Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-780/2025 05.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı ASC «Xalq» Bankın Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC «Xalq» Bank Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 118,41 (bir yüz on səkkiz manat 41 qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ASC “Xalq” Bankı (bundan sonra İddiaçı) ilə "xxxx" MMC (sonrakı adı "xxxx" MMC) (bundan sonra Təşkilat) arasında bağlanmış xx.xx.2021-ci il tarixli SD-0260014 nömrəli “Təşkilatın işçiləri üçün ASC «Xalq» Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” Müqaviləyə (bundan sonra Müqavilə) əsasən Bank, Təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesabları açır, Kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxır və kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Müqaviləyə uyğun olaraq Təşkilatın işçisi Cavabdeh (bundan sonra Cavabdeh) plastik kartın sifariş olunması barədə ərizəsi əsasında ona müvafiq kart hesabı (AZ37HAJCFPRAZN**********3001) açılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən Bank Təşkilatın tapşırıqları ilə Təşkilatın işçilərinin kart hesablarına pul vəsaitini (əmək haqqını, mükafatları, maddi yardımı və s.) köçürür. Təşkilat isə ödəniş sənədlərinin lazımi qaydada rəsmiləşdirilməsini həyata keçirir. Müqavilənin qeyd olunan şərtinə uyğun olaraq Təşkilatın xx.xx.2023-cü il tarixli 206 nömrəli ödəniş tapşırığı əsasında xx.xx.2023-cü il tarixində Bank tərəfindən 302,99 (üç yüz iki manat 99 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh kart hesabına köçürülmüş və bununla da cavabdehin kart hesabındakı qalıq vəsaiti də (0.87 manat) nəzərə alınmaqla həmin hesabdakı vəsaitlərin ümumi məbləği 303,86 (üç yüz üç manat 86 qəpik) manat təşkil etmişdir. Bundan sonra Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində hesab üzrə ümumilikdə 303.79 (üç yüz üç manat 79 qəpik) manat məbləğində məxaric əməliyyatı aparılmış və nəticədə cavabdehin hesabında 0.07 (yeddi qəpik) manat məbləğində pul vəsaiti qalmışdır. Daha sonra Cavabdehin müvafiq kart hesabının çıxarış məlumatlarından da göründüyü kimi onun tərəfindən xx.xx.2023-cü il tarixində hesab üzrə mövcud balansdan artıq məbləğdə 303,06 (üç yüz üç manat 06 qəpik) manat məbləğində məxaric əməliyyatları aparılmış, bu səbəbdən texniki overdraft (Kart saxlayıcısına overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda, Kart hesabının qalığından artıq məbləğdə əməliyyatın aparılması) halı baş vermiş və bunun nəticəsində Cavabdeh İddiaçının 303,06 (üç yüz üç manat 06 qəpik) manat məbləğində vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Daha sonra cavabdehin kart hesabına müxtəlif tarixlərdə ümumilikdə 184,58 (bir yüz səksən dörd manat 58 qəpik) manat məbləğində pul vəsaiti daxil olmuş və həmin vəsaitlərin hamısı cavabdehin texniki overdraft nəticəsində yaranmış pul öhdəliyinin bir qisminin silinməsinə yönəlmişdir. Nəticədə, Cavabdeh iddiaçı qarşısında kart hesabındakı qalıq vəsaitinin (0,07 manat) silinməsi də nəzərə alınmaqla 118,41 (bir yüz on səkkiz manat 41 qəpik) manat məbləğində ödənilməmiş pul öhdəliyi qalmışdır ki, həmin öhdəliyin icra edilməsi ilə əlaqədar olaraq cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona öhdəliyin icra edilməsinə dair xx.xx.2024-cü il tarixli AŞH-XO-11.6.2024-002 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli SD-0260014 nömrəli “Təşkilatın işçiləri üçün ASC «Xalq» Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” Müqavilədən görünür ki, Bank, Təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesabları açır, Kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxır və kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Müqaviləyə uyğun olaraq Təşkilatın işçisi Cavabdeh (bundan sonra cavabdeh) plastik kartın sifariş olunması barədə ərizəsi əsasında ona müvafiq kart hesabı (AZ37HAJCFPRAZN**********3001) açılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində Bank tərəfindən 302,99 (üç yüz iki manat 99 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh kart hesabına köçürülmüş və bununla da cavabdehin kart hesabındakı qalıq vəsaiti də (0.87 manat) nəzərə alınmaqla həmin hesabdakı vəsaitlərin ümumi məbləği 303,86 (üç yüz üç manat 86 qəpik) manat təşkil etmişdir. İş materiallarından görünür ki, iddiaçı ASC “Xalq” Bankı tərəfindən Cavabdeh 11 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 118.41 manat məbləğində pul vəsaiti tutularaq ASC “Xalq Bankı”na ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı ASC “Xalq Bankı”-nın iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 118.41 (yüz on səkkiz manat qırx bir qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ASC «Xalq» Bankna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-780/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-780/2025
05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver