Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-80/2025 28.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X16 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X13rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X9 xeyrinə 99000 (doxsan doqquz min) manat mənəzi ziyanın, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, ümumlikdə 99300 (doxsan doqquz min üç yüz) manat pulun və 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, 26 avqust 2022-ci il tarixdə saat 11:45-də “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X16 Ginekologiya və doğum şöbəsinə “38-39 həftəlik hamiləlik, baş gəlişi, doğuşun İ dövrü şəkərli diabed, fəsadlaşmış mamalıq amnezi, iri döl” dioqnozu ilə müraciət etmiş xx.xx.1997-ci il təvəllüdlü İddiaçı doğuş prosesinə rəhbərlik etdiyi zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə Təlimatı”na əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, dioqnoztika, müalicə və realibitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara, standartlara uyğun olaraq tibbi yardım taktikasını, dioqnozunu müəyyən etməli, zərurət yarandığı halda aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirməli, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etməli,əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməli, doğuş prosesinin başa çatdırma üsulu ona təyin edilmiş dioqnoza düzgün seçilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş üzrə Klinik Protokol”a əsasən doğuş prosesinin gedişinə, dölün vəziyyətinə, doğuşdan sonra yenidoğulmuşun vəziyyətinə diqqətlə nəzarət etməli, risk amillərini dəyərləndirməli, fəsadları müəyyən etməli, vəzifə öhdəliklərini, fəaliyyəti üzrə normativ hüquqi aktların tələblərini vaxtında, keyfiyyətlə icra etməli olduğu halda həmin tələblərə əməletməyərək səhlənkarlıq edib öz işinə laqeyd münasibət göstərməklə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib İddiaçı doğuş prosesində konservativ doğuş taktikasını düzgün idarə etməmiş, doğuş prosesinin başa çatdırılma üsulunun ona təyin edilmiş dioqnoza uyğun düzgün seçməməsi, şəkərli diabedlə bağlı iri dölə əsasən tibbi göstəriş əsasında doğuşu cərrahi yolla başa çatdırmaması nəticəsində İddiaçı tərəfindən doğulmuş yenidoğulmuş uşaq İ-li ocaqlı atelektaz, cift toxumasında geniş qansızmalar, hematoma fonunda baş vermiş intranatal hipoksiya ilə əlaqədar dölün asfiksiyası, doğuşun taktiki cəhətdən düzgün seçilməməsi nəticəsində hipoksiya səbəbindən ölmüşdür. 26 avqust 2022-ci il tarixdə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası”nda yeni doğulmuş övladının ölümü ona böyük zərbə olmuşdur. Elə ağır zərbə olmuşdur ki, hadisədən sonra hələ də özünə gələ bilmir. Bundan sonra əri Şahidla aralarında narazılıqlar yaranmış və ona övlad bəxş edə bilmədiyi üçün ondan ayrılmışdır. Səhhəti ilə əlaqədar olaraq artıq uşaq dünyaya gətirmək qabiliyyətində deyil. Bəlkə də ölmüş həmin uşaq onun sonucu dəfə ana olmaq şansını da özü ilə aparmış və o, bir daha ana ola bilməyəcəkdir. Həmin hadisə onun bu həyatda sonsuz qalmağına səbəb olmuşdur. Həm övlad itkisi, həm də yenidən ana ola bilməməyi ona mənəvi iztirablar verir. Həmin hadisə həyatının sonuna qədər onda sağalmayacaq dərin izlər buraxmışdır. Yeni doğulmuş övladının ölüm səbəbi “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X11 əmədaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X11 əməkdaşı, mama-ginekoloq həkim X1 etməsəyidi, öz işinə vicdansız və ya laqeyd münasibət bəsləməsəydi, öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X19 tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, övladını, puç olan xəyallarını, arzularını həyat eşqini heç kəs heç vaxt geri qaytara bilməyəcəkdir. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsaydı övladı hal-hazırda həyatda olardı və o da bir ana kimi həyatına davam edərdi. Bundan sonra aidiyyəti şəxslər işinə, vəzifəsinə daha vicdanla, diqqətlə yanaşsalar hesab edir ki, onun başına gələnlər daha heç bir qadının başına gəlməz. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik X16 nümayəndəsi Nümayəndə2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia xəstaxanaya qarşı deyil həkimə, yəni X6 qarşı qaldırılmalı idi. Bununla yanaşı tərəflər arasında barışıq olmuş, iddiaçı tərəf notarial qaydada təsdiq olunmuş barışıq ərizəsini təqdim etmişdir. Həmin ərizədə iddiaçıya dəymiş maddi ziyanın ödənildiyi qeyd olunmuşdur. Bu iş üzrə Şirvan Şəhər Məhkəməsinin hökmü çıxarılmışdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirdi ki, iddiaçının gələcəkdə də, uşaq sahibi olmaması barədə sübutları yoxdur. Bu isə o deməkdir ki, iddiaçı gələcəkdə uşaq sahibi ola bilər. O, şəkər xəstəliyindən əziyyət çəkdiyindən hamiləlik müddətini ağır keçirmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə də göstərilir ki, İddiaçı təqsirləndirilən şəxslə barışıb və ona vurulmuş ziyan ödənilib. Belə olan halda iddiaçının mənəvi ziyanla bağlı məhkəməyə müraciət etməsi əsassızdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahat verərək bildirdi ki, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik X16 Ginekologiya və doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində çalışır. İddiaçı müxtəlif xəstəliklərdən əziyyət çəkmiş, şəkərli diabet xətəsi olaraq insulin vurdurmuşdur, böyrəkdə xroniki piolonefrik xəstəlik olmuş, birinci doğuşdan sidik kisəsi və uşaqlıq yolu fistilası olmuş, daima pamperslə gəzmiş, abdomenoplastika əməliyyatı keçirmişdir. İddiaçı hamiləliyinin altıncı ayında müayinə zamanı ona bildirilmişdir ki, hazırkı xəstəxana 2-ci səviyyə xəstəxanadır, o 3-cü səviyyə xəstənaya müraciət etməlidir. Lakin doğuş müddətində də xəstə onun yanına gəlmişdir, o məcbur qalıb iddiaçının doğuş prosesinə rəhbərlik etmişdir. Doğuş zamanı o, ölü döl doğmuş, iddiaçının yaxınları ondan şikayət etmişlər. O, iddiaçıya 600 manat pul vermişdir ki, ondan şikayət etməsinlər. Lakin sonradan iddiaçı və ailə üzvləri ondan şikayət etdiklərindən barəsində olan cinayət işi üzrə hökm çıxarılmışdır. Məhkəmədə olan zaman iddiaçı yenidən 1200 manat pul istəmiş, o da həmin pulu iddiaçıya vermiş, iddiaçı da bununla bağlı olaraq ərizə yazaraq şikayət və tələbinin olmamasını bildirmiş və həmin ərizəni məhkəməyə təqdim etmişdir. Hesab edir ki, iddiaçı və onun ailə üzvləri yenidən pul əldə etmək istədiklərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, o, Aytacın sağlamlığına və ya yenidən uşaq dünyaya gətirməsinə ziyan vura biləcək hər hansı hərəkət etməmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid bildirdi ki, İddiaçı ilə 5 (beş il) müddətində faktiki nikah münasibətlərində olmuşdur. Bu münasibətdən iddiaçı hamilə olmuş, uşaq doğuş zamanı vəfat etmişdir. Doğuşdan sonra uşaq vəfat etdiyindən iddiaçı ilə münasibətləri pozulmuşdur. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, vəkilin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə doğulmuş kişi cinsli övladı ilə bağlı Şirvan şəhər X2 və doöum şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********74 nömrəli Perinatal ölüm haqqında tibbi şəhədətnaməyə əsasən Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən “ Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.20-ci bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixli 636 nömrəli akt qeydi tərtib edilmişdir. Perinatal ölüm haqqında tibbi şəhədətnamədə ölümün səbəbi bölməsinin a) bəndində ölümün səbəbi olaraq “dölün dəqiqləşdirilməmiş səbəblərdən ölümü” qeyd edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 1(032)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası şərti təyin edilməklə üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, hökmün icrası X4 yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. X3 (iddiaçının anası) xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, vətəndaş X6 qarşı heç bir iddiası, şikayəti və tələ bi yoxdur və olmayacaq. Ona dəymiş maddi ziyan X10 tərəfindən tam ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 vəsatət verərək iş üzrə tibbi ekspertizanın təyin edilməsini xahiş etdiyindən Şirvan şəhər Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 həvalə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertizası və X8” X16 xx.xx.2025-ci il tarixli KEŞ-312 saylı ekspert rəyindən görünür ki, İddiaçı mütxəssis həkim-ginekoloqun müayinəsinə göndərilmiş, mütəxəssis müayinəsi zamanı onda qadın cinsiyyət üzvlərində hamilə qalmasına mane olacaq hər hansı bir patalogiya müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarının 24-cü bəndinə əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 25-ci bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3351/2023 saylı xx.xx.2023-cü il tarixli vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında nəzərdə tutulmuş mövqeyə əsasən cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. İş materiallarında olan hökmdən görünür ki, İddiaçı anası X7 cinayət işinə baxlarkən həmin məhkəməyə xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, vətəndaş X6 qarşı heç bir iddiasının, şikayəti və tələbinin olmadığını və olmayacağını bildirmiş, ona dəymiş maddi ziyanını X10 tərəfindən tam ödənilməsini göstərmişdir və cinayət işinə baxan məhkəmə bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cəza təyin etmişdir. Zərərçəkmiş cinayət iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququnun mövcudluğunu müəyyənləşdirmək məqsədilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X8” X16 xx.xx.2025-ci il tarixli KEŞ-312 saylı ekspert rəyinə əsasən İddiaçı mütxəssis həkim-ginekoloqun müayinəsinə göndərilmiş, mütəxəssis müayinəsi zamanı onda qadın cinsiyyət üzvlərində hamilə qalmasına mane olacaq hər hansı bir patalogiya müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində “Səhhəti ilə əlaqədar olaraq artıq uşaq dünyaya gətirmək qabiliyyətində olmaması, bəlkə də ölmüş həmin uşağın onun sonucu dəfə ana olmaq şansını da özü ilə aparması və onun bir daha ana ola bilməyəcəyi, həmin hadisənin onun bu həyatda sonsuz qalmağına səbəb olması” kimi göstərsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cinayət işinə baxlarkən iddiaçının anası həmin məhkəməyə xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, vətəndaş X6 qarşı heç bir iddiasının, şikayəti və tələbinin olmadığını və olmayacağını bildirmiş, ona dəymiş maddi ziyanını X10 tərəfindən tam ödənilməsini göstərmişdir. İddiaçı tərəfindən sonrakı dövrdə hansısa zərərə məruz qaldığını təsdiq edə bilən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən İddiaçı mütəxəssis müayinəsi zamanı qadın cinsiyyət üzvlərində hamilə qalmasına mane olacaq hər hansı bir patalogiya müəyyən edilməmişdir. Bununla da iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 390 (üç yüz doxsan) manat məbləğində pul ödəmişdir. Beləliklə, məhkəmə xərcləri ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X13rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-80/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-80/2025
28.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver