Məhkəmə qərarları › İş №e-2(032)-778/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-778/2025

06.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-778/2025 06.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t di : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 116 manat 64 qəpik pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı (bundan sonra İddiaçı) ilə "xxxx" MMC (sonrakı adı "xxxx" MMC) (bundan sonra Təşkilat) arasında bağlanmış xx.xx.2021-ci il tarixli SD-0260014 nömrəli “Təşkilatın işçiləri üçün ASC «Xalq» bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” müqaviləyə (bundan sonra Müqavilə) əsasən bank, təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesabları açır, kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxır və kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Müqaviləyə uyğun olaraq təşkilatın işçisi Cavabdeh (bundan sonra Cavabdeh) plastik kartın sifariş olunması barədə ərizəsi əsasında ona müvafiq kart hesabı (AZ16HAJCFPRAZN**********3001) açılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən bank təşkilatın tapşırıqları ilə təşkilatın işçilərinin kart hesablarına pul vəsaitini (əmək haqqını, mükafatları, maddi yardımı və s.) köçürür. Təşkilat isə ödəniş sənədlərinin lazımi qaydada rəsmiləşdirilməsini həyata keçirir. Müqavilənin qeyd olunan şərtinə uyğun olaraq təşkilatın xx.xx.2023-cü il tarixli 206 nömrəli ödəniş tapşırığı əsasında xx.xx.2023-cü il tarixində bank tərəfindən 211 manat 40 qəpik məbləğində pul vəsaiti Cavabdeh kart hesabına köçürülmüş və bununla da cavabdehin kart hesabındakı qalıq vəsaiti də (0.13 manat) nəzərə alınmaqla həmin hesabdakı vəsaitlərin ümumi məbləği 211 manat 53 qəpik təşkil etmişdir. Bundan sonra Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində hesab üzrə ümumilikdə 211 manat 20 qəpik məbləğində məxaric əməliyyatı aparılmış və nəticədə cavabdehin hesabında 0.20 (iyirmi qəpik) manat məbləğində pul vəsaiti qalmışdır. Bundan sonra cavabdehin müvafiq kart hesabının çıxarış məlumatlarından da göründüyü kimi onun tərəfindən xx.xx.2023-cü il tarixində hesab üzrə mövcud balansdan artıq məbləğdə - 211 manat 20 qəpik məbləğində məxaric əməliyyatları aparılmış, bu səbəbdən texniki overdraft (Kart saxlayıcısına overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda, Kart hesabının qalığından artıq məbləğdə əməliyyatın aparılması) halı baş vermiş və bunun nəticəsində Cavabdeh iddiaçının 211 manat 20 qəpik məbləğində vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Daha sonra cavabdehin kart hesabına xx.xx.2023-cü il tarixində ümumilikdə 94 manat 23 qəpik məbləğində pul vəsaiti daxil olmuş və həmin vəsaitlərin hamısı Cavabdehin texniki overdraft nəticəsində yaranmış pul öhdəliyinin bir qisminin silinməsinə yönəlmişdir. Nəticədə, Cavabdeh iddiaçı qarşısında kart hesabındakı qalıq vəsaitinin (0,33 manat) silinməsi də nəzərə alınmaqla 116 manat 64 qəpik məbləğində ödənilməmiş pul öhdəliyi qalmışdır ki, həmin öhdəliyin icra edilməsi ilə əlaqədar olaraq cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona öhdəliyin icra edilməsinə dair xx.xx.2024-cü il tarixli AŞH-XO-11.6.2024-001 №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icra edilməsi üçün bu günə qədər heç bir əməliaddım atılmamışdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildiriş “köçüb” qeydi ilə geri qaytarılmışdır. MPM-in 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli SD-0260014 saylı müqavilə 2.2-ci bəndinə əsasən Bank Təşkilatın tapşırıqları ilə Təşkilatın işçiləriin kart hesabılarına pul vəsaitini köçürür, təşkilat isə ödəniş sənədlərinin lazımi qaydada rəsmiləşdirilməsini həyata keçirir. Həmin müqaviləyə 7 saylı əlavəyə əsasən xx.xx.2018-ci il tarixdə cavabdehə kart sifarişi üçün ərizə ilə Xalq Bank ASC-yə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh hesabına 211 manat 40 qəpik pul köçürülmüşdür, cavabdehin hesabında olan qalıq 0.13 qəpik nəzərə alınmaqla 211 manat 53 qəpik təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən 211 manat məbləğində pul məxaric edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin hesabdan 221 manat 20 qəpik pul vəsaiti cavabdeh tərəfində təkrar məxaric edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən 94 manat 23 qəpik pul vəsaiti həmin kart hesabına mədaxil edilmişdir. Bununlada 116 manat 64 qəpik overdraft borc yaranmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh qızına mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Mədaxil qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli hesabdan çıxarışa əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh hesabına 211 manat 40 qəpik pul köçürülmüşdür, cavabdehin hesabında olan qalıq 0.13 qəpik nəzərə alınmaqla 211 manat 53 qəpik təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən 211 manat məbləğində pul məxaric edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin hesabdan 221 manat 20 qəpik pul vəsaiti cavabdeh tərəfində təkrar məxaric edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən 94 manat 23 qəpik pul vəsaiti həmin kart hesabına mədaxil edilmişdir. Bununlada 116 manat 64 qəpik overdraft borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləcə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, bu halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərinin cavabdeh tərəfindən əldə edildiyini sübut etməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan, sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli hesabdan çıxarışa əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qızından 116 (yüz on altı) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaitinin tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim etmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qızından 116 (yüz on altı) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddia təmin olunduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh qızından 116 (yüz on altı) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar