bildirişi ona təqdim ediləndə bildi ki, Şirvan Şəhər 1 saylı Dövlət notariat ofisinin 8i-8047 nömrəli, xx.xx.2023cü il tarixli icra qeydinə əsasında olunmuşdur. Odur ki, Şirvan Şəhər 1 saylı Dövlət notariat ofisinin 8i-8047 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydini qanunsuz və əsassız hesab etdiyi üçün, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. ünvan 1 ünvanında yerləşən mənzil barəsində verilmiş icra qeydini qanunsuz və əsassız hesab edir. Belə ki, onun ödənişləri nəzərə alınmamışdır. Borcunu vaxtı-vaxtında ödəmişdir. Daha İddiaçı Məhəmədiyyə qızı məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8i-8047 nömrəli, xx.xx.2023cü il tarixli icra qeydinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2024-cü il tarixə və 30 sentyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmənin iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, iddia ərizələri baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmçinin iş materiallarında olan AsanPay vasitəsi ilə ödənilmiş olan ********** nömrəli ödənişdən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı İddiaçı Məhəmədiyyə qızı tərəfindən 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Məhəmədiyyə qızının cavabdeh Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinə qarşı Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8i-8047 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (qəbzin nömrəsi **********, xx.xx.2024-cü il tarixli) İddiaçı Məhəmədiyyə qızına geri qaytarılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar