Məhkəmə qərarları › İş №e-2(032)-677/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-677/2024

01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-677/2024 01.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şirvan Şəhəri 1 saylı Dövlət Notariat Ofisinə qarşı Şirvan Şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8i-8046 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə hazırlıq iclasında Şirvan şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Şirvan Şəhəri 1 saylı Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8i-8046 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8i- 8046 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şirvan Şəhər icra və probasiya şöbəsinin sifarişi əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin satılması üçün icra qeydi verilmişdir. Həmin icra qeydini o, qanunsuz və əsassız hesab edir. Bundan sonra onun xəbəri olmadan həmin icra qeydi əsasında həmin əmlaka heç bir xəbəri olmadan "xxxx" MMC tərəfindən 150000 manat qiymət qoyularaq hərraca çıxarılaraq satılmışdır. Həmin sənədi icra məmuru xx.xx.2024-cü il tarixdə ona təqdim edəndə bilmişdir ki, "xxxx" MMC-nin 33 nömrəli protokolla satılmışdır. Bütün bunlara Şirvan Şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8i-8046 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinə əsasında olunmuşdur. Odur ki, Şirvan Şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8i-8046 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydini qanunsuz və əsassız hesab etdiyi üçün, aidiyyətı üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir . Mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 15:30-a təyin edilmiş, həmin tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş tərəflər gəlmədiyindən məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 15:45-ə təxirə salınmış, lakin həmin vaxtda da tərəflər məhkəmə iclasına gəlmədiyindən məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 16:15-ə təxirə salınmış, həmin tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Lakin tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-cu, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq , məhkəmə qərara aldı : İddiaçı cavabdeh Şirvan Şəhəri 1 saylı Dövlət Notariat Ofisinə qarşı Şirvan Şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8i-8046 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar